Məhkəmə qərarları › İş №2-1(118)-693/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-693/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-693/2020 29.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Abşeron rayonu, Məmmədli kəndi, Ə.Əliyev küçəsi ev 28, mənzil 30-da yaşayan), İddiaçının nümayəndəsi X3 (fərdi qaydada fəaliyyət göstərən vəkil, Bakı şəhəri, Ə.Naxçıvani küçəsi ev 3 mənzil 48-də yaşayan), Cavabdehin nümayəndəsi X2 (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsində məskəhətçi hüquqşünas işləyən, Naxçıvan şəhəri, Əlincə, ev 18 mənzil 49-da qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx xxxxxx 2019-cu il tarixli 09 saylı əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh AzərbaycanRespublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli 09 saylı əmrin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxxxx 2019-cu il tarixli 09 saylı əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən iddia Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(085)-1060/2019 saylı qərarı ilə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, 1999-2008-ci və 2014-2019-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində zabit kimi hərbi xidmət keçmiş və xx.xx.2019-cu il tarixdə N saylı hərbi hissədə “RAS Xidmətinin rəisinin baş köməkçisi vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “e” bəndinə əsasən (“xidməti uyğunsuzluğa görə”) ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmasına səbəb kimi isə 2018-ci ilin avqust ayında aparılmış yoxlama zamanı onun qan və sidik analizlərində guya narkotik maddələrinin izlərinin aşkarlanması olmuşdur. Halbuki, o, heç vaxt narkotik və ya psixotrop maddələrdən istifadə etməmiş və 2018-ci ilin dekabr ayında özü Silahlı Qvvələrin Baş Klinik Hospitalına müraciət etmiş və həmin hospitalın göndərişinə əsasən Tibbi Ekspertiza və X1, sidik və tük nümunələrindən analiz vermişdir. Müayinənin nəticələrinə görə tərtib olunmuş rəyə görə onun qan, sidik və tük nümunələrinin tərkibində etil spritli, narkotik vasitələr və güclü təsiredici maddələr aşkar edilməmişdir. Müdafiə Nazilriyi yalnız ilkin ekspress üsulu ilə götürülmüş analizin nəticələrini əsas götürərək onu ehtiyata buraxmışdır. Bununla bağlı o, bir neçə dəfə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizələrlə müraciət edərək hərbi xidmətə bərpa olunmasını və ya məhkəməyə müraciət etmək üçün əmrdən çıxarışın ona verilməsini xahiş etmişdir. Lakin xx.xx.2019-cu il tarixdə onun müraciətinə imtina cavabı verilmişdir. Bundan sonra o, müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. İzahatının sonunda iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddianı müdafiə etdi və iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etmədi və izah etdi ki, İddiaçı xidmət etdiyi dövrdə hər hansı nöqsan aşkar edilməmişdir. Lakin xx.xx.2018-ci il tarixdə müxtəlif hərbi hissə komandirlərinin müraciətlərinə sasəm 33 nəfər qulluqçunun qan və sidik nümunələri götürülərək müayinə üçün Müdafiə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və X7 göndərilmiş, iddiaçıdan götürülmüş qanda və sidikdə Tetra-hidro kannabinol adlı narkotik maddənin izləri aşkar olunmuşdur. Göstərilənlərə əsasən hərbi hissə komandiri iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırmış, Müdafiə nazirinin xx xxxxxx 2019-cu il tarixli 09 saylı əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrı Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 47 saylı arayışdan görünür ki, ehtiyatda olan mayor İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2008-ci il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. -Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 196/K saylı aktdan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu mayor İddiaçı götürülmüş qan və sidikdə Tetra-hidro kannabinol adlı maddənin izləri açkar olunmuşdur və açkarlanan bu preparatlar çətənə (kannabis) bitkisindən alınan marixuana, həşiş və həşiş qətran adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. Aşkarlanan bu narkotik vasitə dövriyyəsi və qəbulu qadağan olunmuş narkotiklərin siyahısına daxildir. -Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 547/K saylı aktdan görünür ki, İddiaçı götürülmüş qanın Qaz və Kütlə spektrometriyalı xromatoqrafiya və tükün Kütlə spektrometriyalı xromatoqrafiya metodu ilə aparılmış tədqiqat nəticəsində qan və tük nümunələrinin tərkibində etil spirti, narkotik vasitələr və güclütəsiredici maddələrin aşkar edilməmişdir. -iş materiallarına əlavə edilmiş fəxri fərman və vəsiqələrdən görünür ki, İddiaçı xidmət vəzifələrini layiqincə yerinə yetirdiyinə, qüsursuz xidmətə görə dəfələrlə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən təltif edilmişdir. -iddiaçının müraciətlərindən görünür ki, o, Azərbaycan Reslublikası Müdafiə Nazirliyinə müraciət edərək hərbi xidmətə bərpa olunmasını və ya məhkəməyə müraciət etmək üçün əmrdən çıxarışın ona verilməsini xahiş etmişdir. -Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli 09 saylı əmrdən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissənin Maddi-texniki təminat bölməsinin (A4) Raket-artilleriya silahları ximəti rəisinin baş köməkçisi mayor İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə iclasında ekspert qismində dindirilən Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 eksperti X11 izah etdi ki, İddiaçı barəsində olan xx.xx.2018-ci il tarixli akt onun tərəfindən tərtib edilmişdir. Həmin vaxt N saylı hərbi hissədən götürülmüş N nəfərin qan və sidik nümunələrində narkotik vasitələr aşkar edilmişdir. İddiaçı götürülmüş qan və sidik nümunələrindən narkotik vasitə sayılan marixuana aşkar edilmişdir. 2018-ci ilin dekabr ayında tərtib edilmiş aktla bağlı ekspert izah etdi ki, 4 aydan artıq müddət keçdiyindən əvvəl aşkar edilmiş narkotik maddənin izləri qalmaya bilərdi. Məhkəmə iclasında ekspert qismində dindirilən Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 eksperti X13 izah etdi ki, 2018-ci ilin dekabr ayında İddiaçı qan, sidik və tük nümumələri müayinə edilmiş və narkotik maddənin izləri aşkar edilməmişdri. Ekspert həmçinin izah etdi ki, bu nümunələrdən ən çox yaddaşa malik olan tük nümunələridir, onda da narkotik maddələrdən istifadədən 3-4 ay sonra izlər aşkar olunmaya bilər. Belə ki, narkotik maddələrin mütamadi istifadəçisində bu izlər 4 aya qədər qala bilər, bir-iki dəfə istifadə edən şəxslərdə bu maddələrin izləri aşkar edilməyə bilər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını, ekspertlərin fikirlərini dinləyərək, işüzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Hərbi vəzifə və hərbi xidmət» haqqında Azərbaycan Respublikası Qanununun 24-ci maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həmin Qanunun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə ko-man-di-ri-nin əm-ri ilə şəx-si heyətin si-ya-hısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikasının xx xxxxxxx 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə görə hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Əsasnamənin 161-ci maddəsinə görə həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Məhkəmə araşdırması zamanı İddiaçı narkotik vasitələrdən istifadə etməsi Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 196/K saylı akt ilə təsdiq edilmişdir. Onun barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta gəldikdə isə məhkəmə iki müayinə arasında 4 aya yaxın müddətin keçməsini və ekspertlərin fikrinə görə həmin müddət ərzində qan, sidik və tükdə narkotik vasitələrin izlərinin qala bilmək imkanının olmadığını və yalnız bunun mütamadi narkotik maddə istifadəçilərində qala biləcəyini nəzərə alaraq hesab edir ki, sonuncu aktda İddiaçı narkotik maddə istifadəçisi olması inkar edilsə də, bu hal mübahisələndirilən ləğvi üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, iddiaçının barəsində verilmiş əmr əsaslıdır və o, qanunauğyun şəkildə ehtiyata buraxılmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının ehtiyata buraxılması barədə əmrin qanunsuz hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinəəsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Bununla bağlı məhkəmə hesab edir ki, mübahisələndirilən əmrin ləğv edilməsi üçün qanuni əsas müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar