Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6998/2025 28.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyanın yenidən hesablanması) GİRİŞ HİSSƏ X3-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 28 noyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının yenidən hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilmişdir. xx.xx.2019-cu ildən xx.xx.2025-ci il tarixinədək “DOST” Mərkəzində işləmiş, həmin dövr üçün fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmışdır. Bununla əlaqədar, pensiyanın yenidən hesablanması üçün cavabdehə rəsmi qaydada müraciət etmişdir. Cavabdeh özünün xx.xx.2025-ci il tarixli, 3-17-1/2-B-148386/2025 saylı məktubu ilə iddiaçının pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Cavabdeh imtina məktubunda “işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz tarixdəki /xx.xx.2025ci il tarixində/yaşınıza /68 yaş/ uyğun olaraq tələb olunan stajınız /16 il 8 / olmadığı üçün əmək pensiyanızın xx.xx.2019-cu il tarixindən xx.xx.2025-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yenidən hesablanması mümkün hesab edilmir” göstərmişdir. Halbuki, hazırda iddiaçının 68 yaşı, 19 il 7 ay əmək stajı vardır. Cavabdeh iddiaçının 6 il 4 ay əmək stajını ona məlum olmayan səbəbdən nəzərə almır. Cavabdehin imtinası ilə razı deyil. Hesab edir ki, pensiyası hazırki şərtlərlə yenidən hesablanmalıdır.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
4. Məhkəmənin 19 noyabr 2025-ci il tarixli, 2-1(118)-6998/2025 nömrəli qərardadı iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
5. Cavabdeh tərəfindən təqdim edilən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixdə əmək pensiyasının yenidən hesablanması üçün Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-B- 148386/2025 nömrəli xx.xx.2025-ci il tarixli cavab məktubunda iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixdəki yaşına uyğun olaraq tələb olunan sığorta stajının olmadığı üçün onun pensiyasının yenidən hesablanmasının mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 12.1 -ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bildirilir ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2004-cü il tarixində əlilliyə görə əmək pensiyası təyin edilmiş, ödənişi hazırda 393,33 manat məbləğində olmaqla davam etdirilir. Hazırki məhkəmə mübahisəsinin predmetini İddiaçı xx.xx.2025- ci ildə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əlilliyə görə əmək pensiyasının yenidən hesablanması tələbi təşkil edir. “Əmək pensiyaları haqqında" Qanunun 37.3.2-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının yenidən hesablanması üçün işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına malik olmalıdır. İddiaçı xx.xx.2025-ci il tarixində, yəni 68 yaşında əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmişdir. Əlilliyə görə əmək pensiyasının yenidən hesablanması üçün 68 yaşa uyğun olaraq tələb olunan sığorta stajı 16 il 8 ay təşkil edir. Qeyd edir ki, İddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2025-ci il tarixinə onun sığorta stajı xx.xx.2006-cı il tarixədək əmək kitabçasında qeyd olunmuş bütün dövrlər (7 il 14 gün), xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə isə xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş dövrlər (7 il 7 ay) daxil edilməklə 14 il 7 ay təşkil edir. Qeyd olunanlardan da aydın olduğu kimi iddiaçının sığorta stajı onun əmək pensiyasının yenidən hesablanması üçün kifayət deyildir. Buna görə də ona təyin olunmuş əmək pensiyasının xx.xx.2019-cu il tarixindən xx.xx.2025-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yenidən hesablanması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Məlumdur ki, cavabdehin imtinasının hüquqi baxımdan qanuni olub-olmadığını müəyyənləşdirmək üçün aşağıdakı hallar yoxlanılmalıdır: İmtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin müvafiq iş üzrə mövcud olub-olmaması; Cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçib-seçməməsi. Yuxarıda qeyd olunanlardan da aydın olduğu kimi iddiaçının işləməyən əmək pensiyaçısı kateoriyasına keçdiyi tarixə mövcud olan faktiki sığorta stajı (14 il 7 ay) qanunla onun pensiyasının yenidən hesablanması üçün tələb olunandan azdır. Müvafiq normanın bütün dispozisiya şərtlərinin hazırkı iş üzrə mövcud olub-olmadığını yoxladıqdan sonra növbəti mərhələdə cavabdehin düzgün hüquqi nəticəni seçib-seçmədiyi müəyyən olunmalıdır. Mərkəzi Filialın imtinasının hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsi üzrə əlilliyə görə əmək pensiyasının yenidən hesablanması üçün işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmə, bu kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına malik olma, pensiya kapitalı ilə bağlı qeyd olunan üç şərtin hər biri mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə pensiya təyinatından imtina etməkdə haqlıdır. İddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajı qanunla tələb olunandan az olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında ərizəçinin əlilliyə görə əmək pensiyasının yenidən hesablanması da qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
6. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
7. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.
8. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
12. İddia tələbi əmək pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İddia mümkündür.
III. Tətbiq edilən hüquq
14. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
15. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
16. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 37.3.1.Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.
18. Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir.
19. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyən etməlidir.
20. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
IV. Məhkəmənin mövqeyi
21. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
22. İddiaçı xx.xx.1957-ci ildə anadan olub. xx.xx.2004-cü il tarixdə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2025-ci il tarixinədək “DOST” Mərkəzində işləmiş, həmin dövr üçün fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmışdır. Bununla əlaqədar, pensiyasının yenidən hesablanması üçün cavabdehə rəsmi qaydada müraciət etmiş, cavabdeh özünün xx.xx.2025-ci il tarixli 3-17- 1/2-B-148386/2025 saylı məktubu ilə iddiaçının pensiyasının yenidən hesablanmasından imtina edilmişdir.
23. Cavabdeh hesab edir ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə uyğun olaraq, xx.xx.2004-cü il tarixində əlilliyə görə əmək pensiyası təyin edilmiş, ödənişi hazırda 393,33 manat məbləğində olmaqla davam etdirilir. Hazırki məhkəmə mübahisəsinin predmetini İddiaçı xx.xx.2025-ci ildə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əlilliyə görə əmək pensiyasının yenidən hesablanması tələbi təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə əsasən, iddiaçının əmək pensiyasının yenidən hesablanması üçün işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına malik olmalıdır. İddiaçı xx.xx.2025-ci il tarixində, yəni 68 yaşında əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmişdir. Əlilliyə görə əmək pensiyasının yenidən hesablanması üçün 68 yaşa uyğun olaraq tələb olunan sığorta stajı 16 il 8 ay təşkil edir. Qeyd edir ki, İddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2025-ci il tarixinə onun sığorta stajı xx.xx.2006-cı il tarixədək əmək kitabçasında qeyd olunmuş bütün dövrlər (7 il 14 gün), xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə isə xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş dövrlər (7 il 7 ay) daxil edilməklə 14 il 7 ay təşkil edir. Qeyd olunanlardan da aydın olduğu kimi iddiaçının sığorta stajı onun əmək pensiyasının yenidən hesablanması üçün kifayət deyildir. Buna görə də, ona təyin olunmuş əmək pensiyasının xx.xx.2019-cu il tarixindən xx.xx.2025-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yenidən hesablanması mümkün hesab edilməmişdir.
24. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.
25. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
26. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X3-Abbaszadə