Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6910/2025 11.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı “iddiaçının adına təkrarən qanunsuz olaraq yazılmış 1400 manat məbləğində təhsil borcunun silinməsi” tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iştirak etmiş, Bakı Slavyan Universitetinin xx.xx.2025-ci il tarixli, 108 saylı əmrindən məlumatlı olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Bakı Slavyan Universitetinin xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizəsində İddiaçı təhsil haqqı borcunun ali təhsil müəssisəsi tərəfindən qarşılandığı, hazırda heç bir təhsil haqqı borcu olmadığı qeyd edilmişdir. Bakı Slavyan Universitetinin xx.xx.2025-ci il tarixli, 108 saylı əmrinə əsasən: “2020ci ilin mart ayından ölkədə pandemiya dövrü başladığı üçün ali təhsil müəssisələrində dərslər TEAMS platforması üzərindən onlayn qaydada həyata keçirilməyə başlamışdır və həmin dövrdə tələbə internet bağlantısının olmaması ilə əlaqədar dərslərdə iştirak edə bilməmişdir. Bu səbəblə növbəti tədris ilində universitetlə əlaqə saxlamadığına görə tələbə xx.xx.2021-ci il tarixli, 457/3 saylı əmri ilə tələbələr sırasından xaric edilmişdir. Həmin əmrdə texniki səhv olaraq təhsil haqqı borcu qeyd edilmişdir. Tələbənin tədris ilinin ortasında xaric edilməsi onun 700 (yeddi yüz) manat məbləğində əlavə təhsil haqqı borcunun yaranmasına səbəb olmuşdur. Daha sonra tələbə İddiaçı universitetdaxili xx.xx.2022-ci il tarixli, 221/3 saylı əmri ilə eyniadlı ixtisasa bərpa olunmuşdur. Qeyd olunan halları, eləcə də tələbənin sosial durumunu və pandemiya dövrünün yaratdığı fövqəladə şəraiti nəzərə alaraq, onun təhsil xərcləri ali təhsil müəssisəsi tərəfindən qarşılansın və 457/3 saylı, xx.xx.2021-ci il tarixli əmrdə texniki səhv (təhsil haqqı borcu ilə əlaqədar) aradan qaldırılsın” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Cavabdeh iddiaçının müraciətini təmin etdiyindən, tərəflər arasında artıq inzibati mübahisə mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı “iddiaçının adına təkrarən qanunsuz olaraq yazılmış 1400 manat məbləğində təhsil borcunun silinməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-6910/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6910/2025
11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver