Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-690/2022 29.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Xaçmaz rayon X12nə qarşı “Xaçmaz rayonu X6 mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0.39 ha torpaq sahəsinin İddiaçı satılması barədə X6 xx.xx.2003-cü il tarixli 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin 15 noyabr 2021-ci il tarixli 12 saylı iclasın qərarının qanunsuz sayılaraq ləğv edilməsi və ödədiyi 100 manat dövlət rüsumu pulunun cavabdehdən alınaraq ona qaytarılması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xaçmaz rayon X12nə qarşı “Xaçmaz rayonu X6 mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0.39 ha torpaq sahəsinin İddiaçı satılması barədə X6 xx.xx.2003-cü il tarixli 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin 15 noyabr 2021-ci il tarixli 12 saylı iclasın qərarının qanunsuz sayılaraq ləğv edilməsi və ödədiyi 100 manat dövlət rüsumu pulunun cavabdehdən alınaraq ona qaytarılması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon X6 19 avqust 2003-cü il tarixli 10 saylı qərarı ilə iddiaçıya bələdiyyənin ehtiyat fondundan kafe və digər ticarət obyektlərin tikintisi “üçün 0.39 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İddiaçıya satılması nəzərdə tutulmuş həmin torpaq sahəsinin X6 mülkiyyətinə aid olması və alqı-satqının pretmetinin olması barədə Azərbaycan Respublikası DT və XK-nin Xaçmaz rayon şöbəsinin 1 8.08.2003-cü il tarixli rəy verilmişdir. 19 oktyabr 2003-cü il tarixdə tərəfindən X6 Azərbaycan Beynəlxalq Bankın Xaçmaz filialındakı hesabına 502450 (beş yüz iki min dörd yüz əlli) manat pul köçürülmüşdür. 31 oktyabr 2003-cü il tarixdə onunla Xaçmaz rayon X12 arasında DT və XK Xaçmaz rayon şöbəsinin müdiri Adgözəl Tagıyevin iştirakı ilə həmin 0.39 ha torpaq sahəsinə dair alqı-satqı aktı bağlanaraq müvafiq qaydada təsdiq edilmiş və Akt DT və XK Xaçmaz rayon şöbəsində həmin tarixdə 102 nömrə ilə qeydə alınmışdır. Bundan sonra həmin 0.39 ha torpaq sahəsinə mülkiyyət hüququna dair onun adına DT və XK Xaçmaz rayon şöbəsi tərəfindən 08 may 2006-cı il tarixli Dövlət Aktı verilmiş, 10 oktyabr 2018-ci il tarixdə isə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və AN 3 1 7868 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi əldə etmişdir. 2021-ci ilin may ayında X12 iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək həmin 0.39 torpaq sahəsinə dair adına verilmiş AN 317868 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, həmin sənəddə göstərilmiş 0.39 ha torpaq sahəsinin koordinatlarının dəyişdirilərək “mübahisəli” 0.04 ha torpaq sahəsinin koordinatlarından xaric edilməsi və s. barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində cavabdeh qismində DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi, üçüncü şəxs qismində iddiaçı göstərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-260/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin iddia mümkün sayılmamışdır. 17 noyabr 2021-ci il tarixdə ev ünvanına X6 15 noyabr 2021-ci il tarixli 12 saylı iclasın “protokolu”n-qərarın surəti daxil olmuşdur. Həmin “protokol”-qərarında qeyd olunur ki, 15 noyabr 2021-ci il tarixdə X12 5 nəfər bələdiyyə üzvlərin iştirakı ilə iclas keçirmiş, iclasda sədrlik edən F.Savziyev çıxışında qeyd etmişdir ki, bəldiyyə tərəfindən xx.xx.2003cü il tarixli 10 nömrəli iclas protokolunun qərarı ilə X12nə aid Köhnə Xudat ərazisindən 0.39 ha torpaq sahəsinin “kommersiya” məqsədi ilə hərrac və ya müsabiqə keçirilmədən birbaşa İddiaçı Firudin oğluna satılması ilə baglı qərar qəbul edilmişdir. Lakin həmin qərara əsasən torpaq sahəsi ərazinin baş planına uyğun olmadan satılmışdır. Torpaq sahəsi üzərindəki plan-ölçü cizgilərində uyğunsuzluq olduğuna və torpaqayırma sənədlərinin qanunvericiliyinin tələblərinə uygun olmadığına görə həmin qərarın ləgv edilməsinə zərurəti yaranmışdır. Məsələ səsə qoyulur və iclas qərara alır: X6 mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisindən 0.39 ha torpaq sahəsinin İddiaçı Firudin oğluna satılması barədə X6 xx.xx.2003-cü il tarixli 10 nömrəli iclas protokolunun qərarı ərazinin baş planına uygun olmadığına görə, plan cizgi ölçülərində uyğunsuzluq olduğuna və torpaqayırma sənədlərinin həmin dövürdə qanunvericiliyin tələblərinə uygun olmadığı üçün ləgv edilsin. Hesab edir ki, bələdiyyənin həmin qərarı qanunsuz və əsassızdır, aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. “Bələdiyyələrin statusu” haqqında Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Azərbaycan Respublikası İPM-nin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə,inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.İnzibati məhkəməicraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1.şəxsin huquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə(ləlgv olunmasına və ya dəyişdirilməsinəjdair iddialara(mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləgv olunmasını və yadəyiçdirilməsinin məhkəmədən tələb edə bilər. 32.2.Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1 .barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; Bələdiyyənin 15 noyabr 2021-ci il tarixli 12 saylı qərarında göstərilir ki, X6 19 noyabr 2003-cü il tarixli 10 nömrəli iclas protokolunun qərarı guya ərazinin baş planına uygun olmadığına görə,plan cizgi ölçülərində uyğunsuzluq olduğuna və torpaqayırma sənədlərinin həmin dövrdə qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün ləğv edilsin. Qeyd edir ki, bələdiyyənin qərarında uyğunsuzluğun və qanunvericiliyin tələblərinin pozulmasının nədən ibarət olması barədə açıqlama verilmir. Düzdür,”pratokolu” giriş hissəsində F.Savziyevin çıxışında göstərilir ki, bələdiyyənin xx.xx.2003-cü il tarixli 10 nömrəli iclas protokolunun qərarı ilə 0.39 ha torpaq sahəsinin “kamersiya”məqsədi ilə hərrac və ya müsabiqə keçirilmədən birbaşa İddiaçı Firudin oğluna satılması ilə bağlı qərar qəbul edilmişdir. 2003-cü ildə bələdiyyə torpaqların satılması üçün hərracın və ya müsabiqənin keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdı.Bu qayda ölkə prezidentin fərmanı ilə 2007-ci ilin dekabr ayından tətbiq edilmişdir. İnzibati icraat haqqında Qanununun 59.1.5.-ci maddəsinə əsasən yazılı inzibati aktın rekvizitlərindən biri kimi aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdariə vasitələrindən istifadə müddəti və bununla baglı maraqlı şəxsin şikayət(iddia)verə biləcəyi orqan(orqanlar, o cümlədən məhkəmə)haqqında məlumat əks olunmalıdır. Lakin bələdiyyənin mübahisələndirdiyi qərarında bu məlumat yoxdur. Ona görə də hesab edir ki, bələdiyyənin xx.xx.2003-cü il tarixli 10 nömrəli qərarın ləğv edilməsi üçün heç bir qanuni əsası olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, cinayət işi ilə bağlı bildirmişdir ki, o hər hansı bir qanunsuzluğa yol verməmişdir. Cavabdeh iddiaya münasibətində qeyd edir ki, İddiaçı Firuddin oğlunun X6 xx.xx.2003-cü il, 10 nömrəli iclas protokolun qərarı qeyri-qanuni hesab edilərək 10 noyabr 2021-ci il 12 saylı protokolu ilə ləğv olunmuşdur. Səbəb torpaq sənədlərinin ərazinin baş planına uyğunsuz, sahə üzərində plan ölçü cizgilərində uyğunsuzluq olması, torpaqayırma sənədlərinin qanunvericiliyin tələblərinə uyğun olmamasına görə həmin qərarın ləğv olunmasına zərurət yaranmış və ləğv olunmuşdur. Bu iş üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunmuşdur ki, işə hansı məhkəmədə baxılsın.Qərar qəbul olunmuşdur ki, işə Xaçmaz məhkəməsində baxılsın və qərar verilsin və həmin iş üzrə qərar X6 lehinə çıxarılmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cinayət işində qərarın saxta olması sübut olunur. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, mahiyyəti baxımındanda əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibət bildirməyi vacib sayır. Belə ki, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. Mübahisələndirilən qərar rəsmi qaydada iddiaçıya çatdırıldıqdan sonra məhkəməyə müraciət etmişdir, iddianı mümkünsüz edən hərhansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia aşağıdaki əsaslara görə qismən təmin edilməlidir. Beləki cavabdeh bələdiyyə tərəfindən daha əvvəl məhkəmədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə İddiaçı adına verilmiş A№ 317868 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, həmin sənəddə göstərilmiş 0,39 ha torpaq sahəsinin koordinatlarının dəyişdirilərək mübahisəli 0,04 ha torpaq sahəsinin həmin koordinatlarından xaric edilməsi, İddiaçı torpaq sahəsinin koordinatlarının yenidən müəyyən edilməklə elektron baza xəritə materiallarında yenilənmiş vəziyyətdə əks etdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Həmin iddiada bələdiyyə bildirmişdir ki, Xaçmaz rayonu Köhnə-Xudat bələdiyyəsinin 10 iyun 2016-cı il tarixli 09 saylı qərarı ilə bələdiyyənin alqı-satqı predmeti olan 400 kv.metr torpaq sahəsinin satılması ilə bağlı açıq hərrac və ya müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması və bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunveriçiklə nəzərdə tutulmuş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Çıxarışın, Kadastr xəritəsinin Çıxarışın və qeydiyyata alınmış hüquqların məhudlaşdırılmasına (yüklüyünə) dair arayışın verilməsi üçün DƏDRX-nin Xaçmaz rayon 5 saylı Ərazi İdarəsinə müraciət edilməsi qərara alınmışdır. Həmin müraciətə Xaçmaz rayon 5 saylı Ərazi İdarəsindən xx.xx.2017-ci il tarixli ********** saylı xidməti məlumat məktubu ilə cavab verilmişdir ki, göstərilən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqununun tanınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı ərazi şöbəsinin rəyi tələb olunur və həmin rəyin verilməsi üçün müvafiq sorğu göndərilmişdir. ƏMDK-nın 13 saylı Ərazi Şöbəsi cavabdehin həmin sorğuya xx.xx.2017-ci il tarixli 47 saylı rəylə cavab vermişdir ki, sözügedən 400 kv.metr torpaq sahəsi Xaçmaz rayon Köhnə-Xudat bələdiyyəsinin ərazisində yerləşməklə ehtiyyat fondu torpaqları kateqoriyasına aiddir, torpaq sahəsinin müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə baxıla bilər. Bundan da əlavə ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 5 saylı Layihə Tədqiqat İdarəsinin xx.xx.2016-cı il tarixli aktı ilə də təsdiq edilmişdir ki, sözügedən 0,04 ha torpaq sahəsi X6 ehtiyyat fondu torpaqlarına aiddir, rəyə M1: 1000 miqiyaslı xəriətədən torpaq sahəsinin planı da koordinatları göstərilıməklə əlavə edilmişdir. Bundan da əlavə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin də iştirakı ilə tərtib edilmiş xx.xx.2016-cı il tarixli baxış aktı ilə müəyyən edilmişdir ki, Köhnə-Xudat bələdiyyəsinin mülkiyyətinə aid olan 0,14 ha ehtiyyat fondu torpaqları təyinatlı şərti yararsız torpaq sahəsinin 0,04 ha hissəsi üçün müayinə aktı hazırlanaraq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə göndərilmişdir. Bütün bunlardan sonra cavabdeh idarəsi xx.xx.2018-ci il tarixli **********35 saylı məktubla Köhnə-Xudat bələdiyyəsinə cavab vermişdir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0,04 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlmat bazasında olan xəriyə əsasən digər şəxsin adına Dövlət Reyestrindən çıxarışla məxsus torpaq sahəsinin üzərinə düşür. Bu əsasla ərizəmizin icrasına imtina edilmişdir. Vəkil sorğusuna əsasən cavabdeh idarədən əldə etdiyimiz sənədlərdən görünür ki, cavabdeh idarənin imtina məktubunda “digər şəxs” kimi göstərilmiş şəxs İddiaçıdur. DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən onun adına xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla Xaçmaz rayonu Köhnə-Xudat kəndi ərazisindən ehtiyyat fondu torpaqlarına aid 0,39 ha torpaq sahəsi mülkiyətə verilmiş, həmçinin həmin torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixli A№ 317868 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Yuxarıda göstərilən sənədlərdən görünür ki, vətəndaş İddiaçı adına verilmiş Çıxarış və Torpaq sahəsinin planı və pölçüsü sənədi mübahisəli 0,04 ha torpaq sahəsinə Köhnə-Xudat bələdiyyəsinin cavabdeh idarəyə müraciət edildiyi vaxtdan 2 il 4 ay sonra verilmişdir. Həmçinin qeyd etmək lazımdır ki, məsələ ilə bağlı bələdiyyənin cavabdeh idarəyə müraciət edildiyi vaxt həmin 0,04 ha torpaq sahəsi bələdiyyənin ehtiyyat fonduna aid torpaq sahəsinin olması səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş rəsmi sənədlərlə öz təsdiqinin tapmışdır. Görünür cavabdeh idarəsi X6 həmin torpaq sahəsi ilə bağlı müraciətinə baxılmasını süni səbəblərlə yubatdırmış, bundan istifadə edərtək xeyli müddət sonra vət. İddiaçı adına verilmiş Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədini vermişdir. Məhkəmənin e-2-1(118)-260/2021 saylı, 19 may 2021-ci il tarixli qərarı ilə iddia mümkün sayılmamış, hüquq müdafiə imkanları izah edilmişdir. Daha sonra Xaçmaz rayonunun X12 Xaçmaz rayon məhkəməsində İddiaçı Firudin oğluna qarşı “Torpağın alqı-satqısına dair aktın, torpağa mülkiyyət hüququna X18nın və reyestrdən çıxarışın ləğv edilməsi tələbi»nə dair iddia qaldırmış, Məhkəmənin 2(067)- 1351/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsində Xaçmaz rayonu X6 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin, Dövlət aktının və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair mülki iş, İddiaçı cavabdeh Xaçmaz rayonu X12nə qarşı Xaçmaz rayonu X6 mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0.39 ha torpaq sahəsinin İddiaçı satılması barədə X6 xx.xx.2003-cü il tarixli 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin 15 noyabr 2021-ci il tarixli 12 saylı iclasın qərarının qanunsuz sayılaraq ləğv edilməsi tələbinə Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)- 690/2022 nömrəli işə baxılıb nəticə verilib, həmin qərar qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Hazırda iddiaçı Xaçmaz rayonu X6 mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0.39 ha torpaq sahəsinin İddiaçı satılması barədə X6 xx.xx.2003-cü il tarixli 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin 15 noyabr 2021-ci il tarixli 12 saylı iclasın qərarının qanunsuz sayılaraq ləğv edilməsi və ödədiyi 100 manat dövlət rüsumu pulunun cavabdehdən alınaraq ona qaytarılmasını xahiş edir. Məhkəmə hesab edir Xaçmaz rayonu X6 mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0.39 ha torpaq sahəsinin İddiaçı satılması barədə X6 xx.xx.2003-cü il tarixli 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin 15 noyabr 2021-ci il tarixli 12 saylı qərarı qismən ləğv edilməlidir. İnzibati İcraat Haqqında Azərbaycan Respublikası qanununun 67.2-ci maddəsinə əsasən Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Eyni zamanda “Bələdiyyələrin statusu” haqqında Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Məhkəmə hesab edir ki, cavabdeh bələdiyyənin mübahisələndirilən qərarı qəbul etmək səlahiyyətinin olmasını yuxarıda qeyd edilən normalar müəyyən edir. Mübahisələndirilən qərarın əsaslılığına gəlincə bələdiyyə qərarını onunla əsaslandırır ki, bələdiyyə tərəfindən xx.xx.2003-cü il tarixli 10 nömrəli iclas protokolunun qərarı ilə X6 mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisindən 0.39 ha torpaq sahəsinin kamersiya məqsədi ilə hərrac və ya müsabiqə keçirilmədən birbaşa İddiaçı hirudin oğluna satılması ilə bağlı qərar qəbul edilmişdir. Lakin həmin qərəra əsasən torpaq sahəsi ərazinin baş planına uyğun olmadan satılmışdır. Torpaq sahəsi üzərindəki plan-ölçü cizgilərində uyğunsuzluq olduğuna və torpaqayırma sənədlərinin qanunvericiliyin tələblərinə uyğun olmadığına görə həmin qərarın ləğv edilməsi zərurəti yaranmışdır. Lakin məhkəmə prosesi gedişində məlum olmuşdur ki, Xaçmaz rayon prokurorunun köməkçisi X8 icraatında ********* saylı cinayət işi olmuş, 02 avqust 2022-ci il tarixli qərarla X6 xx.xx.2003-ci il tarixli 11 saylı iclasın protokolunda və X6 xx.xx.2003-cü il tarixli qərarında “0,39” rəqəmi ağardılaraq təhrif olunması faktı üzrə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə başlanmış cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü, 39.1.5-ci və 39.1.12-ci maddələrinə əsasən xitam edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ona görədə məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməsi barədə 02 avqust 2022-ci il tarixli qərar hazırkı iş üzrə preyudisial xarakter daşıyır. Həmin cinayət işində aparılan istintaq ilə müəyyən edilmişdir, ki, Xaçmaz rayonu, Köhnə Xudat kənd bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 09 saylı qərarına əsasən Köhnə Xudat kənd bələdiyyəsinin mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin kommersiya obyektinin tikinti məqsədilə hərraca çıxarılaraq satılması üçün torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydə alınması qərara alınmışdır. X10 qanunvericiliyin tələblərinə əsasən mülkiyyət hüququnun qeydə alınması üçün müvafiq sənədləri hazırlayaraq DƏDRX-nin 5 saylı Ərazi idarəsinə təqdim etmişdir. Həmin idarənin xx.xx.2018- ci il tarixli məktubundandan görünür ki, elektron məlumat bazasında olan xəritəyə əsasən qeyd edilən torpaq sahəsi JN:607 KOD 30212018 saylı Torpaq Mülkiyyət Hüququna X17 əsasın çıxarış almış İddiaçı Firuddin oğluna məxsus 0,39 ha torpaq sahəsi ilə üst-üstə düşür. Sənədlərə baxış keçirilərkən X6 xx.xx.2003-ci il tarixli 11 saylı iclasın protokolunda, X6 xx.xx.2003- cü il tarixli qərarında və ləğv edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsinin müdiri A.Tağıyev tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli rəydə “0,39” rəqəmi ağardılaraq təhrif olunmuşdur.---------------. Beləliklə də, aparılmış istintaqla müəyyən olunmuşdur ki, Xaçmaz rayon X6 keçmiş sədri X1 Xudat bələdiyyəsinin xx.xx.2003-ci il tarixli 11 saylı iclasın protokolunda və X6 xx.xx.2003-cü il tarixli qərarında “0,39” rəqəmi ağardaraq təhrif etmişdir. Göründüyü kimi həmin cinayət işi üzrə iddiaçıya ayrılan torpaq sahəsi ilə bağlı qərarın saxtalaşdırlaraq qəbul edildiyi müəyyən edilmişdir. Eyni zamana istintaq orqanı qeyd etmişdir ki, “Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinin dispozisiyasma əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə- bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxsin hüquqi varisi X2 rayon prokurorluğuna ərizə ilə müraciət edərək cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməmişdir. Odur ki, X6 xx.xx.2003-ci il tarixli 11 saylı iclasın protokolunda və X6 xx.xx.2003-cü il tarixli qərarında “0,39" rəqəmi ağardılaraq təhrif olunaraq vəzifə saxtakarlığı edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə başlanmış cinayət işi üzrə icraata həmin dövrdə Xaçmaz rayonu Köhnə-Xudat bələdiyyəsinin sədri vəzifəsində işləmiş X5 öldüyünə görə, həmçinin Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulan cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və bu qəbildən olan cinayətlər üçün məsuliyyətə cəlb etmə müddəti 2 (iki) il olmasına görə və qeyd olunan əməl “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarın təsiri altına düşdüyünə görə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü, 39.1.5ci və 39.1,12-ci maddələrinə əsasən xitam verilməlidir.” Qeyd edilənlər nəzərə alınaraq X6 xx.xx.2003-ci il tarixli 11 saylı iclasın protokolunda və X6 xx.xx.2003-cü il tarixli qərarında “0,39” rəqəmi ağardılaraq təhrif olunması faktı üzrə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə başlanmış cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü, 39.1.5-ci və 39.1.12ci maddələrinə əsasən xitam verilmişdir. Göründüyü kimi X6 xx.xx.2003-cü il tarixli 10 nömrəli qərarı saxtalaşdırılması cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, X6 xx.xx.2003-cü il tarixli 10 nömrəli qərarının saxtalaşdırıldığı müəyyən edilsədə, bu saxtalaşdırma ayrılan torpaq sahəsinin ölçüsü ilə əlaqədardır. Cinayət təqibi ilə bağlı qərarda qeyd edilir ki, “Bundan sonra aparılan araşdırma zamanı qeyd edilən torpaq sahəsi JN:607 KOD 30212018 saylı Torpaq Mülkiyyət Hüququna X17 əsasən çıxarış almış İddiaçı Firuddin oğluna məxsus 0.39 ha torpaq sahəsi ilə üst-üstə düşməsi məlum olmuşdur. Sənədlərə baxarkən açıq-aydın 0,39 ha torpaq sahəsinin verilməsi sənədləri sonradan ağardılaraq saxta yolla kimlərsə tərəfindən, təbii ki, səlahiyyətli vəzifəli şəxslər tərəfindən saxtalaşdırılmaq yolu ilə hazırlanması görünür. JN:607 KOD 30212018 savlı Torpaq Mülkiyyət Hüququna X18 əldə edəndə qeyd edilən 0.39 ha torpaq sahəsi Xaçmaz rayon X6 19 avqust 2003-cü il tarixli 10 saylı qərarı ilə satılması məlum olmuşdur. Lakin araşdırma zamanı bələdiyyəninn xəritəsində İddiaçı Firuddin oğluna 0.10 ha torpaq sahəsi ayrılması məlum olmuşdur. Bundan sonra onlar arxivdən qərarlar kitabını və ilkin sənədləri qaldırıb baxandan sonra qərarlar kitabında, ilkin alqı-satqı müqaviləsində, çeklərdə və digər sənədlərə sonradan ölçülər, qiymətlər və sair hissələr pozularaq (məsələn "0.10" hissəsində "0.39"- ha düzəliş edilərək) sənədlər saxtalaşdırılmış və JN:607 KOD 30212018 saylı Torpaq Mülkiyyət Hüququna X18 alınması müəyyən olmuşdur. Məhkəmə hesab edir ki, İnzibati icraat Haqqında qanunun aşağıda qeyd edilən normaları hazırkı mübahisəyə tətbiq edilərək, mübahisələndirilən bələdiyyə qərarı qismən ləğv edilməlidir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, X6 xx.xx.2003-cü il tarixli 10 nömrəli qərarının saxtalaşdırıldığı müəyyən edilsədə, bu saxtalaşdırma ayrılan torpaq sahəsinin ölçüsü ilə əlaqədar olduğuna və cinayət təqibi ilə bağlı qərarda İddiaçı Firuddin oğluna ayrılmış 0.10 ha torpaq sahəsi ilə bağlı sənədin saxtalaşdırılaraq 0.39 ha olaraq qeydiyyatının aparıldığı müəyyən edildiyinə görə iddia qismən təmin edilməli, Xaçmaz rayonu X6 mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0.39 ha torpaq sahəsinin İddiaçı satılması barədə X6 xx.xx.2003-cü il tarixli 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin 15 noyabr 2021-ci il tarixli 12 saylı iclasın qərarı İddiaçı 0.10 ha torpaq sahəsi ayrılması hissəsində ləğv edilməli, 0.10 ha torpaq sahəsi üzərində İddiaçı hüquqları qorunmalı, mübahisələndirilən qərarın X6 xx.xx.2003-cü il tarixli 10 nömrəli qərarının 0.29 ha hissədə ləğv edilməsi qüvvədə saxlanılmalıdır. İddiaçı eyni zamanda ödədiyi 100 manat dövlət rüsumu pulunun cavabdehdən alınaraq ona qaytarılmasını xahiş edir. Məhkəmə bununla bağlı qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılan işlərdə dövlət rüsumu ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçıya izah edilsinki, həmin məbləğin dövlət büdcəsindən geri qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Xaçmaz rayonu X6 mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0.39 ha torpaq sahəsinin İddiaçı satılması barədə X6 xx.xx.2003-cü il tarixli 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin 15 noyabr 2021-ci il tarixli 12 saylı iclasın qərarı İddiaçı 0.39 ha torpaq sahəsi ayrılması hissəsində deyil, həmin torpaq sahəsindən 0.10 ha torpaq sahəsi ayrılması hissəsində ləğv edilsin. (Mübahisələndirilən 15 noyabr 2021-ci il tarixli 12 saylı iclasın qərarı X6 xx.xx.2003-cü il tarixli 10 nömrəli qərarının 0.29 ha hissədə ləğv edilməsi qüvvədə saxlanılsın.) İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-690/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-690/2022
29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver