Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6915/2025 27.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı “Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə ("Pərvin" firması) dair onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, "Pərvin" firması özəlləşməyə qədər Sumqayıt şəhəri əhaliyə məişət xidməti idarəsinin 7 nömrəli qadın bərbərxanası olmuşdur. Həmin bərbərxana AR Dövlət Əmlak Komitəsi ilə xx.xx.1996-cı il tarixli 2191 nömrəli alqısatqı müqaviləsinə əsasən əmək kollektivi tərəfindən iddiaçıya satılmışdır. AR Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli Şəhadətnaməyə əsasən həmin obyekt Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən "Pərvin" qadın bərbərxanasının 8 nəfər kollektiv üzvünün iddiaçının, X3, X4, X8, X5, X10, X9, X1 mülkiyət hesab olunmuşdur. "Pərvin" qadın bərbərxanasının özəlləşdirildikdən sonra kollektivin xx.xx.1997-ci il tarixli ümumi yığıncağının qərarı ilə bərbərxananın bazasında "Pərvin" firması təsis olunmuş, onun nizamnaməsi təsdiq edilmiş,həmin qərarla nizamnamə dövlət qeydiyyatına alınması üçün AR Ədliyyə Nazirliyinə təqdim olunmuşdur. "Pərvin" firmasının nizamnaməsi AR Ədliyyə Naziriyində xx.xx.1997-ci ildə qeydə alınarkən mülkiyyətçilərdən 3 nəfəri təsisçi (X2, X14 və X17) kimi nizamnamədə qeyd olunmamışdır. Çünki Sumqayıt şəhər Məhkəməsinin 3-2-594/1998 saylı xx.xx.1998-ci il tarixli qətnaməsi ilə həmin şəxslərin hüquqları kompensasiya ödənilməklə xitam olunmuşdur. X11 ilə bağlanmış 01,06.2022-ci il tarixli "Təsis payın alqı-satqısı müqaviləsi"nə əsasən "Pərvin" firmasını dəyərini (150 manat) ödəməklə almışdır. X15 xx.xx.2021-ci il tarixdə "Covid-19" virusu səbəbindən vəfat etmişdir. Onun vərəsəsi olan X12 ilə bağlanmış xx.xx.2024-cü il tarixli "Təsis payın alqı-satqısı müqaviləsi"nə əsasən "Pərvin" firmasını dəyərini (1000 manat) ödəməklə almışdır. X13 ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Təsis payın alqı-satqısı müqaviləsi"nə əsasən "Pərvin" firmasını dəyərini (150 manat) ödəməklə almışdır. Qarayeva (Abdullayevə) Əfşan Vidadi qızı ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Təsis payın alqı-satqısı müqaviləsi"nə əsasən "Pərvin" firmasını dəyərini (150 manat) ödəməklə almışdır. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətimə imtina cavabı verilmiş və imtinaya əsas olaraq mənə aşağıdakı məzmunda cavab verilmişdir: Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış sahəsi ("Pərvin" qadın bərbərxanası) "Dövlət əmlakının hüquqi və ya fiziki şəxslərə satılması haqqında şəhadətnamə" əsasında paylı şəkildə fiziki şəxslərin adına dövlət qeydiyyatına alındığı müəyyən olunmuşdur. Odur ki, sözgüdən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının ötürülməsi ilə bağlı digər mülkiyyətçilərlə notarial qaydasında "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"bağlandıqdan sonra müraciətinizə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. Hal-hazırda "Pərvin" firması tam olaraq iddiaçıya məxsusdur və 2 saylı Ərazi Vergilar Baş İdarəsi tərəfindən təqdim olunmuş çıxarışda da bu təsdiq olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, təqdim edilən sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış sahəsi (“Pərvin” qadın bərbərxanası) “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” əsasında paylı şəkildə fiziki şəxslərin adına dövlət qeydiyyatına alındığı müəyyən olunmuşdur. Odur ki, sözügedən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının ötürülməsi ilə bağlı digər mülkiyyətçilərlə notarial qaydasında “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlandıqdan sonra müraciətə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli Şəhadətnaməyə əsasən qeyri-yaşayış obyekti Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən "Pərvin" qadın bərbərxanasının 8 nəfər kollektiv üzvünün iddiaçının, X3, X4, X8, X5, X10, X9, X1 mülkiyyəti hesab olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 3-2-594/1998 saylı xx.xx.1998-ci il tarixli qətnaməsi ilə X2, X14 və X10 X6 və qeyrilərinə qarşı özəlləşdirilmiş obyektdən payların natura şəklində bölünməsi barədə iddiası əsassız olduğundan rədd edilmiş, dövlət tərəfindən kollektivə güzəşt olunan ******* manatın bir hissəsi 314700 manat pulun Pərvin müəssisəsinin balansından tutularaq hər birinə 314700 manat pul ödənilməsi qət edilmişdir. X13 və Qarayeva (Abdullayevə) Əfşan Vidadi qızı ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Təsis payının alqı-satqısı müqaviləsi"nə əsasən satıcılar müəssisədəki payını İddiaçı mülkiyyətinə vermişdir. X11 ilə bağlanmış xx.xx.2022-ci il tarixli "Təsis payının alqı-satqısı müqaviləsi"nə əsasən satıcı müəssisədəki payını İddiaçı mülkiyyətinə vermişdir. X8 vərəsəsi olan X12 ilə bağlanmış xx.xx.2024-cü il tarixli "Təsis payının alqısatqısı müqaviləsi"nə əsasən satıcı müəssisədəki payını İddiaçı mülkiyyətinə vermişdir. xx.xx.2025-ci il tarixli 3-21-2-9/2-D-92/2025 saylı hüquqi şəxsin dövlət reyestrindən çıxarışdan görünür ki, Pərvin Firmasının qanuni təmsilçisi İddiaçı qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli müayinə aktında qeyri-yaşayış obyektinin faktiki olaraq qadın bərbərxanası kimi istifadə olunduğu, dəyişiklik edilmədiyi qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə ("Pərvin" firması) dair onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, təqdim edilən sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış sahəsi (“Pərvin” qadın bərbərxanası) “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” əsasında paylı şəkildə fiziki şəxslərin adına dövlət qeydiyyatına alındığı müəyyən olunmuşdur. Odur ki, sözügedən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının ötürülməsi ilə bağlı digər mülkiyyətçilərlə notarial qaydasında “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlandıqdan sonra müraciətə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli Şəhadətnaməyə əsasən qeyri-yaşayış obyekti Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən "Pərvin" qadın bərbərxanasının 8 nəfər kollektiv üzvünün iddiaçının, X3, X4, X8, X5, X10, X9, X1 mülkiyyəti hesab olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 3-2-594/1998 saylı xx.xx.1998-ci il tarixli qətnaməsi ilə X2, X14 və X10 X6 və qeyrilərinə qarşı özəlləşdirilmiş obyektdən payların natura şəklində bölünməsi barədə iddiası əsassız olduğundan rədd edilmiş, dövlət tərəfindən kollektivə güzəşt olunan ******* manatın bir hissəsi 314700 manat pulun Pərvin müəssisəsinin balansından tutularaq hər birinə 314700 manat pul ödənilməsi qət edilmişdir. X13 və Qarayeva (Abdullayevə) Əfşan Vidadi qızı ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Təsis payının alqı-satqısı müqaviləsi"nə əsasən satıcılar müəssisədəki payını İddiaçı mülkiyyətinə vermişdir. X11 ilə bağlanmış xx.xx.2022-ci il tarixli "Təsis payının alqı-satqısı müqaviləsi"nə əsasən satıcı müəssisədəki payını İddiaçı mülkiyyətinə vermişdir. X8 vərəsəsi olan X12 ilə bağlanmış xx.xx.2024-cü il tarixli "Təsis payının alqısatqısı müqaviləsi"nə əsasən satıcı müəssisədəki payını İddiaçı mülkiyyətinə vermişdir. xx.xx.2025-ci il tarixli 3-21-2-9/2-D-92/2025 saylı hüquqi şəxsin dövlət reyestrindən çıxarışdan görünür ki, Pərvin Firmasının təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı İddiaçı – 100 %, qeydiyyata alındığı tarix xx.xx.1997, dövlət qeydiyyatı (VÖEN) ********** qeyd edilmişdir. Qeyd edilənlərdən görünür ki, qeyri-yaşayış obyektinin yeganə mülkiyyətçisi iddiaçıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. xx.xx.2025-ci il tarixli müayinə aktında qeyri-yaşayış obyektinin faktiki olaraq qadın bərbərxanası kimi istifadə olunduğu, dəyişiklik edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının hüququnun qeydə alınmasını istisna edən hal müəyyən olunmur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış sahəsinə ("Pərvin" firması) dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-6915/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6915/2025
27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver