Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6958/2025 24.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-X1, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X5 Maliyyə İdarəsinə qarşı “əmrin ləğv edilməsi və yanlışlığın düzəldilməsi” barədə iddia tələbi üzrə iş materiallarına ünvan 2qayıt Məhkəmə Kompleksinin (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X5 Maliyyə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 3-23/3-1-290/2025 saylı, xx.xx.2025-ci il tarixli əmri ilə əlaqədar - cavabdeh X5 Maliyyə İdarəsi Rəhbərliyi tərəfindən elektron İnformasiya Sistemində “33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə” əmək müqaviləsinə xitam verilməsinə dair əmrinin ləğv edilməsi, həmin hissədə müəssisənin ləğv edilməsi və ya işçilərin sayı və yaxud ştatların İxtisar edilməsi səbəbindən əmək müqaviləsinə xitam verildiyi müəyyən olunaraq baş vermiş yanlışlığın düzəldilməsi və bu barədə cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2012-ci il tarixdən X5 Maliyyə İdarəsində (keçmiş adla Şamaxı Rayon Maliyyə İdarəsində) əmək müqaviləsi ilə sürücü kimi işə götürülmüşdür. Onun cavabdeh orqanda əmək fəaliyyəti 5-ildən çox olduğundan həmin əmək müqaviləsi 2017-ci ildən müddətsiz əmək müqaviləsi hesab olunmalıdır. Doğrudan da əslini bu ərizəyə daxil etdiyi Azərbaycan Respublikası Maliyyə Nazirliyi Şamaxı rayonu üzrə Maliyyə İdarəsindən verilmiş 3-23-56/2-04/2025 saylı, 02 may 2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı 2012-ci ilin 01 may tarixindən 02 may 2025-ci il tarixə kimi Şamaxı rayonu üzrə Maliyyə Şöbəsində baş mütəxəssis sürücü vəzifəsində işləmişdir. İndiki yeni adla X5 Maliyyə İdarəsində çalışdığı 13 il müddətində rəhbərlik tərəfindən hər hansı inzibati tənbeh növlü cəza (rəsmi xəbərdarlıq, töhmət, şiddətli töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, əınək haqqının tutulması və sayr) almamışdır. İddiaçı öz işinə həmişə məsuliyyətlə yanaşmış, vəzifə öhdəliklərini layiqincə yerinə yetirmişdir. 02 may 2025-ci il tarixdə gözlənilmədən indiki adla X5 Maliyyə İdarəsindən (keçmiş adla Şamaxı Rayon Maliyyə İdarəsindən) əmək müqaviləsinə xitam verildiyini bildirdilər. Səbəbini soruşanda deyilib ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən rayonlar üzrə maliyyə idarələri və onun şöbələri ləğv edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin həmin əmrinin nüsxəsini iddia ərizəsinə daxil etmişdir. Bu əmrdən aşkar görünür ki, işlədiyini X7 İdarəsi ləğv edilmiş və onun yerində Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları üzrə 15 ştat vahidi ilə X5 Malivvə İdarəsi yaradılmışdır. Deməli iddiaçının əmək müqaviləsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “a" və yaxud “b” bəndinə əsasən ləğv edilə bilər. Lakin nüsxəsini əlavə etdiyi elektron İnformasiva Sisteminə daxil edilmiş Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, guya "33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə işdən azad edilməklə əmək müqaviləsinə xitam verildiyi yazılmışdır. Bu isə səhvdir, çünki iddiaçı öz arzusu ilə işdən çıxmamış, yuxarıda qeyd etdiyi kimi ya müəssisənin ləğv edilməsi, yaxud da işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasları ilə əmək müqaviləsinə xitam verilməsi yazılmalıdır. Bu yanlışlığın düzəldilməsini cavabdeh X5 Maliyyə İdarəsindən xahiş etsə də, onlar özlərinin törətdiyi yanlışlığı düzəldə bilmədilər. Odur ki, əmək müqaviləsinə xitam verilməsi əmrində guya özünün könüllü şəkildə işdən çıxmağı yazıldığına görə - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada müavinəti ala bilmir. Yeni yaranmış X6 Maliyyə İdarəsində və yaxud digər yerlərdə yenidən işə qəbul edilməyində də çətinlik yaranmışdır. Yuxarıda qeyd etdiyi səbəblərdən əmək müqaviləsinə xitam verilinəsi əmrindəki yanlışlığın düzəldilməsi üçün əvvəlcə cavabdehə, daha sonra Mediasiya Təşkilatına rəsmi müraciətlər etsə də, heç bir əməli nəticəsi olmamışdır. Əslini əlavə etdiyim xx.xx.2025-ci il tarixli Mediasiya arayışından görünür ki, cavabdeh X5 Maliyyə İdarəsi mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. Təkrarən məhkəməyə bildirir ki, əmək müqaviləsinə xitam verilməsi bildirişində onun öz arzusu ilə işdən azad edilməyi barədə yazılanlar tamamilə yalandır. İddiaçı bu iddia tələbi ilə əvvəlcə Şamaxı Rayon Məhkəməsinə müraciət etmiş, lakin surətini bu ərizəyə daxil etdiyi Şamaxı Rayon Məhkəməsinin 2(074)-1277/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, məhkəmə iddia ərizəsi və ona əlavə etdiyi sənədləri geri qaytarmış və bildirmişdir ki, ünvan 2qayıt İnzibati Məhkəməsinə müraciət etməlidir.
3. Məhkəmə hesab edir ki, iddia geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilməlidir.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər.
6. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın geri götürülmüş sayılması
7. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
8. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
9. İş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri və sms xəbərdarlıq göndərilmiş, lakin iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirakını təmin etməmişdir.
10. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə xx.xx.2025-ci il tarixli sərəncama əlavə edilmiş prosessual hüquq və vəzifələrin izahına dair bildiriş, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məhkəmə bildirişində qeyd edilmişdir ki, Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
11. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X3 şikayətinə dair 8 iyul 2013-cü il tarixli Qərardadı ilə inzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır.
13. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarının: ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
14. İddiaçıya izah olunur ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir.
15. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
16. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
17. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
18. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
19. ....Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
20. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ: İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində ünvan 2qayıt İnzibati Məhkəməsi vasitəsilə ünvan 2qayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
X4-Abbaszadə