Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-694/2022 10.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.303 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə işə inzibati icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.303 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Tərəflər aidiyyətin müəyyən olunması üçün məhkəməyə dəvət olunsalarda, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iş materiallarının araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən həmin məcəllənin 8.1.1-8.1.3 maddəsində nəzərdə tutulan hallar istisna olmaqla iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi aidiyyətin müəyyən olunmasında həmin norma ümumi norma kimi çıxış edir. Məcəllənin 8.1.1-8.1.3 maddələri isə xüsusi norma kimi çıxış edir. 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddiaya xüsusi norma kimi çıxış edən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən baxılmalıdır. İş materiallarında olan RX seriyalı, ******* saylı, 04.03.2014-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. Həmin fərdi yaşayış evinin yerləşdiyi, İddiaçı istifadəsində olan torpaq sahəsi bələdiyyə torpaqlarına aiddir. İş materiallarında olan inventar nömrəsi 473, qeydiyyat nömrəsi 24322 olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən torpaq sahəsi Sabunçu rayon, Bilgəh qəsəbəsi ərazisində yerləşir. İş materiallarından görsənir ki, mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhərinin inzibati ərazisində yerləşir. Bu isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinin tələbləri baxımından işə Bakı İnzibati Məhkəməsində baxılmasını şərtləndirir. RX seriyalı, ******* saylı, 04.03.2014-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda iddiaçının mülkiyyətinin ünvan 2 ünvanında yerləşdiyi və həmin fərdi yaşayış evinin yerləşdiyi, İddiaçı istifadəsində olan torpaq sahəsi bələdiyyə torpaqlarına aid olduğu qeyd edilir. Sabunçu rayon, Bilgəh qəsəbəsi ərazisində yerləşən bələdiyyə torpaqlarının isə Abşeron rayonuna aid olması isə mümkün deyil. Məhkəmə hesab edir ki, fərdi yaşayış evi faktiki olaraq Abşeron rayonunun idarəçiliyində olan torpaqlarda yerləşsə belə, inzibati ərazi baxımından Bakı şəhərinin ərazi hüdudlarında yerləşdiyi üçün yenədə mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Çünki bunu Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1ci maddəsi şərtləndirir. Həmin normaya əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırlı iş üzrə əmlakın və ərazinin aid olduğu yerin məhkəməsi isə Bakı İnzibati Məhkəməsidir. Məhkəmə hesab edir ki, qanun bu normasının qeyd edilən əsaslarla müəyyən olunmasında qanunvericinin iradəsi, sübutların əldə edilməsi və yerində müayinə edilmə imkanları baxımından operativlik və məqsədəmüvafiqlik tələblərinə uyğunluğun əsas alınmasına yönəlmə kimi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, bu kateqoriya işlərdə mübahisə predmeti olan torpaq sahəsinin Abşeron rayonunun idarəçiliyində olduğu və cavabdeh inzibati orqanın Sumqayıt İnzibati Məhkəməsinin yuristiksiyasında yerləşdiyi hallarda işə Sumqayıt İnzibati Məhkəməsində baxıldığı hallar olsada, son dövrlərdə formalaşmış məhkəmə təcrübəsi işə İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinin tələbləri baxımından torpaq sahəsinin idarəciliyini yox, yerləşdiyi inzibati ərazi vahidini əsas alaraq baxılmasını müəyyən edir. Məhkəmə hesab edir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsi tələbləri baxımından aidiyyətin müəyyən olunmasında cavabdeh inzibati orqanın harada yerləşməsinin heç bir əhəmiyyəti yoxdur. Cavabdeh inzibati orqanın harada yerləşməsi aidiyyətin müəyyən olunmasında cavabdehin yerləşdiyi yerin əsas götürüldüyü hallarda müəyyənedici ola bilər. Hazırkı halda isə cavabdehin düzgün müəyyən olunması cavabdehlik və səlahiyyət baxımından əhəmiyyətli olsada, aidiyyətin müəyyən olunmasında heç bir rol oynaya bilməz. Bu baxımdan iddiaçının hazırkı iş üzrə cavabdeh inzibati orqanın cavabdehlik baxımından səlahiyyətli olub-olmamasını araşdırması prosessual qənaət baxımından məqsədəmüvafiq hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ərazi aidiyyətin üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi yerə görə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.303 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-694/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-694/2022
10.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver