Məhkəmə qərarları › İş №2-1(118)-692/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-692/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-692/2022 03.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin onun Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə mülkiyyətinə verilmiş Xaçmaz rayonu Şollar kəndində yerləşən 0.10 ha torpaq sahəsinə, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi barədə ərizənin icrasından imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə həmin ölçüdə torpaq sahəsinə dair adına dövlət reystrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı onun Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə mülkiyyətinə verilmiş Xaçmaz rayonu Şollar kəndində yerləşən 0.10 ha torpaq sahəsinə, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 16.11.2021-ci il tarixli, **********00 saylı məktubu müraciətin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Susayqışlaq İƏV nümayəndəsinin 21 may 1997-ci il tarixli 05 nömrəli sərəncamı ilə iddiaçıya Şollar kəndi ərazisindən fərdi yaşayış evi tikmək üçün 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi səlahiyyətli komissiya üzvləri tərəfindən yerində ölçülərək iddiaçıya təhkim ediimiş, göstərilən sərhədlərdə torpaq sahəsini hasara alaraq istifadə etməyə başlamışdır. Xaçmaz Rayonu Aqrar islahatı Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə həmin ölçüdə, yəni 0.10 ha həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Baxmayaraq ki, AİK-nın qərarı ilə mülkiyyətinə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir, DT və XK Xaçmaz Rayon Şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən 12 iyul 2004-cü il tarixdə adıma verilmiş JN-197 A KOD 30222048 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Xaçmaz Rayonu Aqrar İslahat Komissiyasının 05 saylı qərarı ilə mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin ölçüsü səhvən 0.06 ha göstərilmişdir. Həmin illərdə iddiaçı Şəhadətnamədəki yanlışlığın aradan qaldırılması üçün həm DT və XK -nə , həm də həmin komitənin Xaçmaz Rayon Şöbəsinə müraciətlər etmiş, lakin məsələ həll olunmamış həmin təşkilatların fəaliyyətinə xitam verildiyindən Şəhadətnamədəki yanlışlıq aradan qaldırılmamışdır. Beləliklə, Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçının mülkiyyətinə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. 16 noyabr 2021-ci il tarixdə iddiaçı bütün zəruri sənədləri əlavə etməklə ərizə ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək qanuni əsaslarla mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinə Dövlət Reyestrindən çıxarışın və texniki pasportun hazırlanmasını xahiş etmişdir. Həmin idarənin rəis vəzifəsini icra edən rəis müavini Fikrət Nuşiyevin imzası ilə 16 noyabr 2021 -ci il tarixli **********00 saylı məktubla iddiaçıya cavab verilmişdir ki, onun və ailə üzvlərinizin adına Xaçmaz rayonu Şollar kəndində yerləşən 0.06 ha torpaq sahəsinə DTXK-sinin Xaçmaz rayon şöbəsi tərəfindən JN-197A KOD 30222048 saylı Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə işlənilib hazırlanmışdır, Xaçmaz rayonu Şollar kəndində yerləşən 0.06 ha torpaq sahəsinə aid JN-197A, KOD 30222048 saylı Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamədə düzəlişin həyata keçirilməsi və ya torpaq sahəsinin bərpa edilməsi bizim təşkilatın səlahiyyətlərinə aid deyildir. Əlavə olaraq Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” Qanunun 22-cİ maddəsinə əsasən torpaq islahatı barədə yerli və rayon aqrar islahatı komissiyalarının qərarı ilə razılaşmadıqları təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyatı üzrə məhkəməyə şikayət etmək səlahiyyətləri vardır. İddiaçı hesab edir ki, cavabdehin ərizəyə imtina cavabı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı adına olan Şəhadətnamədə düzəlişin həyata keçirilməsi barədə müraciət etməmişdir. Cavabdehə ünvanladığı ərizədə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 0.10 ha lorpaq sahəsinə hüquqlarının Dövlət Reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Bundan da əlavə cavabdeh idarəsinin məktubunda qeyd olunur ki," Torpaq islahatı haqqında” Qanununun 22-ci maddəsinə əsasən torpaq islahatı barədə yerli və rayon aqrar islahatı komissiyalarının qərarı ilə razılaşmadığı təqdirdə aidiyyatı üzrə məhkəməyə şikayət edə bilər. İddiaçı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarını əsas tutaraq cavabdeh idarəyə müraciət etmişdir. Yəni həmin qərarı mübahisələndirmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 -cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. İddiaçı hesab edir ki, cavabdeh idarəsinin ərizənin icrasından imtinası iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı Xaçmaz rayonu, Şollar kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 16.11.2021-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Ərizəyə 16.11.2021-ci il tarixli **********00 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, "Bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 12.1ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüqularının dövlət qeydiyyatını aparır. Qeyd edirlər ki, sizin və ailə üzvlərinizin adına Xaçmaz rayonu Şollar kəndində yerləşən 0.06 ha torpaq sahəsinə DTXK-sinin Xaçmaz rayon şöbəsi tərəfindən JN-197A KOD 30222048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilib hazırlanmışdır. Bildirirlər ki, Xaçmaz rayonu Şollar kəndində yerləşən 0.06 ha torpaq sahəsinə aid JN- 197A, KOD 30222048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəlişin həyata keçirilməsi və ya torpaq sahəsinin bərpa edilməsi bizim təşkilatın səlahiyyətlərinə aid deyildir. Əlavə olaraq Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” Qanununun 22-cl maddəsinə əsasən torpaq islahatı barədə yerli və rayon aqrar islahatı komissiyalarının qərarı ilə razılaşmadığınız təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə məhkəməyə şikayət etmək səlahiyyətiniz vardır” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1 -ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr” Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Cavabdeh bildirir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddia ərizəsində mübahisələndirilən JN-197A KOD 30222048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə göstərilən 0.06 ha torpaq sahəsindən əlavə tələb olunan 0.04 ha torpaq sahəsinin ərazinin hansı hissəsində yerləşdiyi yeri dəqiq məlum deyildir və həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilkin olaraq iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası iddiasıdır. İddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, inzibati orqanın imtinası əsaslı olduğu üçün iddia rədd ediləməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə əlaqəli bir çox məhkəmə mübahisələri olmuş, lakin iddiaçının tələbləri əsaslı hesab edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının 0.10 ha torpaq sahəsi üzərində hüquqlarının yaranması əsaslı olsada, o öz hüquqlarından vaxtında və düzgün istifadə etməmiş, hazırdada uğurluluq ehtimalı olamayan hüquq müdafiə vasitəsi seçmişdir. Məhkəmə ilkin olaraq iddiaçının xeyrinə olan məqamları qeyd etməyi zəruri hesab edir. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Xaçmaz rayon Susayqışlaq İnzibati Ərazi Vahidi Nümayəndəliyinin 21 may 1997-ci il tarixli 05 №li Əmrindən çıxarışa, Azərbaycan Respublikası Xaçmaz Rayon Dövlət Arxivinin 03 iyun 2011-ci il tarixli 685 saylı Arxiv Çıxarışına əsasən Şollar kənd sakini İddiaçı həmin kənddən yaşayış evi tikmək və istifadə etmək üçün həyətyanı sahəsi nəzərdə tutulmuş yerdən 0.10 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Xaçmaz rayon Susayqışlaq İnzibati Ərazi Vahidi Nümayəndəliyinin 02.06.1997-ci il tarixli 04 saylı Sərəncamın Azərbaycan Respublikası Xaçmaz Rayon Dövlət Arxivinin 09 mart 2016-cı il tarixli 196 saylı Arxiv çıxarışına əsasən Şollar kənd sakini İddiaçı 0.10 ha torpaq sahəsinin təhkim olunması haqqında 05 saylı 21.05.1997-ci il tarixli əmri təsdiq edilmişdir. Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət Arxivinin 20 iyul 2016-cı il tarixli Arxiv arayışına əsasən Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət arxivində saxlanılan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28.04.1998-ci il tarixli 05 saylı protokolu ilə Xaçmaz rayonu Susay sovxozu Şollar kəndi üzrə püşk atma yolu ilə fəaliyyət göstərən kəndli-fermer təsərrüfatlarında torpaq almaq hüququ olan vətəndaşların ardıcıllıq siyahısında 196-cı İddiaçı adına qaytanlanmış kitab üzrə 0.10 ha, faktiki 0.10 ha torpaq sahəsi qeyd edilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN 197 A, KOD 30222048 Şəhadətnamədən görünür ki, iddiaçının mülkiyyətinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə 0.06 ha torpaq sahəsi verilmişdir. Lakin iddiaçı qeyd edilən texniki səfin düzəldilməsi ilə bağlı zamanında və düzgün hüquq müdafə vasitələri seçməmiş, nəticədə mübahisəli olan 0.04 ha torpaq sahəsi üzərində X2 hüquqları məhkəmələr tərəfindən tanınmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt İnzibati- İqtisadı Məhkəməsinin icraatında iddiaçılar İddiaçı, X1, X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı adlarına verilmiş JN-197A saylı, 30222048 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə qismən dəyişiklik edilməklə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 28.04.1998-ci il tarixli, 05 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin ölçüsünün 0,10 ha göstərilməsi, tərəflərindən hasarlanmış və faktiki olaraq istifadələrində olan həmin 0,10 ha torpaq sahəsinə onların mülkiyyət hüquqlarının qeydiyyata alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququna dair adlarına reyestrdən çıxarışın verilməsi, Mansurova Yaqutun atasının adının “Hacımurad”, Rəhilənin soyadının “Mansur” yazılması, 3-cü şəxs X2 adına verilmiş JN-301 A saylı, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qismən ləğv edilməsi və sonuncunun adına rəsmiləşdirilmiş 0,04 ha torpaq sahəsinin onların adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə inzbati iş olmuş, məhkəmənin 15 mart 2017-ci il tarixli 2-1(85)-413/2017 saylı Qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərar ilə iddiaçılara izah olunmuşdur ki, mübahisənin kökü aqrar islahat zamanı vətəndaşlara ayrılmış torpaq sahəsi ilə bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahələrinin sərhəddinin müəyyən olunması ilə bağlı olduğundan buna müvafiq olaraq X4, bələdiyyə və bələdiyyənin X2 torpağına bitişik ərzaidə torpaq sahəsi ayırdığı şəxslə müxtəlif razılaşma əldə edilə bilər, bu mümkün olmadıqda isə digər hüquq müdafiə vasitələri seçilə bilər. Problemin yaranma əsası ondan ibarət olmuşdur ki, iddiaçıya və ailəsinə aqrar islahat zamanı 0,10 ha torpaq sahəsi ayrılsada, sənəd üzrə 0,6 ha torpaq sahəsi dövlət qeydiyyatına alınmış, geri qalan 0,4 ha torpaq sahəsi isə X2 adına dövlət qeydiyyatına alınmışdır. Dövlət qeydiyyatına alınmış həmin torpaq sahələrindən sonrakı torpaqlar isə bələdiyyə torpağı kimi digər şəxslərə satılmışdır. Beləliklə zamanında düzgün hüquq müdafiə vasitələri seçilmədiyindən iddiaçının 0,10 ha torpaq sahəsinə hüquqları bərpa edilə bilməmişdir. Bundan əlavə Xaçmaz rayon Məhkəməsinin icraatında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X2 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair 2(067)- 1009/2018 saylı iş olmuş, məhkəmənin 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Xaçmaz rayonu Şollar kəndi ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN 301 A kod ******* olan şəhadətnaməyə əsasən X2 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin İddiaçı qanunsuz istifadəsindən alınaraq iddiaçı X3 qaytarılması qət edilmişdir. Göründüyü kimi iddiaçının iddia etdiyi 0.10 ha torpaq sahsəinin 0, 04 ha hissəsinin X3 məxsus olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Beləliklə iddiaçı yenə uğurluluq ehtimalı olmayan hüquq müdafiə vasitəsi seçmiş, cavabdeh inzibati orqan əsaslı olaraq mübahisəli 0, 04 ha torpaq sahəsinə istinad etməklə müvafiq imtina etmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin əsasını təşkil edən 0.04 ha torpaq sahəsinin JN 301 A kod ******* olan şəhadətnaməyə əsasən X2 mülkiyyətində olması və bunun məhkəmə qərarları ilə təsdiq olunması hazırkı iddianın əsaslı olmadığını göstərir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur və Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş Xaçmaz rayonu Şollar kəndində yerləşən 0.10 ha torpaq sahəsinə, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə dair iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar