Məhkəmə qərarları › İş №2-1(118)-698/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-698/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-698/2023 26.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə Quba, rayonu, Baxçaəli kənd ərazisində yerləşən, mərhum atası X5 Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli Qərarına əsasən ayrılmış 2697.75 kv.m həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X5 aid olması ilə bağlı arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “cavabdeh Azərbaycan Respublikası DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə Quba rayonu, Baxçaəli kənd ərazisində yerləşən, mərhum atası X5 Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli Qərarına əsasən ayrılmış 2697.75 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və torpaq sahəsinə dair plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək “cavabdeh Azərbaycan Respublikası DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə Quba, rayonu, Baxçaəli kənd ərazisində yerləşən, mərhum atası X5 Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli Qərarına əsasən ayrılmış 2697.75 kv.m həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X5 aid olması ilə bağlı arayışın verilməsi vəzifəsinin cavabdeh İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pu.blik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, Quba rayonu Baxçaəli kənd ərazisində yerləşən mərhum atası X5 Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 14 nömrəli Qərarına əsasən 2697,75 kv.m. həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin kadastr planı işlənməklə plan və ölçüsü tərtib olunmuşdur. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və torpaq sahəsinin plan və ölçüsünün verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin qarşı tərəf xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Bunu onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsi ilə bağlı qonşu ilə aralarında mübahisə vardır və bu səbəbdən də daşınmaz əmlakın müayinəsi baş tutmamışdır və ərizənin icrası bu səbəbdən də mümkünsüzdür. İddiaçı cavabdehin bu imtinası ilə razı deyil, belə ki, qeyd edilən səbəbdən vətəndaşın mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina qanunda nəzərdə tutulmamışdır və bu imtina ««Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununa ziddir və ona görə də həmin imtina əsassız hesab edilməli və təqdim edilmiş sənədlər əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iştirak etmiş, iddia ərizəsini müdafiə etmiş və bildirmişdir ki, qızı (hazırkı işüzrə iddiaçı) 4 aylıq ikən yoldaşı vəfat etmişdir. Yoldaşını qardaşı vurmuşdur, indi isə icazə vermir onlara, deyir torpaq mənimdir. Yoldaşının atası bilir ki, ölən oğlunun uşağına qalan torpaq var. Yoldaşının qardaşı imkan vermir. Yoldaşının ailə üzvlərinin hansı sənədləri olduğunu bilmir. Onların hərəsinin öz əmlakı var. 9 qardaşdırlar. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi vətəndaş X2 şəhəri, Baxçaəli kəndində yerləşən mərhum X7 məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********38 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz, 2697.75 kv.m torpaq sahəsi üzərində qonşu ilə mübahisə mövcud olduğundan nəticə olaraq daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır." Ərazi İdarəsinin imtina məzmunu mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasından deyildir, həmin hüquqların qeydə alınması üçün texniki göstəricilərin əldə edilməsi ilə bağlı daşınmaz əmlak üzərində müayinə işlərinə yaradılmış maneələrlə bağlıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4- cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının vərəsə olaraq hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. İddiaçı Quba, rayonu, Baxçaəli kənd ərazisində yerləşən, mərhum atası X5 Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli Qərarına əsasən ayrılmış 2697.75 kv.m həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X5 aid olması ilə bağlı arayışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, 2697.75 kv.m torpaq sahəsi üzərində qonşu ilə mübahisə mövcud olduğundan nəticə olaraq daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 Şöhrət Əliosman oğlunun qanun üzrə vərəsələri sırasına daxildir. Həmçin məhkəmə tərəfindən edilmiş sorğuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********17 saylı məktubu ilə sözügedən torpaq sahəsinə dair Quba rayonu Baxçəli kəndində yerləşən həyətyanı torpaq sahələrinin siyahısından müvafiq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin surəti məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə X7 2697.75 kv.m həyətyanı torpaq sahəsi ayrılmış, qərar əsasında Aəzrbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Bundan əlavə məhkəmə icraatında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə Quba rayonu Baxçaəli kənd ərazisində yerləşən mərhum atası X5 məxsus olan 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və torpaq sahəsinə dair plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiası olmuş, məhkəmə tərəfindən müvafiq araşdırmalar aparılmış, iddiaçının nümayəndəsinə hüquqi yardım edilmiş, iddiaçının nümayəndəsi X3 ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmin iş üzrə məhkəmə araşdırması zamanıda müfafiq sorğular edilmiş, qeyd edilən hallar öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, hazırki mübahisədə 2697.75 kv.m torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmasa belə məhkəmə araşdırmasından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə X7 2697.75 kv.m həyətyanı torpaq sahəsi ayrılmış, qərar əsasında Aəzrbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Bu da X6 torpaq sahəsinə olan mülkiyyət hüququnu təsdiq edir. İş materiallarından görünür ki, iddiaçı X6 vərəsəsidir. Bu halda iddiaçının vərəsə olaraq mərhum atası X5 Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli Qərarına əsasən ayrılmış 2697.75 kv.m həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X5 aid olması ilə bağlı arayışın verilməsini tələb etmək hüququ var. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən sənədlər və qanun normaları iddianın təmini üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Quba, rayonu, Baxçaəli kənd ərazisində yerləşən, İddiaçı mərhum atası X5 Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli Qərarına əsasən ayrılmış 2697.75 kv.m həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X5 aid olması ilə bağlı arayışın verilməsi öhdəliyi cavabdeh İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar