Məhkəmə qərarları › İş №2-1(118)-696/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-696/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-696/2025 25.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi, əlilliyin bərpa edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixində təyin edilmiş 3-cü dərəcə əlilliyin ləğv edilməsi barədə qərarın ləğvi və əlilliyin bərpa edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı əlilliyin ləğv edilməsi barədə qərarın ləğvi və əlilliyin bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı uzun illər əvvəl iş yerində əmək xəsarəti almış, aşağı ətrafları ciddi şəkildə zədələnmişdir. İstehsalat zədəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Əvvəl 2-ci dərəcli əlillik təyin edilmişdir. Lakin 2022-ci ildə posttrombotik sindrom sağ budun yuxarı 1/3 yumuşaq toxumaların geniş həcmli yaralanmasına görə diaqnozu ilə müddətsiz olaraq xx.xx.2022-ci ildə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Ona məlum olmayan səbəblərdən xx.xx.2023-cü il tarixdə Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Daha sonra cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixli bildiriş məktubu göndərilərək bildirilmişdir ki, ona xx.xx.2022-ci il tarixdə təyin edilmiş müddətsiz 3-cü dərəcə əlilliyin ləğvi barədə qərar qəbul olunmuşdur. Həmin qərar ona təqdim edilməmiş, ümumiyyətlə həmin qərarın hansı səbəbdən qəbul olunması aydın deyil. İddiaçı bu qərarla razı deyil, onun istehsalat zədəsi nəticəsində sağlamlığı pozulmuş və bu günə kimi bərpa olunmamışdır. Əmək qabiliyyəti tam deyil, ağır işlərdə işləyə bilmir. Müalicə və dava-dərmana pul çatdıra bilmir. Əlilliyinin təkrar qiymətləndirilməsi və ləğvi qanunsuz olmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3-cü maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən eldiyi orqan (qurum) müəyyən edir. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Aparatının Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həmin şəxslərin əyani müayinəyə cəlb olunması nəzərdə tutulmuşdur və müvafiq qaydada ünvanlarına dəvət məktubları göndərilmişdir, müayinəyə gəlməyəcəkləri təqdirdə əlillik vəziyyətlərinin onların iştirakı olmadan qiymətləndiriləcəyi barədə məlumat verilmişdir. Şamaxı rayon sakini xx.xx.1979-cu il təvəllüdlü İddiaçı əlillik vəziyyəti Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə müvafiq olaraq İstehsalat zədəsi səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik və əmək qabliyyətinin 60% (altmış faiz) itirilməsinə dair qərar qəbul edilmişdir. (ESDAS: **********7). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-B-13690/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinə zamanı özünü xx.xx.2009-cu ildən xəstə hesab etdiyini bildirmiş, xəsarəti iş tapşırığını yerinə yetirərkən asfalt döşəyən maşının şnekinin küncünün sağ ayağına ilişərək xəsarət yetirdiyini söyləmişdir. Təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, xəsarətdən sonra yaradan güclü qanaxma olduğundan Şamaxı MRX-da yaranın birincili cərrahi işlənməsi magistral arteriya və venalar liqaturaya alınaraq Topçübaşov adına ECM göndərilmişdir. Xəstəyə ümumi narkoz altında yaranın cərrahi işlənməsi bud arteriyasının autovenoz plastikası yaranın drenaji cərrahi əməliyyat aparılmışdır. Bud nahiyəsində yara tam qranulyasiya ilə dolub həmin nahiyədə dəri örtüyü tam nekrozlaşdığından, nekroektomiyadan sonra geniş dəri defekti qalmış və bu səbəbdən xx.xx.2009-cu ildə 5-saylı xəstəxanada xəstəyə autodermoplastika icra olunmuşdur. Vətəndaş müayinəyə gələrkən xx.xx.2009-cu ildə tərtib edilmiş, xx.xx.2009-cu il saat 12 radələrində baş vermiş bədbəxt hadisəni təfsilatı ilə özündə əks etdirən “X4 S.p.A.” şirkəti tərəfindən təqdim olunmuş İstehsalatda bədbəxt hadisə haqqında akt №1 təqdim etmişdir. Obyektiv müayinədə sağ aşağı ətrafda budun ön, iç səthində orta və yuxarı 1/3-də yumşaq toxumaların deformasiyasi ilə əməliyyat çapığı izlənilmiş, oynaqda hərəkət məhdudluğu, atrofiya, qısalıq olmamış, distal arteriyalarda pulsasiya dolğun olmuş, işemiya əlamətləri olmamış, tük örtüyü normal, ətraf isti, trofik pozğunluq izlənilməmişdir. Nevroloji müayinədə Diz refleksləri D=S canlı olmuş, əzələ gücü aşağı ətrafın həm proksimal, həm distal qrup əzələlərdə 5/5 bal kimi qiymətləndirilmiş, Axil refleksi canlı olmuşdur. Əzələ atrofiyası, hipotrofiyası, yerişində parez izlənilməmişdir. Anamnestik məlumatlar, obyektiv, instrumental müayinələr və təqdim edilmiş sənədlərə əsasən Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixindən etibarən “Tam reabilitasiya olunmasi”na dair qərar qəbul edilsin. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi- sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim- məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılir. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1 (102)-1685/2023 nömrəli Qərarına əsasən 44. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. 45. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. 46. Kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən həmin halın aydınlaşdırılmasına yönəlmiş lazımi araşdırma aparılmamışdır, təkrar baxışda bununla bağlı halların aydınlaşdırılması təmin olunmalıdır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın 12 mart 2020-ci il tarixli təkrar qiymətləndirilmə protokolunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tapşırığı əsasında Dövlət Sosial Müdafiə Fonduna daxil olan daxili audit yoxlaması ilə bağlı təkrar qiymətləndirmənin keçirildiyi təsbit olunmuşdur. 47. Kollegiya hesab edir ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Odur ki, təkrar baxışda apellyasiya məhkəməsi bu istiqamətdə araşdırma aparmalı, nəticəsində asılı olaraq cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın dəyişdirilməsinə yönəlmiş 12 mart 2020-ci il tarixli qərarın qəbul edilməsi ilə nəticələnən yeni icraatın başlanılmasına əsasların mövcud olub-olmadığına qiymət verməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: TSEK müayinələrindən görünür ki, “sağ bud arteriyası və venaların travması ilə əlaqədar həmin arteriya və venanın bağlanmasına və sağ aşağı ətrafın İ b dərəcə işemiyasına görə aparılmış sağ bud arteriyasının avtovenoz plastikası və antodermoplastikasından sonrakı vəziyyət” diaqnozu ilə İddiaçı ikinci dərəcə əlillik, “posttrombotik sindrom, sağ budun yuxarı 1/3 yumşaq toxumalarının geniş həcmli yaralanmasına görə bud venasının bağlanması, autodermoplastikasından sonrakı vəziyyət bud-dizaltı venanın posttrombotik sindromu İİİ dərəcə XVÇ ilə” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının iyun 2023cü il tarixli qərarı ilə İddiaçı xx.xx.2023-cü il tarixindən etibarən tam reabilitasiya olunmuş hesab edilmişdir. Qərarda qeyd edilmişdir ki, Şamaxı rayon sakini xx.xx.1979-cu il təvəllüdlü İddiaçı əlillik vəziyyəti Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2022- ci il tarixdə qiymətləndirilmiş və barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.3.3 bəndinə müvafiq olaraq İstehsalat zədəsi səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik və əmək qabliyyətinin 60% (altmış faiz) itirilməsinə dair qərar qəbul edilmişdir. (ESDAS: **********7). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-B-13690/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinə zamanı özünü xx.xx.2009-cu ildən xəstə hesab etdiyini bildirmiş, xəsarəti iş tapşırığını yerinə yetirərkən asfalt döşəyən maşının şnekinin küncünün sağ ayağına ilişərək xəsarət yetirdiyini söyləmişdir. Təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, xəsarətdən sonra yaradan güclü qanaxma olduğundan Şamaxı MRX-da yaranın birincili cərrahi işlənməsi magistral arteriya və venalar liqaturaya alınaraq Topçubaşov adına ECM göndərilmişdir. Xəstəyə ümumi narkoz altında yaranın cərrahi işlənməsi bud arteriyasının autovenoz plastikası yaranın drenaji cərrahi əməliyyat aparılmışdır. Bud nahiyəsində yara tam qranulyasiya ilə dolub həmin nahiyədə dəri örtüyü tam nekrozlaşdığından, nekroektomiyadan sonrageniş dəri defekti qalmış və bu səbəbdən xx.xx.2009-cu ildə 5-saylı xəstəxanada xəstəyə autodermoplastika icra olunmuşdur. Vətəndaş müayinəyə gələrkən xx.xx.2009-cu ildə tərtib edilmiş, xx.xx.2009-cu il saat 12 radələrində baş vermiş bədbəxt hadisəni təfsilatı ilə özündə əks etdirən “X4 S.p.A.” şirkəti tərəfindən təqdim olunmuş İstehsalatda bədbəxt hadisə haqqında akt №1 təqdim etmişdir. Obyektiv müayinədə sağ aşağı ətrafda budun ön, iç səthində orta və yuxarı 1/3-də yumşaq toxumaların deformasiyasi ilə əməliyyat çapığı izlənilmiş, oynaqda hərəkət məhdudluğu, atrofiya, qısalıq olmamış, distal arteriyalarda pulsasiya dolğun olmuş, işemiya əlamətləri olmamış, tük örtüyü normal, ətraf isti, trofik pozğunluq izlənilməmişdir. Nevroloji müayinədə Diz refleksləri D=S canlı olmuş, əzələ gücü aşağı ətrafın həm proksimal, həm distal qrup əzələlərdə 5/5 bal kimi qiymətləndirilmiş, Axil refleksi canlı olmuşdur. Əzələ atrofiyası, hipotrofiyası, yerişində parez izlənilməmişdir. Məhkəmənin 05 mart 2024-cü il tarixli, 2-1(118)-2652/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İddiaçı qoyulmuş “posttrombotik sindrom sağ budun yuxarı 1/3 hissəsinin yumşaq toxumalarının geniş həcmli yaralanmasına görə bud venasının bağlanması və autodermoplastikasından sonrakı vəziyyət bud-dizaltı venanın posttrombotik sindromu lll dərəcə XVÇ ilə” diaqnozu təsdiq edilir? 2) həmin diaqnoza səhiyyə müəssisəsi tərəfindən təyin edilmiş kod (yarımbənd) (l83.0) düzgün təyin edilmişdir? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və X6 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 2757 saylı məktubu ilə təqdim edilmiş T265/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 2574003AATCC saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “İ87.0- Postrombotik sindrom sağ budun yuxarı 1\3 hissəsinin yumşaq toxumalarının geniş həcimli yaralanmasına görə bud venasının bağlanması və autodermoplastİkasından sonrakı vəziyyət bud-dizaltı venanın postrombotik sindromu İİİ dərəcə XVÇ ilə” Əsas xəstəlik şəxsin əyani müayinəsində öz təsdiqini tam tapmamış (oynaqda hərəkət məhdudluğu, atrofıya, qısalıq olmamış, distal arteriyalarda pulsasiya dolğun olmuş, işemiya əlamətləri olmamış, tük örtüyü normal, ətraf isti, trofiki pozğunluq izlənməmiş, nevroloji müayinədə diz refleksləri D=S canlı olmuş, əzələ gücü aşağı ətrafın həm proksimal, həm də distal qrup əzələlərdə 5\5 bal kimi qiymətləndirilmiş, Axil refleksi canlı olmuş, əzələ atrofıyası, hipertrofıyası, yerişində parez izlənməmişdir) yəni, xəstəlik əlillik təyinatı səviyyəsində olmamışdır. Məhkəmənin 16 iyul 2024-cü il tarixli 2-1(118)-2652/2024 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibb ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: əsas diaqnoz: İddiaçı qoyulmuş “posttrombotik sindrom sağ budun yuxarı 1/3 hissəsinin yumşaq toxumalarının geniş həcmli yaralanmasına görə bud venasının bağlanması və autodermoplastikasından sonrakı vəziyyət bud-dizaltı venanın posttrombotik sindromu lll dərəcə XVÇ ilə” diaqnozu təsdiq edilir? Həmin xəstəliyin nəticəsində “aşağla ətraf venalarının xora ilə bigə müşahidə olunan varikoz genəlməsi, sağ baldırda hiperpiqmentasiya indurasiya çapıqlanmıştrofik xora ilə fəsadlaşma” kimi ağırlaşma müşahidə edilir? diaqnoz xəstəliyin qiymətləndirmə üzrə əlamətləri: hər iki aşağı ətrafda İİB venoz çatışmazlığı və ya bir aşağı ətrafda trofik xora olan xroniki venoz xəstəliyi və ya xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-5-ci sinif klinik təzahürlərinə uyğun gələn, hər iki ətrafda əhəmiyyətli miqdarda ifrazat olmayan xoralı qüsur və ya trofik pozuntuları olan; xoralı olmayan, statodinamik funksiyaların orta dərəcədə (mülayim) pozulması ilə xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-5-ci siniflərinə uyğun gələn hər iki ətrafda zədələnmə; xoralı qüsurlu, ifraz olunan möhtəviyyatın əhəmiyyətli dərəcədə sekresiyası, hər iki aşağı ətrafda trofik pozuntuları və statodinamik funksiyaların ciddi şəkildə pozulmaları ilə, xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-6-cı sinif klinik təzahürlərinə uyğun gələn xroniki venoz xəstəliklər aşkar edilirmi? Əgər aşkar edilirsə, həmin xəstəliyin və qiymətlədirmə meyarı üzrə əlamətlərin müəyyən edilməsinə əsas olan hallar (tibbi sənədlərə istinad edilməklə), habelə hər bir qiymətləndirmə meyarı üzrə əlamətlərin aşkar edilməməsi halı ayrı-ayrılıqda əsaslandırılmaqla, ətraflı qeyd edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və X6 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 4576 saylı məktubu ilə təqdim edilmiş T628/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı iş materiallarındakı tibbi sənədlərə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində qeyd olunan “Əsas xəstəlik: İ87.0-Postrombotik sindrom sağ budun yuxarı 1\3 hissəsinin yumşaq toxumalarının geniş həcimli yaralanmasına görə bud venasının bağlanması və autodermoplastikasından sonrakı vəziyyət bud-dizaltı venanın postrombotik sindromu İİİ dərəcə XVÇ ilə. Ağırlaşma: İ83.0-Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, sağ baldırda hiperpiqmentasiya indurasiya çapıqlanmış trofık xora ilə fəsadlaşma. Yanaşı xəstəliklər: İ25.1-Ürəyin aterosklerotik xəstəliyi. ÜİX.Aterosklerotik kardioskleroz” diaqnoz stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilmişdir. İddiaçı tərəfimizdən Akad.M.A.Topçubaşov adına Elmi- Cərrahiyyə Mərkəzinə müayinə üçün göndərilərkən ona “Sağ budun yuxarı 1/3-nin yumşaq toxumaların geniş həcmli travmatik zədələnməsinə görə bud venasının autovenoz plastikası, bud venasının bağlanmasınadn sonrakı vəziyyət, bud-dizaltı venanın postravmatik sindromu, BDV və KDV-nın 2-li varikozu, sağ aşağı ətrafın V sinif (CEAP), dermatit, indurasiya, hiperpiqmentasiya” diaqnozu qoyulmuşdur. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin- Tibbi-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçının irəli sürdüyü tələb İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia verməklə iddia müddətinə riayət etmişdir. Belə ki, həmin qərar iddiaçıya xx.xx.2023-cü il tarixində xəbərnaməyə imza etməklə təqdim edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, “sağ bud arteriyası və venaların travması ilə əlaqədar həmin arteriya və venanın bağlanmasına və sağ aşağı ətrafın İ b dərəcə işemiyasına görə aparılmış sağ bud arteriyasının avtovenoz plastikası və antodermoplastikasından sonrakı vəziyyət” diaqnozu ilə İddiaçı ikinci dərəcə əlillik, “posttrombotik sindrom, sağ budun yuxarı 1/3 yumşaq toxumalarının geniş həcmli yaralanmasına görə bud venasının bağlanması, autodermoplastikasından sonrakı vəziyyət bud-dizaltı venanın posttrombotik sindromu İİİ dərəcə XVÇ ilə” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının iyun 2023cü il tarixli qərarı ilə İddiaçı xx.xx.2023-cü il tarixindən etibarən tam reabilitasiya olunmuş hesab edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində təyin edilmiş 3-cü dərəcə əlilliyin ləğv edilməsi barədə qərarın ləğvi və əlilliyinin bərpa edilməsini istəyir. Cavabdeh isə etirazında qeyd edir ki, Şamaxı rayon sakini xx.xx.1979-cu il təvəllüdlü İddiaçı əlillik vəziyyəti Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə müvafiq olaraq İstehsalat zədəsi səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik və əmək qabliyyətinin 60% (altmış faiz) itirilməsinə dair qərar qəbul edilmişdir. (ESDAS: **********7). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-B-13690/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinə zamanı özünü xx.xx.2009-cu ildən xəstə hesab etdiyini bildirmiş, xəsarəti iş tapşırığını yerinə yetirərkən asfalt döşəyən maşının şnekinin küncünün sağ ayağına ilişərək xəsarət yetirdiyini söyləmişdir. Təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, xəsarətdən sonra yaradan güclü qanaxma olduğundan Şamaxı MRX-da yaranın birincili cərrahi işlənməsi magistral arteriya və venalar liqaturaya alınaraq Topçübaşov adına ECM göndərilmişdir. Xəstəyə ümumi narkoz altında yaranın cərrahi işlənməsi bud arteriyasının autovenoz plastikası yaranın drenaji cərrahi əməliyyat aparılmışdır. Bud nahiyəsində yara tam qranulyasiya ilə dolub həmin nahiyədə dəri örtüyü tam nekrozlaşdığından, nekroektomiyadan sonra geniş dəri defekti qalmış və bu səbəbdən xx.xx.2009-cu ildə 5-saylı xəstəxanada xəstəyə autodermoplastika icra olunmuşdur. Vətəndaş müayinəyə gələrkən xx.xx.2009-cu ildə tərtib edilmiş, xx.xx.2009-cu il saat 12 radələrində baş vermiş bədbəxt hadisəni təfsilatı ilə özündə əks etdirən “X4 S.p.A.” şirkəti tərəfindən təqdim olunmuş İstehsalatda bədbəxt hadisə haqqında akt №1 təqdim etmişdir. Obyektiv müayinədə sağ aşağı ətrafda budun ön, iç səthində orta və yuxarı 1/3-də yumşaq toxumaların deformasiyasi ilə əməliyyat çapığı izlənilmiş, oynaqda hərəkət məhdudluğu, atrofiya, qısalıq olmamış, distal arteriyalarda pulsasiya dolğun olmuş, işemiya əlamətləri olmamış, tük örtüyü normal, ətraf isti, trofik pozğunluq izlənilməmişdir. Nevroloji müayinədə Diz refleksləri D=S canlı olmuş, əzələ gücü aşağı ətrafın həm proksimal, həm distal qrup əzələlərdə 5/5 bal kimi qiymətləndirilmiş, Axil refleksi canlı olmuşdur. Əzələ atrofiyası, hipotrofiyası, yerişində parez izlənilməmişdir. Anamnestik məlumatlar, obyektiv, instrumental müayinələr və təqdim edilmiş sənədlərə əsasən Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixindən etibarən “Tam reabilitasiya olunmasi”na dair qərar qəbul edilsin. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi əsaslı olmamışdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və X6 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 4576 saylı məktubu ilə təqdim edilmiş T628/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı iş materiallarındakı tibbi sənədlərə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində qeyd olunan “əsas xəstəlik: İ87.0- Postrombotik sindrom sağ budun yuxarı 1\3 hissəsinin yumşaq toxumalarının geniş həcimli yaralanmasına görə bud venasının bağlanması və autodermoplastikasından sonrakı vəziyyət bud-dizaltı venanın postrombotik sindromu İİİ dərəcə XVÇ ilə. Ağırlaşma: İ83.0-Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, sağ baldırda hiperpiqmentasiya indurasiya çapıqlanmış trofık xora ilə fəsadlaşma. Yanaşı xəstəliklər: İ25.1-Ürəyin aterosklerotik xəstəliyi. ÜİX.Aterosklerotik kardioskleroz” diaqnoz stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilmişdir. İddiaçı tərəflərindən Akad.M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müayinə üçün göndərilərkən ona “Sağ budun yuxarı 1/3-nin yumşaq toxumaların geniş həcmli travmatik zədələnməsinə görə bud venasının autovenoz plastikası, bud venasının bağlanmasınadn sonrakı vəziyyət, bud-dizaltı venanın postravmatik sindromu, BDV və KDV-nın 2-li varikozu, sağ aşağı ətrafın V sinif (CEAP), dermatit, indurasiya, hiperpiqmentasiya” diaqnozu qoyulmuşdur. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin-Tibbi-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Göründüyü kimi ekspert rəyi ilə iddiaçıya əlillik təyinatına əsas verən diaqnoz öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və X6 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 2757 saylı məktubu ilə təqdim edilmiş T265/2024 saylı ekspert rəyini isə məhkəmə mötəbər sübut kimi qəbul etmir. Belə ki, qeyd edilən ekspertiza məhkəmə-tibbi eksperti ilə bərabər tibbi sosial ekspertin iştirakı ilə keçirilmiş və ekspert rəyi hər iki ekspert tərəfindən imza edilmişdir. Məhkəmə qeyd edir ki, ekspertiza aparılmasının əsasında duran mühüm prinsiplərdə biri də odur ki, məhkəmə ekspertizası aparılarkən ekspertin tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı olmasın. Ekspert rəyində cavabdehin nümayəndəsinin iştirakı və rəyi imzalaması prosessual qanunvericiliyin tələblərinə uyğun deyil. “İnzibati icraat haqqında” Qanuna əsasən:

11. Qanunçuluq prinsipi 11.1 inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2 inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1 qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır;

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikasının məhkəmələrinə ünvanlanmış 15 may 2024-cü il tarixli, 1-8-10/2-824/2024 saylı icmal məktubunda qeyd edilmişdir ki, “İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, həmin qurum “əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Ali Məhkəmənin bu məsələyə dair qərarlarında “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” müddəasının mahiyyəti açıqlanaraq vurğulanmışdır ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünülüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Həmçinin bu kateqoriyadan olan işlərə baxılarkən əlilliyi müddətli müəyyən edilmiş şəxslərin əyani müayinəsinin nəticələrinin ona əlilliyin müəyyən edildiyi vaxta uyğun sağlamlıq vəziyyətini qiymətləndirməyə imkan verərək müddətdə aparılmalı olması da nəzərə alınmalıdır. Belə ki, məhkəmə təcrübəsində 5 il müddətində əlilliyi müəyyən edilmiş şəxsin əlillik müddətinin bitməsinə 1 il qalmış onun əyani müayinəyə cəlb edilməklə TSEKin əvvəlki qərarının düzgünlüyünün yoxlanılması ilə bağlı mübahisəyə də rast gəlinmişdir. Əlilliyin ləğvi ilə bağlı inzibati işlərin həlli zamanı inzibati orqanın əlilliyin ləğvinə yönələn davranışlarının inzibati icraat haqqında qanunvericiliyin əsas prinsiplərinə və tələblərinə uyğun olmadığı mübahisəsiz aşkar olduğu hallarda məhkəmələr tərəfindən əlilliyin ləğvi üçün əsas olub-olmaması, yəni şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi istiqamətində araşdırma aparılmalıdır.” Hazırki işin hallarından görünür ki, cavabdeh orqan tərəfindən əvvəlki qərarın qanuniliyini şübhə altına alan hallar mövcud olmasa belə iddiaçı barədə hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Halbuki həmin qurum “əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi müayinəyə cəlb etməklə qərar verməlidir. Qeyd edilən hallar isə iddianın təmin edilməsi üçün əsas təşkil edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı 3-cü dərəcə əlilliyinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar ləğv edilsin və iddiaçının əlilliyin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar