Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-698/2020 27.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin 1 saylı Regional Ərazi filialına qarşı Sumqayıt İnzibati –İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(85)-2227/2016 saylı qərarının icrası zamanı 1987-ci ilin oktyabr və noyabr aylarının əmək haqqını nəzərə alınmaqla ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt İnzibati –İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(85)-2227/2016 saylı qərarının icrası zamanı 1987-ci ilin oktyabr və noyabr aylarının əmək haqqını nəzərə alınmaqla ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin prosessual hüquq varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialı ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdlr ki, Sumqayıt İnzibati–İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(85)-2227/2016 saylı qərarı ilə iddiaçının iddiası təmin edilərək Çernobıl əlili kimi oensiya təyin olunması və yaranmış fərqin birdəyə pdənilməsi qərara alınmışdır. Qərar qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Lakin icra zamanı onun 1987-ci ilin oktyabr və noyabr aylarının əmək haqqı nəzərə alınmamışdır. O, cavabdehə müraciət edərək həmin dövrün də nəzərə alınmasını xahiş etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək iddiaçının müraciətlərinə cavab verilmişdir ki, pensiyası 218.91 manatadək artırılmışdır. İddiaçı düzgün hesablama aparmadığından məhkəməyə müraciət etməkdə davam edir. Artıq mübahisəyə mühiyyəti üzrə baxılıb və qərar icra edilib. Bunula bğlı o, iddianın təmin edilməməsi barədə qərar çıxrılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı cavabdeh DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı iddiaçının Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsi ilə əlaqədar olaraq işlədiyi müəssisənin ona ödədiyi 4 qar mükafatının bir qatını müasirləşdirilərək və həmin aylarda qazandığıl əmək haqqı toplanaraq alınmış orta aylıq əmək haqqının 25.4-ə vurulmaqla xx.xx.2008-ci il tarixdən yenidən hesablanmaqla xx.xx.2008-ci il tarixdən hazıradək yaranmış fərqin birdəfəlik ödənilmsi tələbinə dair iddiası təmin edilmişdir. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçının tələbi həmin qərarın düzgün icra olunmaması, yəni əmək pensiyası hesablanarkən 1987-ci ilin oktyabr-noyabr aylarının əmək haqqının nəzərə alınmaması ilə bağlıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında əmək pensiyasının təyin edilməsi ilə bağlı mübahisə artıq həll olunduğundan hazırki mübahisəyə iddia qaydasında deyil, məhkəmə qərarının icrası ilə bağlı icraatda baxılmalıdır. İddiaçı qərarın icra edilməsi qaydasından narazı qaldığı halda məhkəmə qərarının məcburi icraya yönəildilməsi üçün işə baxan məhkəməyə müraciət etmək və icra məmuru zərurət yarandığı təqdirdə məhkəmə qərarına izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin 1 saylı Regional Ərazi filialına qarşı Sumqayıt İnzibati –İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(85)-2227/2016 saylı qərarının icrası zamanı 1987-ci ilin oktyabr və noyabr aylarının əmək haqqını nəzərə alınmaqla ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-698/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-698/2020
27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver