Məhkəmə qərarları › İş №2-1(118)-70/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-70/2024

23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-70/2024 23.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli (protokol №41) mülkiyyətinə bağ torpaq sahəsinin verilməsi haqqında 41 saylı Qərarı ilə onun mülkiyyətinə verilmiş “Saray” bağları ərazisində yerləşən 600 kv.m olan bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli (protokol №41) mülkiyyətinə bağ torpaq sahəsinin verilməsi haqqında 41 saylı Qərarı ilə onun mülkiyyətinə verilmiş “Saray” bağları ərazisində yerləşən 600 kv.m olan bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 18 yanvar 2022-ci il tarixli, **********118 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qimsində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli (protokol №41) mülkiyyətinə bağ torpaq sahəsinin verilməsi haqqında 41 saylı Qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayt şəhər şöbəsinin rəyini nəzərə alaraq “Saray" bağları ərazisində 600 (altı yüz) kv.m. olan rəsmiləşdirilməmiş istifadədə olan bağ torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinə əsasən iddiaçının mülkiyyətinə verilmişdir. Həmin Qərarın 2-ci bəndinə görə torpaq sahəsi İİİ qiymət zonasında yerləşir, 1 kv. metrin satış qiyməti 1.80 manatdır. Satış qiyməti normativ qiymətinə uyğundur. Tərəfindən 600 kv.metr torpaq sahəsinin dəyəri 1080,manat məbləğində pul bələdiyyənin xəzinəsinə ödənilmişdir. Eyni zamanda həmin torpaq sahəsinin alqı-satqısına dair onunla Sumqayıt şəhər Bələdiyyəsi arasında xx.xx.2008-ci il tarixdə müvafiq akt imzalanmış, habelə torpağın yerində təhvil verilməsi barədə təhkim aktı tərtib edilərək təqdim olunmuşdur. Eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Kdmitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən bağ torpaq sahəsinin planı və ölçüsü də tərtib edilmişdir. Lakin iddiaçı göstərilən sənədlər əsasında torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından keçirmək üçün müvafiq mülkiyyət sənədlərini əldə edə bilmir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsində ona bildirilmişdir ki, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən 01 dekabr 2007-ci ildən sonra bələdiyyə qərarları ilə verilmiş torpaqlar özəlləşdirilmir və həmin qərarlar qüvvədən düşmüşdür. Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etdikdə də bildirilmişdir, həqiqətən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin təqdimatı əsasında torpaq sahəsinin iddiaçıya ayrılmasına dair bələdiyyə qərarı Sumqayıt şəhər Bələdiyyəsinin 27.06 2008-ci il tarixli, 14 nömrəli qərarı ilə ləğv edilmişdir və iddiaçı təkrarən bələdiyyəyə əlavə ödəniş etməklə həmin torpaq sahəsini qüvvədə olan yeni qanun normalarına uyğun yenidən satın almalıdır. Halbuki, iddiaçı üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş yə bələdiyyə qərarının ləğvi onun məlumatı olmadan həyata keçirilmişdir. İddiaçı adı çəkilən qərarın ona təqdim edilməsi ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etmiş və həmin qərardan çıxarış təqdim olunmuşdur. Beləliklə, iddiaçının hüquqları Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən aşkar şəkildə pozulduğu üçün məhkəməyə müraciət etmək və öz pozulmuş hüquqlarını məhkəmə qaydasında müdafiə etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2021 -cı il tarixli, 2-1(118)-1267/2021 saylı qərarı ilə onun iddia ərizəsi təmin edilmiş, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008ci il tarixli, 14 nömrəli qərarı Sumqayıt şəhər Bələdiyyəsinin iddiaçının mülkiyyətinə “Saray” bağları ərazisində 600 (altı yüz) kv.m bağ torpaq sahəsinin verilməsinə dair 30 dekabr 2007-ci il tarixli qərarının ləğv olunması hissəsində ləğv edilmişdir. Yuxanda qeyd edilən sənədlər əsasında müvafiq ərizə ilə təkrarən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsinə müraciət edərək mülkiyyətimə verilmiş bağ torpaq sahəsi üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatından keçirilməsini xahiş edilmişdir. Lakin qeyd olunan sənədlər tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim edilsə də, sonuncu müxtəlif aidiyyəti olmayan bəhanələr gətirməklə dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Belə olan halda hesab edir ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir. Cavabdeh bu hərəkəti ilə qanunsuzluğa yol verməklə yanaşı, torpaq qanunvericliyinin, o cümlədən bələdiyyə torpaqlarına dair qənunvericlik aktlarının müddəalarım və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini nəzərə almamışdır. “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Dövlət torpaq kadastrı,torpaqların monitorinqi və yerquruiuşu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı,torpaqların kəmiyyət və keyfiyyətcə uçotu bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların, bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar daxildir.Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonaläşdınlmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmlərin qərar qəbul etməsi üçün əsasdır Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümldən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ,o cümlədən mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına ahnması üçün ərizəyə torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina,qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə edilməsi nəzərdə tutulmuşdur ki, həmin sənədlər də tərəfindən tam hazırlanaraq cavabdehə ünvanlanmış məktublara əlavə edilmişdir. Lakin qeyd olunan sənədlər tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim edilsə də, sonuncu əsassız olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququmu dövlət qeydiyyatından keçirməmişdir. ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi idarəsi tərəfindən ünvanlanmış məktubda bildirilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Bu zaman cavabdeh müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətdə olduğunu təsdiq edən torpaqayırma sənədlərinə əhəmiyyət verməmişdir. Halbuki, müvafiq qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə torpaqları, o cümlədən mübahisələndirilən torpaq sahələri də 2001-ci ildə rəsmi şəkildə tərtib edilmiş protokol, akt və digər torpaqayırma sənədlərinə əsasən Sumqayıt Bələdiyyəsinə təhvil verilmiş və həmin dövrdə qüvvədə olmuş qanun normalarına əsasən müvafiq qaydada xəritələşdirilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində dövlət torpaq reyestrində və dövlət torpaq kadastrında dövlət qeydiyyatından keçmişdir. Bu səbəbdən cavabdehin mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması barədə fikirləri tamamilə əsassızdır Eyni zamanda adı çəkilən məktııbda bələdiyyə qərarının qanuniliyi də şübhə altına alınmışdır. Halbuki, Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1267/2021 saylı qərarı ilə Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli qərarı etibarlı hesab edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin adı çəkilən qərarı hal-hazırda da qüvvədədir və heç bir orqan onu mübahisələndirilməmişdir. Eyni zamanda Sumqayıt şəhər Bələdiyyəsinin torpaq sahəsi üzərində hüquqları vaxtı ilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində dövlət qeydiyyatından keşmişdir ki, həmin dövrdə heç daşınmaz əmlakın dövlət reyestri yaradılmamışdı. Cavabdeh hal-hazırda qüvvədə olan qanun normalarını həmin normalar qüvvəyə minməmişdən əvvəl verilmiş bələdiyyə qərarına tətbiq etmək istəyir, halbuki həmin dövrdə bələdiyyə qərarlarının qəbulu üçün bələdiyyənin adına reyestr çıxarışının verilməsi işləri heç başlamamışdı. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsi ‘Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına görə Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş və hal-hazırda da bələdiyyə mülkiyyətindədir. Nəzərə alınsa ki, cavabdeh yüzlərlə belə bələdiyyə qərarları əsasında ayrı-ayrı hüquqi və fiziki şəxslərin torpaq sahələri üzərində mülkiyyət və icarə hüquqlarını qeydiyyata almış və hal-hazırda da almaqdadır, cavabdehin imtinasının arxasında hansı qanunsuzluqların gizlədildiyini anlamaq heç də çətin olmaz. Ən əsası isə ondan ibarətdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2021-cİ il tarixli, 2-1(118)-1267/2021 saylı qanuni qüvvəyə minmiş qərarı ilə Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli qərarı onun mülkiyyətinə bağ torpaq sahəsnin verilməsi haqqında Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli qərarının ləğv edilməsi hissəsində etibarsız sayılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini heçə almayan cavabdehin qanun normalarına əsl münasibəti və imtina cavabının əsassızlığı və qanunsuzluğu bu hal ilə bir daha öz sübutunu tapır. Bu səbəbdən cavabdehin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququmu dövlət qeydiyyatına almaqdan imtina etməsi qanunsuz və hüquqazidd olmaqla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatından imtina olunmasının əsaslarına da zidd hesab edilməlidir. Qərarda torpaq sahəsinin nömrəsinin 4099q, Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsinin mövqe sxemində B-4099v kimi qeyd olunmasına gəlincə isə bildirir ki, sənədlərdə olan texniki səhvlərə görə iddiaçı hər hansı bir məsuliyyət daşımır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasında fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, sənədlərin araşdırılması zamanı müəyyən çatışmazlıqlar aşkar edilmişdir. Belə ki, bələdiyyə tərəfindən torpaq sahəsinin mülkiyyətə verilməsi barədə Sumqayıt şəhər Bələdiyyəsinin qərarı xx.xx.2007-ci il tarixdə verilmiş olsa da, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Həmçinin qərarda torpaq sahəsinin nömrəsi 4099Q, Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsinin mövqe sxemində isə B-4099V kimi qeyd edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən bələdiyyələr tərəfindən 01,12.2007-ci il tarixdən sonra ayrılan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra həmin Qanunun 9.1 -ci maddəsinə uyğun olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı maddəsində edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasının müəyyənləşdirilməsi üçün daşınmaz əmlaka müayinə baxışı keçirilərkən müəyyən olmuşdur ki, torpaq sahəsinin faktiki yerləşməsi və konfiqurasiyası ərizəyə əlavə olunmuş sxemdə qeyd olunan yerə və konfiqurasiyaya uyğun deyil. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 oğlu iştirak etmiş, etirazı müdafiə etmiş, məhkəmənin suallarına cavabolaraq olaraq bildirmişdir ki, imtinanın əsas səbəbinin mövqe sxemdə hərf səhvi ilə bağlı olmuşdur. Buna bələdiyyə münasibət bildirmişdir. Eyni zamanda texniki səhv olaraq məhkəməyə digər torpaq sahəsinə dair sənədlər göndərilmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaya cavab verməli orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli (protokol №41) mülkiyyətinə bağ torpaq sahəsinin verilməsi haqqında 41 saylı Qərarı ilə onun mülkiyyətinə verilmiş “Saray” bağları ərazisində yerləşən 600 kv.m olan bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, sənədlərin araşdırılması zamanı müəyyən çatışmazlıqlar aşkar edilmişdir. Belə ki, bələdiyyə tərəfindən torpaq sahəsinin mülkiyyətə verilməsi barədə Sumqayıt şəhər Bələdiyyəsinin qərarı xx.xx.2007-ci il tarixdə verilmiş olsa da, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Həmçinin qərarda torpaq sahəsinin nömrəsi 4099Q, Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsinin mövqe sxemində isə B-4099V kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli 41 saylı Protokol Qərarı ilə İddiaçı Saray bağları ərazisindən sahəsi 600 kv.m torpaq sahəsi ayrılmışdır. 27 dekabr 2007-cil tarixli ödəniş qəbzinə əsasən torpaq sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. Məhkəmə araşdırması zamanı Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli 41 saylı Qərarının surəti məhkəməyə təqdim edilmişdir. (Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 19 yanvar 2024-cü il tarixli, 3-48-DA-10F/2-11/1-2024 saylı məktubu) İşin hallarından görünür ki, Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 saylı protokolundan çıxarışa əsasən Sumqayıt şəhər bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli 41 saylı iclasının torpaq ayrılmasına dair qərarlarının ləğv edilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1267/2021 saylı Qərarı ilə Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2008-ci il tarixli,14 nömrəli qərarı Sumqayıt şəhər bələdiyyəsinin İddiaçı mülkiyyətinə “Saray” bağları ərazisində 600 (altı yüz) kv.m bağ torpaq sahəsinin verilməsinə dair 30 dekabr 2007-ci il tarixli qərarının ləğv olunması hissəsində ləğv edilmişdir. Göründüyü kimi Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli 41 saylı Qərarı hazırda qüvvədədir. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri sonuncu tərəfindən tam şəkildə ödənilmişdir. Bu halda məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Cavabdehin imtina dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir : Məhkəmə araşdırması zamanı torpaq sahəsinin müayinə aktı və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Müayinə aktında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənəd üzrə 0.06 ha, faktiki 0.0652 ha-dır. Bir tərəfi dalan yol, digər tərəflər qonşudur. İki tərəf mişardaşı, iki tərəf hasarsızdır. Ünvanı yoxdur. Mübahisəli hal yoxdur. 0.0052 ha əlavə torpaq sahəsi var. Torpaq sahəsi üzərində tikili mövcud deyil. Yerüstü kommunikasiya xətləri keçmir. Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli 41 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş “Saray” bağları ərazisində yerləşən 600 kv.m olan bağ torpaq sahəsinin kimlərin torpaq sahələri ilə üst üstə düşməsi ilə bağlı hansı qeydiyyatlar aparılıb aparılmaması, iddiaçının sənəd üzrə yeri, Bələdiyyənin xəritəsindən çıxarış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsində saxlanılıb saxlanılmaması, həmin torpaq sahələrinə çıxarış verilib verilməməsi barədə məlumat verilməsi, çıxarışlar verilibsə həmin çıxarışların, çıxarışların verilməsinə əsas olmuş sənədlərin, üçüncü şəxsin adına mülkiyyət sənədi verilib veriməməsi , iddiaçıya ayrılan torpq sahəsinin mövqe planı ilə üst üstə düşməsi ilə bağlı araşdırma aparıb məlumat verilməsi və bununla bağlı mövcud əlaqəli sənədlərin təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim olunması üçün cavabdehə 18 noyabr 2022-ci il tarixdə sorğu göndərilmişdir. Cavabdehin 12 yanvar 2023-cü il tarixli 3-21-3-31/2-99/2023 saylı məktubunda sözügedən torpaq sahəsinə idarənin mütəxəsisləri tərəfindən baxış keçirildiyi, lakin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsində qeydiyyatdan keçmədiyi, eyni zamanda 09 fevral 2023-cü il tarixli 3-21-3-31/2-446/2023 saylı məktubunda İddiaçı məxsus Saray bağlar massivində yerləşən 600 kv.m torpaq sahəsinin ərazi idarəsinin kadastr məlumat bazasında yoxlanıldığı, sözügedən torpaq sahəsi mülkiyyətdə olan qonşu torpaq sahələri ilə üst üstə düşmədiyi və təsdiq olunmuş Sumqayıt bələdiyyə xəritəsində Sumqayıt Bələdiyyəsinin hüdudlarından kənarda yerləşdiyi qeyd olunmuşdur. Yuxarıda qeyd oluananları nəzərə alıb, Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli 41 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin Sumqayıt bələdiyyə xəritəsində Sumqayıt Bələdiyyəsinin hüdudlarında kənarda yerləşirsə, həmin hissədə xəritədən çıxarışın məhkəməyə təqdim olunması, həmin ərazi Sumqayıt bələdiyyəsinin ərazisi deyisə, həmin ərazi hansı statusa, hansı kateqoriyaya malikdir, bununla bağlı məlumat verilməsi və bununla bağlı mövcud əlaqəli sənədlərin(xəritədən çıxarışın) təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim olunması tələb edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 02 may 2023-cü il tarixli, 3-21-3-31/2-1422/2023 saylı məktubunda bildirilmişdir ki, 4099Q nömrəli bağ sahəsi Cavabdehndə qeydiyyatdan keçməmişdir bu səbəbdən də 4099Q nömrəli bağ sahəsinin qonşuluğunda yerləşən bağ sahələrini və B4099V nömrəli bağ sahəsi ilə qonşu olub- olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin istifadələrində olan 2019-cü il tarixli təsdiqlənmiş Sumqayıt bələdiyyə xəritəsində 4099Q nömrəli bağ sahəsi Sumqayıt bələdiyyəsinin hüdudlarından kənarda yerləşir. Sumqayıt Bələdiyyəsinin 10 aprel 2023-cü il tarixli,1015 saylı məktubunda isə qeyd edilmişdir ki, Sumqayıt Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli. 41 saylı iclasının qərarı ilə Sumqayıt şəhərinin “Saray bağları” adlandırılan ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan bağ torpaq sahəsi 4099q nömrəsi ilə İddiaçı mülkiyyətinə verilmişdir. Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsi tərəfindən hazırlanmış mövqe sxemində bağın nömrəsi B- 4099V olaraq qeyd edilmişdirsə, bu hal texniki səhv ucbatından baş vermişdir. Qanunvericiliyə görə bələdiyyənin inzibati aktı olaraq bələdiyyənin qərarı qəbul edilir ki, məhz həmin qərar əsasında da hüquqların dövlət qeydiyyatı həyala keçirilir. Bələdiyyənin tərtib etdiyi mövqe sxemi isə torpağın yerləşmə mövqeyini və koordinatlarını müəyyən etmək üçün tərtib edilən texniki sənəddir ki, həmin sənəddə torpaq sahəsinin nömrəsində yol verilmiş yanlışlıq torpaq üzərində hüququn qeydiyyatından imtina üçün əsas sayıla bilməz. Məhkəmənin 19 may 2023-cü il tarixli, 2-1(118)-223/2023 saylı Qərardadı ilə iş üzrə mütəxəsis rəyinin alınması və mütəxəssis qarşısında aşağıdakı sualların qoyulması qərara alınmışdır: - İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nədən ibarətdir? Həmin torpaq sahəsi baza məlumatlarına əsasən hansı kateqoriya torpaq sahəsi kimi görsənir. (sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin) -Həmin torpaq sahəsinin koordinatları iddiaçının məhkəməyə təqdim etdiyi ilkin torpaqayırma sənədlərinə uyğundurmu? Uyğun deyilsə, bununla bağlı ətraflı məlumat və müvafiq sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin. -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə baza məlumatlarına əsasən başqa səşlərin hüquqları qeydə alınıbsa bununla bağlı məhkəməyə məlumat verilsin,müvafiq xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 17 iyul 2023-cü il tarixli, 3-21-3-31/2-2339/2023 saylı məktubu ilə iş üzrə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə qeyd edilmişdir ki, İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir.(faktiki koordinatlar qoşma faylda təqdim olunur) Torpaq sahəsinin koordinatları iddiaçının məhkəməyə təqdim etdiyi ilkin torpaq ayırma sənədlərinə uyğundur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə baza məlumatlarına əsasən başqa şəxslərin hüquqları qeydə alınmayıb. 28 sentyabr 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, imtinada torpaq sahəsinin faktiki yerləşməsi və konfiqurasiyasının sxemdə qeyd olunan yerə və konfiqurasiyaya uyğun olmaması qeyd olsunsa da mütəxəssis rəyində bununla bağlı qeyd yoxdur. Bir torpaq sahəsidir. Torpaq sahəsinin biri anasının digəri isə oğlunundur. Rəydə torpaq sahəsinin koordinatları ilkin torpaqayırma sənədlərinə uyğun olduğu qeyd edilmişdir. Mütəxəssis rəyi ilə bağlı əlavə araşdırma aparılması üçün vaxt verilməsini xahiş etmişdir. 18 dekabr 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili əlavə araşdırmanın aparılması ilə bağlı məhkəmə sualına cavabında bildirmişdir ki, bir torpaq sahəsidir. İki hissəyə bölünüb. Biri anasının adınadır, digəri isə iddiaçının istifadəsindədir. Tikili anasının adına olan torpaq sahəsindədir. Sonuncu məhkəmə iclasında cavabdehin nümayəndəsi imtinanın əsas səbəbinin mövqe sxemdə hərf səhvi ilə bağlı olmuşdur. Buna bələdiyyə münasibət bildirmişdir. Göründüyü kimi torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınmasını istisna edəcək hal mövcud deyildir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli (protokol №41) mülkiyyətinə bağ torpaq sahəsinin verilməsi haqqında 41 saylı Qərarı ilə onun mülkiyyətinə verilmiş “Saray” bağları ərazisində yerləşən 600 kv.m olan bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar