Məhkəmə qərarları › İş №2-1(118)-7/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-7/2020

23.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7/2020 23.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağasıyeva Ülviyyə Şəmşir qızının katibliyi, İddiaçının nümayəndəsi X3 (“X1” MMC-nin Hüquq departamentində şöbə müdiri işləyən, Bakı şəhəri, 9-cu mikr-n, Mir Cəlal küçəsi, 143 a mənzil 1-də yaşayan), Cavabdehin nümayəndəsi X2 (Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində hüquqşünas işləyən, Bakı şəhəri,Aşıq Alı küçəsi ev 4-də yaşayan) iştirakı ilə İddiaçı “X1” MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı xx xxxx 2017-ci il tarixli VN-16 seriyalı 000191 saylı və xx xxxx 2017-ci il tarixli VN-16 seriyalı 000199 saylı aktların, xx xxxxx 2017-ci il tarixli **********9079 saylı, xx xxxxx 2017-ci il tarixli **********9082 saylı qərarların, xx xxxx 2017-ci il tarixli **********186200 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı «X1» MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx xxxx 2017-ci il tarixli **********186200 saylı, xx xxxxx 2017-ci il tarixli **********9079 saylı, xx xxxxx 2017ci il tarixli **********9082 saylı qərarların, xx xxxx 2017-ci il tarixli VN -16 seriyalı 000191 saylı və xx xxxx 2017-ci il tarixli VN-16 seriyalı 000199 saylı aktların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Vergilər Nazilriyinin Milli Gəlirlər Departamentinin cəlb edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh əsl cavabdeh Vergilər Nazilriyinin Milli Gəlirlər Departamenti ilə əvəz edilmişdir. Həmin məhkəmənin digər qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Sunqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki,cavabdehin xx xxxxxx 2017-ci il tarixli qərarlarına əsasən iddiaçıya məxsus Xaçmaz şəhərində yerləşən “Xəzər” Ticarət Mərkəzində və xx xxxx 2017-ci il tarixli qərarına əsasən iddiaçı müəssisədə operativ vergi nəzarəti həyata keçirilmişdir. Aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş xx xxxx 2017-ci il tarixli aktlara əsasən idxal gömürk bəyannaməsi olmadan mədaxil edilmiş 3.542.653,94 manat dəyərində və qaimə-faktura olmadan mədaxil edilmiş 523.910,50 manat dəyərində mal-material aşkar edildiyi göstərilmişdir. Bununla bağlı iddiaçıya əlavə olaraq 406.656,44 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı həmin qərarları qanunsuz hesab edərək ləğv olunmasını xahiş edir. Belə ki, aktlarda idxal gömrük bəyannaməsi olmadan mədaxil edilmiş mal–materialların alınma tarixi 2013-2015-ci illər göstərilmişdir. Daxili aktla uçota alınmış 523.910,50 manat dəyərində mal-materialların isə alınma tarixləri 2015-2016-cı illərə aiddir, yəni həm idxal gömrük bəyannaməsi olmadan mədaxil edilmiş mal-materialların, həm daxili aktla uçota alınmış mal-materialların hamısı xx.xx.2017-ci il tarixə kimi alınmış və iddiaçının anbarlarına mədaxil edilmişdir. Göründüyü kimi yoxlama ilə aşkar edilmiş müvafiq qaydada rəsmiləşdirilməmiş kimi qeyd olunmuş mal-materialın alınma tarixi xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş Vergi Məcəlləsinin 58.8-ci maddəsinə edilmiş dəyişikliklərdən xeyli əvvəl olmuşdur. Bununıla bağlı həmin dəyişiklik iddiaçıya şamil edilərək maliyyə sanksiyası tətbiq edilə bilməzdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədi və izah etdi ki, Departamentin əməkdaşları tərəfindən «X1” MMC-yə aid Xaçmaz rayonunda yerləşən “Xəzər” ticarət mərkəzində və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən obyektlərində operativ vergi nəzarəti həyata keçirilmiş, Xaçmaz rayonunda yerləşən obyektdə 523.910,50 manat dəyərində, Sumqayıt şəhərində yerləşən obyekitdə isə 3.542.653,94 manat dəyərində malların alış sənədinin olmadığı aşkar edilərək, vergi ödəyicisi barəsində aktlar tərtib edilərək müvafiq qərarlar çıxarılmışdır. Vergi ödəyicisi tərəfindən operativ vergi nəzarəti zamanı tələbnamə əsasında mal-materialların alışına dair hüquqi əsası olmayan və Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmamış formalarda daxili qaimə və alış aktları təqdim edilmişdir. Eyni zamanda vergi ödəyicisinin inzibati şikayətinin araşdırılması zamanı onun tərəfindən təqdim edilmiş mal-materialların alış sənədlərində malların konkret olaraq növləri və çeşidləri göstərilmədiyi üçün həmin sənədlərin məhz nəzarət tədbiri zamanı siyahıya alınmış mallara aid olmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş : -Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinin xx.xx.2017ci il tarixli **********4842 saylı qərardan görünür ki, «X1” MMC-yə aid Sumqaıyt şəhəri, H.Z.Tağlyev qəsəbəsi ünvanında yerləşən istehsal və anbar sahəsində xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinin xx.xx.2017ci il tarixli **********4753 saylı qərardan görünür ki, «X1” MMC-yə aidXaçmaz rayonu, Bakı prospekti ünvanında yerləşən “Xəzər” ticarət mərkəzində xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -xx.xx.2017-ci il tarixli 000199 saylı aktdan görünür ki, «X1” MMC-yə aid Xaçmaz rayonu Bakı prospekti ünvanında yerləşən “Xəzər” ticarət mərkəzində xx.xx.2017-ci il tarixə vergi ödəyicisinin sahibliyində olan 523910.49 manat dəyərində olan malların Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə faktura, elektron qaimə faktura və ya elektron vergi hesab fakturası, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınmaması halı aşkar edilmiş, pul vəsaitinin uçotdan yayındırılması və ya uçot alınmaması halı isə olmamışdır. -xx.xx.2017-ci il tarixli 000191 saylı aktdan görünür ki, «X1” MMC-yə aid Sumqaıyt şəhəri, H.Z.Tağlyev qəsəbəsi ünvanında yerləşən istehsal və anbar sahəsində xx.xx.2017-ci il tarixə vergi ödəyicisinin sahibliyində olan 3542653,94 manat dəyərində olan malların Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə faktura, elektron qaimə faktura və ya elektron vergi hesab fakturası, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınmaması halı aşkar edilmiş, pul vəsaitinin uçotdan yayındırılması və ya uçot alınmaması halı isə olmamışdır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinin xx.xx.2017ci il tarixli **********9082 saylı qərardan görünür ki, «X1” MMC-yə aidXaçmaz rayonu Bakı prospekti ünvanında yerləşən “Xəzər” ticarət mərkəzində operativ vergi nəzarətinin həyata keçirilərkən həmin obyektdə xx.xx.2017-ci il tarixə müəssisnənin sahibliyində olan 523910.49 manat dəyərində malların Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada alınmadığı aşkar edildiyinə görə vergi ödəyicisinin barəsində 52391.10 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinin xx.xx.2017ci il tarixli **********9079 saylı qərardan görünür ki, «X1” MMC-yə aid Sumqaıyt şəhəri, H.Z.Tağlyev qəsəbəsi ünvanında yerləşən istehsal və anbar sahəsində operativ vergi nəzarətinin həyata keçirilərkən həmin obyektdə xx.xx.2017-ci il tarixə müəssisnənin sahibliyində olan 3542653.94 manat dəyərində malların Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada alınmadığı aşkar edildiyinə görə vergi ödəyicisinin barəsində 354265.40 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati şikayətin təmin edilməməsi haqqında xx xxxx 2017-ci il tarixli qərardan görünür ki, “X1” MMC-nin Vergilər Nazirliyinə ünvanlanmış xx.xx.2017-ci il tarixli **********909 və **********9082 saylı “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsinə dair şikayəti təmin edilməmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekpsertizası təyin edilmişdir. Ekspertizanın xx.xx.2019-cu il tarixli 1333 saylı rəyindən görünür ki, “X1” MMC tərəfindən “xxxxxx” ASC-dən malların alınmasını təsdiq edən qaimə fakturaların əlavə edildiyi müəyyən edilmişdir. Həmin qaimə faktiralarda göstərilən mal-materialların vergi yoxlaması zamanı tərtib edilmiş siyahıdakı materiallarla eynilik təşkil etmədiyi təqdirdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 10 % həcmində maliyyə sanksiyasının tətbiq edilməsinin doğruluğu müəyyən edilir. Aparılan əməliyyatların 2014-2015-2016-cı illəri əhatə etdiyi nəzərə alınmaqla 2016-cı ildə qüvvədə olan Vergi Məcəlləsinin 58.8.1-ci maddəsinin tələblərinə əsasən nəzərə alınıb-alınmamalı olduğu məsələsi hüquqi xarakterli olduğundan məhkəmə tərəfindən nəzərə alınmalıdır. “X1” MMC tərəfindən təqdim edilmiş malların alış sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydaya uyğun tərtib edilmişdir. Məhkəmə iclasına dəvət edilmiş Azərbaycan Respublikasə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Zaur Məmmədov izah etdi ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal-materialların alış sənədlərində malların konkret olaraq növləri və çeşidləri göstərilmədiyi üçün həmin sənədlərin məhz operativ nəzarət tədbiri zamanı siyahıya alınmış mallara aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır, bu səbəbdən maliyyə sansksiyasının düzgün hesablanıb-hesablanmamasına dair suala cavab vermək mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını, ekspertin fikrini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2017-ci il tarixli 000199 saylı operativ vergi nəzarəti nəticəsi haqqında akt məlumatlarından göründüyü kimi “X1” MMC-də operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı Xaçmaz şəhəri Bakı prospekti ünvanında yerləşən “Xəzər” ticarət mərkəzində xx.xx.2017-ci il tarixə vergi ödəyicisinin sahibliyində olan 523.910,49 manat dəyərində malların Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura, eletron qaimə faktura və ya elektron vergi hesab fakturası, idzal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınmaması halı aşkar edilmədiyindən pul vəsaitinin uçotdan yayındırılması və ya uçota alınmaması qeyd edilmişdir. Bu səbəbdən Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barədə VM-nin 58.8-ci maddəsinə əsasən 52.391.05 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Bundan başqa iş materiallarında olan xx.xx.2017-ci il tarixli 000191 saylı operativ vergi nəzarəti nəticəsi haqqında akt məlumatlarından göründüyü kimi “X1” MMC-də operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı Sumqayıt şəhəri, H,Z.Tağıyev qəsəbəsi ünvanında yerləşən istehsal və anbar sahəsində xx.xx.2017-ci il tarixə vergi ödəyicisinin sahibliyində olan 3.542.653.94 manat dəyərində malların Vergi Məcəlləsi ilə müəyyən edilmi. qaimə faktura, elektron qaimə faktura və ya elektron vergi hesab fakturası, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınmaması halı aşkar edilmədiyindən pil vəsaitinin uçotundan yayındırılması və ya uçota alınmaması qeyd edilmişdir. Bu səbəbdən Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barədə VM-nin 58.8-ci maddəsinə əsasən 354.265,39 manat məbəğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş mal-materialların alış sənədlərində malların konkret olaraq növləri və çeşidləri göstəilmədiyi üçün həmin sənədlərin məhz nəzarət tədbiri zamanı siyahıya alınmış mallara aid olmasını nə məhkəmə araşdırması zamanı, nə də ekspert tədqiqatı zamanı müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.2.-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanının hüquqlarına aid edilmişdir. Vergi orqanları Vergi Məcəlləsinin 50.1.12-ci maddəsinə əsasən pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına, eyni zamanda həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllə ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edir. Göstərilən Məcəllənin 130.1-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Məhkəmə qeyd edir ki, aşkar edilmiş malların alınma tarixləri 2014-2016-cı illərə aid olsa da, həmin malların növləri və çeşidləri dəqiq göstərilmədiyindən həmin sənədlərin məhz nəzarət tədbiri zamanı siyahıya alınmış mallara aid olmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respiblikası Vergi Məcəlləsinin (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş redaksiyada) 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: -58.8.1- pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; -58.8.2- malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı mübahisədə cavabdeh mübahisələndirilən qərarının qəbul edilməsini zəruri edən faktiki halları sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddia tələbinin aktların ləğv edilməsinə dair hissəsi ayrıca qərardadla mümkün sayılmamışdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı «X1” MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinə qarşı xx xxxxx 2017-ci il tarixli **********9079 saylı, xx xxxxx 2017-ci il tarixli **********9082 saylı və xx xxxx 2017-ci il tarixli **********186200 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar