Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-695/2024 02.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsi, müvəqqəti kirayə xərclərin kompensasiyasının ödənilməsi - mənzil kirayə haqqının ödənilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində qeydiyyata götürülməyi və mənzillə təmin olunanadək müvəqqəti kirayə xərclərin kompensasiya edilməsi” tələblərinə dair iddiası üzrə inzibati işə 2 dekabr 202N-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş:
1. НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”dən görünür ki, İddiaçı 3 yanvar 199N-cü il tarixdə hərbi hissəyə qeydiyyata alınmış, N noyabr 1997-ci il tarixdə hərbi hissədən çıxarılmışdır. N aprel 2012-ci il tarixdə FHN XRXX-nın hərbi hissəsinə daxil edilmiş, N noyabr 2020-ci il tarixdə hərbi hissədən çıxarılmışdır. N fevral 2021-ci il tarixdə hərbi qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin 19 oktyabr 2021-ci il tarixli, xx/xx-0562 nömrəli məktubundan görünür ki, İddiaçı 18 may 2009-cu il tarixdən 11 noyabr 2020-ci il tarixədək Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində xidmət etmiş və xidmət etdiyi müddətdə heç bir əmlakla (ev və torpaqla) təmin edilməmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin “Daşınmaz əmlakın dövlət reyestrin”dən 28 noyabr 2022-ci il tarixli çıxarışdan görünür ki, X1 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair 19 noyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir.
4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinin 31 yanvar 2023-cü il tarixli, 3-N3-1/2- N0/2023 nömrəli arayışından görünür ki, gizir İddiaçı 3 yanvar 199N-cü il tarixdən N noyabr 1997-ci il tarixədək əsgər qismində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, N aprel 2012-ci il tarixdən N noyabr 2020-ci il tarixədək FHN-nın Xüsusi Riskli Xilasetmə Xidmətində gizir qismində hərbi xidmət etmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N fevral 2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsində hərbi qeydiyyatdadır.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin “Daşınmaz əmlakın dövlət reyestrin”dən 2 mart 2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair 2N fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir.
6. Azərbaycan Respublikası Cavabdeh 8 may 2023-cü il tarixli, 5-29/2-Ə- 108-068/2023 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, ehtiyata buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 17N nömrəli qərara əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə habelə 5 təqvim ili və daha çox xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Qoşma olaraq əlavə etdiyi sənədlərdən həmin kateqoriya şəxslərə aid olmadığı müəyyən edildiyindən müraciətinin icrası məqsədəmüvafiq hesab edilməmişdir.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzinin 21 noyabr 202N-cü il tarixli, 3-17-7/2-Ə-N8617/202N nömrəli arayışından görünür ki, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən 21 noyabr 202N-cü il tarixə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.
8. Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron rayon Mehdiabad qəsəbə N nömrəli tam orta məktəbin 26 noyabr 202N-cü il tarixli, 255 nömrəli arayışından görünür ki, X5 eron rayon Mehdiabad qəsəbə N nömrəli tam orta məktəbdə 11A sinifində oxuyur.
9. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin 26 noyabr 202N-cü il tarixli arayışından görünür ki, X2 UNECin bakalavriat səviyyəsi üzrə Rəqəmsal iqtisadiyyat fakültəsinin İnformasiya texnologiyaları ixtisasının dövlət sifarişli əyani təhsilin İİİ il 570-2 saylı qrup tələbəsidir və dörd illik təhsil müddətini 5 iyul 2026-cı il tarixədək bitirməsi nəzərdə tutulur.
10. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsinin 27 noyabr 202N-cü il tarixli, 929 nömrəli arayışından görünür ki, X3 Azərbaycan Texniki Universitetinin “İnformasiya və telekommunikasiya texnologiyaları” fakültəsinin əyani şöbəsində 632Ne qrup 1 kurs tələbəsidir.
11. Azərbaycan Respublikası Cavabdeh başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 noyabr 202N-cü il tarixli, 2159 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanda qeydiyyatdadır. XN, X2, X3 və X5 onun ailə üzvləridir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:
12. Azərbaycan Respublikası Cavabdeh 1 mart 202N-cü il tarixli, 5-29/1- N10/202N nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən verilən arayışda istefada olan gizir İddiaçı 3 yanvar 199N-cü il tarixdən N noyabr 1997-ci il tarixədək əsgər qismində Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, N aprel 2012-ci il tarixdən N noyabr 2020-ci il tarixədək FHN Xüsusi Riskli Xilasetmə Xidmətində gizir qismində hərbi xidmət etdiyi qeyd olunmuşdur. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı əsgər qismində müddətli həqiqi hərbi xidmət də nəzərə alınmaqla cəmi 8 il Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Bu səbəbdən vətəndaş İddiaçı Cavabdehndə mənzil növbəsinə qəbul edilməsi və mənzil kirayə pulu ilə təmin edilməsi məqsədəmüvafiq hesab edilməmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
13. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil uçotuna götürülməyi və mənzillə təmin edilənə kimi ailə üzvlərilə birlikdə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün qanunla müəyyən edilmiş məbləğdə kompensasiya ilə təmin edilməsi üçün qanunla müəyyən edilmiş digər addımların atılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 3 yanvar 199N-cü il – N noyabr 1997-ci, 1N aprel 2012-ci il – N noaybr 2020-ci il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir. Bundan başqa, 18 may 2009-cu il tarixdən 11 noyabr 2020-ci il tarixədək Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində xidmət etmişdir, həmin dövrdə hər hansı əmlakla təmin edilməmişdir, xidmətini həqiqi hərbi xidmətdə olmanın son yaş həddinə çatmağı ilə əlaqədar başa vurmuşdur. Həqiqi hərbi xidmətdə olmanın son yaş həddinə çatmağı ilə əlaqədar xidməti başa vurduqdan sonra Cavabdehnə iki dəfə N fevral 2022-ci və 2N fevral 2022-ci il tarixlərdə ayrıayrılıqda rəsmi olaraq, mənzil uçotuna götürülməyi və mənzillə təmin edilənə kimi ailə üzvlərilə birlikdə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün qanunla müəyyən edilmiş məbləğdə kompensasiya ilə təmin edilməyi üçün müvafiq addımların atılması barədə göstəriş verməsi üçün Cavabdehnə müraciət etmiş, bundan sonra bir neçə dəfə şəxsən orada olmuş, səlahiyyətli şəxslərlə danışmış və qanunla iddiaçıya verilən imtiyazdan yararlanmaq üçün müvafiq addımların atılmasını xahiş etmişdir. Buna rəğmən hal-hazıradək hər hansı addım atılmamışdır. Belə ki, qanununun tələbinə görə iddiaçıya mənzillə təmin edildiyi günədək Abşeron rayonunda 100 manat məbləğində nağdsız qaydada kompensasiya ödənilməlidir. Həmçinin bildirilir ki, həyat yoldaşı ilə bərabər birgə nikahdan üç övladı vardır. Qanunla onlar üçün də aldığı kompensasiyanın 50% miqdarında nağdsız pul ödənişi verilməlidir. Xidmətini tamamlayanadək aylıq cəmi 300 manat kompensasiya FHN tərəfindən ödənilmişdir.
15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli, 17N saylı qərarının 1, 2, 3.1, 11-1-ci bəndlərinə, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 2.2, 3N.1-ci maddələrinə istinad olunmuşdur.
16. İPM-in N5.N-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in N7-N9cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə təqdim edilmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri
18. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən verilən arayışda istefada olan gizir İddiaçı 3 yanvar 199N-cü il tarixdən N noyabr 1997-ci il tarixədək əsgər qismində Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, N aprel 2012-ci il tarixdən N noyabr 2020-ci il tarixədək FHN Xüsusi Riskli Xilasetmə Xidmətində gizir qismində hərbi xidmət etdiyi qeyd olunmuşdur. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı əsgər qismində müddətli həqiqi hərbi xidmət də nəzərə alınmaqla cəmi 8 il Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Bu səbəbdən vətəndaş İddiaçı Cavabdehndə mənzil növbəsinə qəbul edilməsi və mənzil kirayə pulu ilə təmin edilməsi məqsədəmüvafiq hesab edilməmişdir.
19. Etirazın maddi hüquqi əsası kimi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 7, 12-ci maddələrinə istinad edilmişdir.
Tərəflərin iştirakı və izahatları:
20. Məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, 12 il 6 ay polis orqanlarında, 12 il 6 ay FHN-da çalışdığını bildirmiş, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ... N2. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
23. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 3N; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
24. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
25. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
26. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
27. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
28. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
29. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
30. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
31. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ (-)
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.
3. İstər hərbi xidmətdə olan, istərsə də ehtiyata və ya istefaya buraxılmış “polkovnik” rütbəli, buna bərabər və bundan yuxarı rütbəli zabitlərə, elmi dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi verilir. (-) 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara hüquq verilir ki, ehtiyata və ya istefaya buraxıldıqdan sonra yaşayacaqları yaşayış məntəqələrinin (əkər yaşayış məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşirsə) mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olsunlar. Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti. materialları almaqda kömək göstərməlidirlər.
6. Yaşına, xəstəliyə görə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş üstünlük hüququna malikdirlər.
7. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). (-) Müddətli xidmət hərbi qulluqçularının hərbi xidmətə çağırılanadək yaşadıqları mənzil saxlanılır və onlar mənzil almaq üçün növbəyə dayananların siyahısından çıxarıla bilməzlər. Müddətli xidmət hərbi qulluqçularının ailəsi yaşadığı mənzilin haqqını 50 faiz güzəştlə ödəyir.
10. Hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər.
32. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 17N nömrəli Qərarı:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: ... 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat ...
2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.
33. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanı:
“...3. Komissiyaya tapşırılsın ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. N. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Komissiyanın katibliyi funksiyalarını həyata keçirsin və bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etsin.”
31. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır
c) Məhkəmənin mövqeyi:
32. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunub olunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur.
34. İddiaçının hazırkı iş üzrə məhkəməyə müraciət etməsinin səbəbi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində gizir rütbəsində yaşa görə ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində qeydiyyata götürülməsi və mənzillə təmin olunanadək müvəqqəti kirayə xərclərin kompensasiya edilməsi ilə bağlı olmuşdur.
35. Cavabdeh tərəf “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycvan Respublikası Qanununun 12-ci maddəsi və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 17N nömrəli qərarına istinad edərək, iddiaçının cəmi 8 il Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət edilməsinə görə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
36. İş materialında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı 3 yanvar 199N-cü il tarixdə hərbi hissəyə qeydiyyata alınmış, N noyabr 1997-ci il tarixdə hərbi hissədən çıxarılmışdır. N aprel 2012-ci il tarixdə FHN XRXX-nın hərbi hissəsinə daxil edilmiş, N noyabr 2020-ci il tarixdə hərbi hissədən çıxarılmışdır. N fevral 2021-ci il tarixdə hərbi qeydiyyata alınmışdır.
37. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin arayışına əsasən müəyyən olunmuşdur ki, iddiaçı 18 may 2009-cu il tarixdən 11 noyabr 2020-ci il tarixədək Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində xidmət etmiş və xidmət etdiyi müddətdə heç bir əmlakla (ev və torpaqla) təmin edilməmişdir.
38. İddiaçının Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində məlumat mövcud deyildir. Eyni zamanda müəyyən edilir ki, iddiaçının N ailə üzvü var, üç övladı hazırda təhsil müəssisələrində təhsil alırlar.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2-1(102)-15N2/202 saylı qərarında qeyd olunmuşdur ki, “25. Cavabdehin həm imtinasının, həm də şikayətinin əsas dəlili ondan ibarətdir ki, yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. 26. Bu dəlilin əsası kimi cavabdeh «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 7-cı bəndinə istinad edir. Həmin normaya görə, “Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər. 27. Məhkəmə kollegiyası cavabdehin istinadını apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və həmin qərarla təmin edilmiş iddia tələbinin rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin yuxarıda istinad edilən 2-ci bəndinin 1-ci abzasının tələbindən də göründüyü kimi, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş, xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. 28. İddiaçının apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilən məzmunda tələb hüququ da məhz “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasının tələbindən irəli gəlir. 29. Normaların məzmunundan göründüyü kimi, cavabdehin istinad etdiyi «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 7-cı bəndi iddiaçının həmin maddənin 2-ci bəndi ilə nəzərdə tutulmuş hüquqlarına təsir etmir.”
40. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya məxsus heç bir daşınmaz əmlak mövcud deyildir. Ailəlidir, 3 övladı var, həmçinin 15 təqvim ilindən çox hərbi qulluğçu kimi xidmət etmiş gizirdir.
41. Məhkəmə, tərəflərin iddia tələbinə dair mövqelərini iş materialına əlavə edilmiş sənədlər, mövcud qanunvericiliyin normaları əsas götürərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
42. Şərh olunanlara və İPM-in 52, 68, 69, 75.N, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluğçu kimi mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək mənzil kirayə haqqının ödənilməsi (müvəqqəti kirayə xərclərin kompensasiya edilməsi) öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova