Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-70/2023 25.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X1 adına işlənmiş JN-923 KOD 30105018 saylı Dövlət Aktının hissəvi, yəni mülkiyyətinə verilmiş 0.33 hektar torpaq sahəsi ilə üstüstə düşən hissəsinin ləğv edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Qusar rayonu Əniğ kəndində yerləşən 0.33 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onun adına verilmiş JN:0013 KOD30105018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına Qusar rayon Məhkəməsinin 20 aprel 2006-cı il tarixli 2-199a saylı qətnaməsinə əsasən X1 adına verilmiş JN-923 KOD 30105018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək X1 adına işlənmiş JN-923 KOD 30105018 saylı Dövlət Aktının hissəvi, yəni mülkiyyətinə verilmiş 0.33 hektar torpaq sahəsi ilə üstüstə düşən hissəsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X6, X13 və X7 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, Qusar rayonu Əniğ kəndində yerləşən 0,33 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN:0013 KOD30105018 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçının mülkiyyətinə verilmişdir. Bu yaxınlarda həmin torpaq sahəsinə dair çıxarışın hazırlanması üçün müvafiq sənədlərlə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarə tərəfindən sənədlərə baxılmış və bildirilmişdir ki, iddiaçıya məxsus həmin dövlət aktına Qusar rayon məhkəməsinin 20 aprel 2006-cı il tarixli 2-199a saylı qətnaməsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qusar rayon şöbəsi tərəfindən X1 adına 3,82 ha torpaq sahəsinə dair JN-923 kod 30105018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Yuxanda qeyd etdiyi hallara dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********81 saylı məktub verilmişdir. Bundan sonra iddiaçı Qusar rayon məhkəməsinin 20 aprel 2006-cı il tarixli 2- 199a saylı qətnaməsinin surətinin ona təqdim edilməsi barədə həmin məhkəməyə müraciət etmişdir və oradan ona bildirilmişdir ki, iddiaçının tərəf kimi qeyd edilmiş 2-199a /2006 saylı mülki iş və həmin iş üzrə qəbul edilmiş xx.xx.2006-cı il tarixli, 2-199a saylı qətnamə mövcud olmaması səbəbindən hər hansı sənədin təqdim edilməsi qeyri mümkündür. Bu barədə həmin məhkəmə tərəfindən də ona müvafiq məktub təqdim edilmişdir. İddiaçı həmin torpaq sahəsini heç kimə satmamışdır, torpaq sahəsinə dair sərəncam hüququ üzrə heç bir əqd bağlamamışdır. Həmin torpaq sahəsinin Qusar rayon məhkəməsinin 20 aprel 2006-cı il tarixli 2-199a saylı qətnaməsinə əsasən verildiyi göstərilsə də, belə bir qətnamə mövcud deyildir. Ona görə də, Qusar rayon məhkəməsinin 20 aprel 2006-cı il tarixli 2-199a saylı qətnaməsinə əsasən verildiyi qeyd olunan JN-923 KOD 30105018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" özlüyündə qanunsuz bir sənəd olmuş və həmin dövlət aktı heç bir qanuni əsas olmadan iddiaçının 0,33 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnu pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. JN-923 KOD 30105018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” nın verilməsi nəticəsində iddiaçının 0,33 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarını pozduğundan həmin dövlət aktının 0,33 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsinə dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəmə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində baxılmış və xx.xx.2021-ci il tarixli, **********25 №-li məktubla hüquqların dövlət qeydiyyatı ilə mübahisələrin məhkəmə qaydasında həll edilməli olduğu göstərilmiş və ərizəmin icrasının yalnız məhkəmə qərarı ilə mümkünlüyü bildirilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X12 iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, X5 rayonu, Əniğ kəndində yerləşən torpaq sahəsinə dair vətəndaş X1 adına hazırlanmış JN-923 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsi barədə barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə xx.xx.2021 -ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2021-ci il tarixli, **********25 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu, Əniğ kəndində yerləşən torpaq sahəsinə dair X1 adına hazırlanmış JN-923 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. ” “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1 -ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqlar: ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır." “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununün 8-ci maddəsinə əsasən “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri hüquqları təsdiq edən aktlar" daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, qeydiyyat orqanının verdiyi məlumata əsasən İddiaçı adına JN-0013 nömrəli Dövlət Aktına 20 aprel 2006-cı il tarixli 2-199a saylı Qusar rayon Məhkəməsinin qətnaməsinə əsasən X1 adına yeni JN-923 nömrəli dövlət aktı işlənmişdir. İddiaçı X1 adına işlənmiş JN-923 KOD 30105018 saylı Dövlət Aktının hissəvi, yəni mülkiyyətinə verilmiş 0.33 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissəsinin ləğv edilməsini istəyir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, JN 0013 KOD 30105018 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X11 adına Qusar rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyun tarixli 11/4 saylı qərarı ilə cizgidə göstərilmiş sərhəd daxilində 0.33 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmişdir. Qusar rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli, 2(029)-353/2020 saylı Qətnaməsi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X11 adına verilmiş JN 0013 KOD 30105018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı adına Qusar rayon Əniğ kəndində yerləşən 0.33 ha JN-13 KOD 30105018 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” na Qusar rayon Məhkəməsinin 20 aprel 2006-ci il 2-199a qətnaməsinə əsasən yeni X1 adına JN-923 KOD 30105018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” işlənmiş, xx.xx.2006-cı il tarixli 4Ə-6/1087, reyesrt nömrəli alqı-satqı müqaviləsinə əsasən X9 adına, xx.xx.2013-cü il tarixli 4Ə-1-84, 4Ə-1-89, 4Ə-1-86, 4Ə-1-87 reyestr nömrəli alq-satqı müqavilələrinə əsasən X10 adına və xx.xx.2016-ci il tarixli 4Ə-3791 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmiş, xx.xx.2016cı il tarixli ********** qeydiyyat, **********23 reyestr nömrəli çıxarış verilmişdir. Vətəndaşlara verilən dövlət aktlarının verilməsinə əsas olmuş sənədlər 5 saylı Xaçmaz Ərazi idarəsinin arxiv şöbəsinə təhvil verilməmişdir. (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reeyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********90 saylı məktubu) Qusar rayon Əniq bələdiyyəsinin 22 noyabr 2021-ci il tarixli 52 saylı arayışında və Qusar rayon İcra Hakimiyyəti Başçısının Əniq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 22 noyabr 2021-ci il tarixli 403 saylı arayışında JN 0013 KOD 30105018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.33 ha kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsinin hal-hazırda onun istifadəsində olduğu qeyd edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2- 199a saylı mülki iş üzrə qəbul edilmiş 20 aprel 2006-cı il tarixli 2-199a saylı qətnamə mövcud olmaması səbəbindən hər hansı bir sənədin təqdim edilməsi qeyri mümkün olmuşdur. (Qusar rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, G(029)-620/2021 saylı məktubu) Məhkəmənin 2-1(118)-249/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınmış, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi JN-0013, KOD 30105018 Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyun tarixli 11/4 saylı qərarı ilə verilmiş çizgidə göstərilən sərhəd daxilində 0.33 ha torpaq sahəsi ilə uyğundurmu? - İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi JN-923 KOD 30105018 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı”əsasında X1 adına verilmiş torpaq sahəsi ilə üst-üstə düşürmü, düşürsə hansı hissədə düşür? Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reeyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 02 may 2023-cü il tarixli, 3-21-3-34/2-5264/2023 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. mütəxəssis rəyində araşdırmanın nəticə olaraq qeyd edilmişdir ki, İddiaçı naturada faktiki göstərdiyi torpaq sahəsi JN-0013 KOD 30105018 Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyun tarixli 11/4 saylı qəran ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 0.33 ha torpaq sahəsi uyğundur (naturada torpaq sahəsindən hal-hazırda istifadə olunmur); 2. İddiaçı naturada faktiki göstərdiyi torpaq sahəsi JN-923 KOD 30105018 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında X1 adına verilmiş torpaq sahəsinin 923 nömrəli parseldəki (aktda qeyd olunan ayrıca torpağın cizgisi) 0.327 ha torpaq sahəsi ilə 0.327 ha hissədə üst-üstə düşür. Qeyd: X3 verilmiş JN-923 KOD 30105018 nömrəli Dövlət Aktının həmin 0.327 ha hissəsinə ********** qeydiyyat və **********23 reyestr nömrəli X4 DƏDRX-i tərəfindən çıxarış və plan ölçü işlənib verilmişdir. Beləliklə qeyd olunanlardan göründüyü kimi X1 adına JN-923 KOD 30105018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın işlənməsinə əsas olmuş Qusar rayon Məhkəməsinin 20 aprel 2006-ci il 2-199a qətnaməsi mövcud deyildir. Habelə İddiaçı naturada faktiki göstərdiyi torpaq sahəsi JN-0013 KOD 30105018 Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyun tarixli 11/4 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 0.33 ha torpaq sahəsi uyğun olmaqla JN-923 KOD 30105018 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında X1 adına verilmiş torpaq sahəsinin 923 nömrəli parseldəki (aktda qeyd olunan ayrıca torpağın cizgisi) 0.327 ha torpaq sahəsi ilə 0.327 ha hissədə üst-üstə düşür. Məhkəmə hesab edir ki, mövcud olmayan məhkəmə qətnaməsi əsasında işlənmiş dövlət aktı iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur və iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, hüquqların dövlət qeydiyyatını aparan orqan əsassız qeydiyyat apararaq, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X1 adına işlənmiş JN-923 KOD 30105018 saylı Dövlət Aktı hissəvi, İddiaçı mülkiyyətinə verilmiş 0.33 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-70/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-70/2023
25.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver