Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-701/2022 18.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil (“Arbitrium” vəkil bürosunda vəkil işləyən, Bakı şəhəri,Təbriz küçəsi 98 a mənzil 34-də yaşayan) İddiaçı cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən, ümumi sahəsi 250,95 kv m olan iki mərtəbəli qeyri-yaşayış binası üzərində təsdiq edilmiş eskiz layihəsinə uyğun olaraq mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reysetrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X5 cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən, ümumi sahəsi, 250,95 kv m olan iki mərtəbəli qeyri-yaşayış binası üzərində təsdiq edilmiş eskiz layihəsinə uyğun olaraq həyat yoldaşı İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reysetrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı A.Əlizadə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək onu əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 10.03.2022-ci il tarixli qərardadı ilə X6 əsl iddiaçı kimi İddiaçı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 0.02353 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən 21.06.2017-ci ildə verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmış, torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Qeyd olunan ünvanda sahibkarlıq fəaliyyətini həyala keçirmək məqsədilə qeyriyaşayış sahəsi tikmək qərarına gəlmişdir. “Arxitektura və Dizayn" MMC tərəfindən torpaq sahəsində tikəcəyi sahənin eskiz layihəsi tərtib edilmişdir. Həmin layihə Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı tərəfindən təsdiq edilmişdir. Bunda sonra onun tərəfindən tikinti işlərinə başlanılmış, tikinti işləri başa çatdıqdan sonra isə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən 07 mart 2019-cu ildə "Tikinti obyektinin istismarına" dair 057.1 saylı icazə verilmişdir. Həmin vaxtdan da iddiaçı tərəfindən göstərilən sahədən təyinatı üzrə istifadə olunur. Qeyri-yaşayış binası bütün kommunal xidmətlərlə təmin edilmişdir. 2020-ci ilin yanvar ayında qeyri-vaşayiş sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etdi və iddia ərizəsinini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək izah etdi ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan səhərində yerləşən yeni layihələndirilmiş qeyri-yasayıs binasının tikintiyə icazə verilməsi barədə sənədlərinin ərizəyə əlavə edilmədiyi, həmçinin təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyqun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi, tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. Tələb olunan göstəricilərin bir qismi iddiaçının təqdim etdiyi sənəddə qeyd olunmamışdır. Bu əsasəla onun müraciətinin təmin olunmasından imtina edilmişdir. İş materiallarında olan: - RX № 104710 seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.02353 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd 27.05.2017-ci il bağışlama müaviləsi əsasında İddiaçı bağışlanmış 0.02353 ha torpaq sahəsi barəsindədir. - Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 057/1 nömrəli 07.03.2019-cu il tarixli icazə sənədindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən qeyri-yaşayış binasının istismarına icazə verilmişdir. - Abşeron rayon İcra Hakimiyyəti Başçısının 29.12.2016-ci il tarixli 274 saylı sərəncamından görünür ki, İddiaçı RX seriyalı 104710 nömrəli çıxarış ilə mülkiyyətində olan Xırdalan ərazisində yerləşən qeyri-yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz layihədən görünür ki, həmin eskiz layihə İddiaçı məxsus Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən qeyri-yaşayış binası barəsindədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçının müraciətinə cavab olaraq Xırdalan şəhərində yerləşən yeni layihələndirilmiş çoxmərtəbəli yaşayış binasının tikinti obyektinin tikintisinə icazə sənədinin əlavə edilmədiyini, həmçinin təqdim edilmiş istismara icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyqun tərtib edilmədiyini, yəni tikinti obyektininin istismara hazırlıq aktının verilmə tarixinin və qeydiyyat nömrəsinin, tikinti obyektinə verilmiş kodun nömrəsinin qeyd edilmədiyini bildirərək onun müraciətini təmin etməkdən imtina etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinini izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0, 8.0.1-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur. Həmin Qanunun 10.2.1-ci madddəsində vurğulanır ki, hüquqların dövlət qeydyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinə əsasən obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən ödənilir. Məhkəmə qeyd edir ki, İddiaçı mülkiyyətində olan 0.02353 ha torpaq sahəsi üzərinə yerli icra hakimiyyəti orqanının sərəncamına əsasən qeyri-yaşayış sahəni inşa etmişdir. İddiaçı tikintiyə icazə almaq üçün yerli icra hakimiyyəti orqanına müraciət etdikdə ona tikintiyə icazəni ifadə edən 366-T saylı 04.04.2017-ci il tarixli məktub təqdim edilmişdir və qeyri-yaşayış sahəsinin layihəsi Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmişdir. Həmin tikili hazır olduqdan sonra istismarına icazə sənədi tərtib edilmişdir. Lakin həmin sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi, tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi göstərilməmişdir. Məhkəmə hesab edir ki, həmin qüsürlara səlahiyyətli orqanlar tərəfindən yol verilmişdir və iddiaçıya bu səbəblə inşa etdiyi bina üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi əsassızdır. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz əmlakln dövlət reyestri haqqnda” Azırbaycan Respublikası Qanununun 15-ci maddəsində təsbid edilmişdir. Məhkəmə tədqiqatı zamanı iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi və mülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayonu, Xırdalan şəhərinin H.Əliyev prospektində yerləşən, ümumi sahəsi, 250,95 kv m olan iki mərtəbəli qeyri-yaşayış binası üzərində təsdiq edilmiş eskiz layihəsinə uyğun olaraq İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhərinin H.Əliyev prospektində yerləşən, ümumi sahəsi, 250,95 kv m olan iki mərtəbəli qeyri-yaşayış binası üzərində təsdiq edilmiş eskiz layihəsinə uyğun olaraq İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-701/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-701/2022
18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver