Məhkəmə qərarları › İş №2-1(118)-6999/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6999/2025

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6999/2025 25.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh 2 saylı Sumqayıt "ASAN Xidmət" X2rşı iş üzrə İş № 2-1(118)-6999/2025 (ad, soyad və ata atında dəyişiklik edilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 2 saylı Sumqayıt "ASAN xidmət" X2rşı ”iddiaçının doğum haqqında akt qeydində soyadının “Mamedova”dan “Məmmədova”ya, adının “Şəhrəbanu”dan “Şükufə”yə, ata adı qrafasında “Mamed” adından “Əziz” adına düzəliş edilərək doğum haqqında akt qeydində iddiaçının soyadının “Məmmədova”, adının Şükufə, ata adının Əziz olması barədə faktın təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh 2 saylı Sumqayıt "ASAN Xidmət" X2rşı ”iddiaçının doğum haqqında akt qeydində soyadının “Mamedova”dan “Məmmədova”ya, adının “Şəhrəbanu”dan “Şükufə”yə, ata adı qrafasında “Mamed” adından “Əziz” adına düzəliş edilərək doğum haqqında akt qeydində iddiaçının soyadının “Məmmədova”, adının Şükufə, ata adının Əziz olması barədə faktın təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 xx.xx.1953-cü il tarixdə Zəngilan rayonu Muğanlı kəndində anadan olmuşdur. Doğum haqqında akt qeydində onun adı, soyadı və ata adı X3 olaraq qeyd edilmişdir. İddiaçı həmin akt qeydində soyadının “Mamedovadan” “Məmmədova”ya, adının “Şəhrəbanu”dan “Şükufə”yə və ata adının isə “Mamed”dən “Əziz”ə düzəliş edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsini 2 saylı Sumqayıt regional “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsindən xahiş etmiş, ərizənin icrasından imtina edilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 18 fevral 2026-cı il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinə uyğun izahat vermişdir. Cavabdeh məhkəmə iclasında təmsil edilməmiş, ancaq məhkəməyə ünvanlanmış iddia tələbinə münasibəti nəzərdə tutan etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının şəxsiyyətini təsdiq edən sənəddə adı və soyadı “İddiaçı” olaraq, doğum yeri isə Zəngilan rayonu, Muğanlı kəndi olaraq göstərilmişdir. Bununla belə, iddiaçının tələbinin icra edilməsi üçün təqdim edilmiş sənədlər ərizənin icrasına ziddiyyətlər yaratmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • Cavabdeh orqandan verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-M-xx-xx/2025 nömrəli arayışa əsasən iddiaçının 02 yanvar 1980-ci il tarixdə nikah haqqında akt qeydi tərtib edilmiş və nikahdan sonra iddiaçı “Məmmədova” soyadında qalmışdır. • İddiaçıya məxsus şəxsiyyəti vəsiqəsində, habelə Şəhid ailəsinin üzvü vəsiqəsində onun ad, soyad və ata adı İddiaçı olaraq qeyd edilmişdir. • Məhkəmə sorğusu nəticəsində cavabdeh orqandan əldə edilmiş 3-16-5-70/2- 12307/2026 nömrəli, xx.xx.2026-cı il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aparılmış axtarış nəticəsində İddiaçı deyil, X1 adına doğum haqqında akt qeydinin aşkar olunduğu cavabdeh orqan tərəfindən bildirilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, iddiaçı özünə məxsus olduğunu bildirdiyi doğum haqqında şəhadətnamədə qeyd olunan adın onun şəxsiyyətini təsdiq edən vəsiqədə qeyd olunmuş adla eynilik təşkil etməməsi səbəbindən hüquqlarının icrasının məhdudlaşdığını bildirmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosesual Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5. Tətbiq edilən hüquq

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi 159-cu maddə: Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.

189-cu maddə: Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 190. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması qaydası Adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.2-ci maddə: İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

6. Məhkəmənin mövqeyi

Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, 16 avqust 1953-cü il təvəllüdlü İddiaçı özünə məxsus doğum haqqında şəhadətnamədə qeyd olunmuş ad, soyad və ata adının dəyişdirilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin ərizəsinin icrasından imtina edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəddə adı və soyadının “İddiaçı” olaraq, doğum yeri isə Zəngilan rayonu, Muğanlı kəndi olaraq göstərildiyi, bununla belə, iddiaçının tələbinin icra edilməsi üçün təqdim edilmiş sənədlərin ərizənin icrası üçün kifayət qədər əsas vermədiyi bildirilmişdir. Cavabdeh orqandan verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-M-xx-xx/2025 nömrəli arayışa əsasən iddiaçının 02 yanvar 1980-ci il tarixdə nikah haqqında akt qeydi tərtib edildiyi və nikahdan sonra iddiaçının “Məmmədova” soyadında qaldığı bildirilmişdir. Əlavə olaraq, iddiaçıya məxsus, şəxsiyyətini təsdiq edən vəsiqədə, habelə Şəhid ailəsinin üzvü vəsiqəsində onun ad, soyad və ata adı İddiaçı olaraq qeyd edilmişdir. Belə olan halda isə, iddiaçının doğum haqqında şəhadətnamə ilə şəxsiyyətini təsdiq edən vəsiqədə qeyd olunmuş ad, soyad və ata adlarının bir-birindən fərqli olması nəinki iddiaçının hüquqlarını həyata keçirməsinə, həmçinin onun hər hansı hüquqi münasibətlərinin yaranması ehtimalında həmin hüquqların icra edilməsinə mane olmaqdadır. Bu baxımdan da iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırkı halda İddiaçı şəxsiyyət vəsiqəsi, nikah haqqında akt qeydinin, şəhid ailəsinin üzvü vəsiqələrinin mövcud olması və həmin rəsmi sənədlərdə iddiaçının qeyd edilmiş ad, soyad və ata adını, habelə inzibati icraat haqqında qanunvericiliyin norma və prinsipləri əsas götürülməklə, yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqanın iddia tələbinə etirazın əsası kimi istinad etdiyi halın əsassız olması səbəbindən iddia təmin edilməli, iddiaçının doğum haqqında akt qeydində soyadının “Mamedova”dan “Məmmədova”ya, adının “Şəhrəbanu”dan “Şükufə”yə, ata adının isə “Mamed” adından “Əziz” adına düzəlişlər edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı iddia tələbi üzrə iddiaçının doğum haqqında akt qeydində soyadının “Mamedova”dan “Məmmədova”ya, adının “Şəhrəbanu”dan “Şükufə”yə, ata adı qrafasında “Mamed” adından “Əziz” adına düzəliş edilərək doğum haqqında akt qeydində iddiaçının soyadının “Məmmədova”, adının Şükufə, ata adının Əziz olması barədə faktın təsdiq edilməsi öhdəliyi cavabdeh 2 saylı Sumqayıt "ASAN xidmət" mərkəzi Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu (elektron kabinet mövcud olduğu təqdirdə kabinetdə yerləşdirildiyi) gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi (elektron kabinet mövcud olduğu təqdirdə kabinetdə yerləşdirildiyi vaxtdan) vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu (elektron kabinet mövcud olduğu təqdirdə kabinetdə yerləşdirildiyi gündən) gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar