Məhkəmə qərarları › İş №2-1(118)-693/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-693/2022

28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-693/2022 28.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" ASC-yə aid olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 62 saylı binanın 5-ci giriş, 1-ci mərtəbəsində yerləşən 3 və 4 otaqlı mənzillərin qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsi barədə qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-yə aid olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 62 saylı binanın 5-ci giriş, 1-ci mərtəbəsində yerləşən 3 və 4 otaqlı mənzillərin qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin tabeliyində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 62 saylı binanın 5-ci giriş, 1-ci mərtəbəsində yerləşən 3 və 4 otaqlı mənzillər 2006-cı ildən yaşayış mənzilləri kimi istifadə olunur. Mənzillər sanitar qovşaqlarına və digər yaşayış üçün tələb olunan parametrlərə malikdir. Kommunal xidmətləri yaşayış sahələrinə uyğun qaydada ödənilir. İddiaçı dəfələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək mənzillərin rejiminin qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsini xahiş etmişdir. Lakin cavabdeh hər dəfə müxtəlif əsaslarla imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəvərdar edilmişdir. Lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavavbdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, sözügedən mənzillərə "xxxx" ASC-yə (keçmiş 73 saylı təsərrüfat hesablı mağaza) aid olmasını təsdiq edən sənəd kimi yalnız Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən 29 iyun 1998-ci il tarixdə verilmiş texniki pasport təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisə obyekti olan mənzillərin iddiaçıya məxsus olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd, yəni mənzillərn iddiaçı cəmiyyətə ayrılmasını (icarəyə verilməsi və s.) təsdiq edən sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. Bu halda texniki pasport daşınmaz əmlakın yalnız texniki göstəriciləri əks edən sənəd olmaqla hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqların cavabdeh tərəfindən pozulması halının baş verdiyi sübuta yetirilmir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" ASC-yə aid olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 62 saylı binanın 5-ci giriş, 1-ci mərtəbəsində yerləşən 3 və 4 otaqlı mənzillərin qeyriyaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsi barədə qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" ASC-yə aid olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 62 saylı binanın 5-ci giriş, 1-ci mərtəbəsində yerləşən 3 və 4 otaqlı mənzillərin qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsi barədə qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar