Məhkəmə qərarları › İş №2-1(118)-700/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-700/2021

15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-700/2021 15.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 09.04.1993-cü il tarixdən 12.05.1994-cü il tarixdə elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Naziriyinini tabeyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırmaların nəticəsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və araşdırmanın nəticəsi olaraq həmin qərardan irəli gələn ehtiyata buraxılması barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 09.04.1993-cü il tarixdən 12.05.1994-cü il tarixdə elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Naziriyinini tabeyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırmaların nəticəsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və araşdırmanın nəticəsi olaraq həmin qərardan irəli gələn ehtiyata buraxılması barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq səbəbini bildirmədən iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddia ərizəsinə iddiaçıya arxiv arayışının verilməsi barədə müraciəti və bununla bağlı cavabdehin imtina cavabı əlavə edilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı cavabdehə müraciətini təsdiq edən sənədi məhkəməyə təqdim edə bilmədi. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi öhdəliyin icrası növündə baxılan iddialarda mümkünlük şərtlərindən biridir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 09.04.1993-cü il tarixdən 12.05.1994-cü il tarixdə elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Naziriyinini tabeyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırmaların nəticəsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və araşdırmanın nəticəsi olaraq həmin qərardan irəli gələn ehtiyata buraxılması barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 09.04.1993-cü il tarixdən 12.05.1994-cü il tarixdə elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Naziriyinini tabeyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırmaların nəticəsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və araşdırmanın nəticəsi olaraq həmin qərardan irəli gələn ehtiyata buraxılması barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar