Məhkəmə qərarları › İş №2-1(118)-702/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-702/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-702/2022 08.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X21 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X14 adına verilmiş 0.10 ha torpaq sahəsi üzərində vahid əmlak qismində 13 oktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarışın 0.0624 ha torpaq sahəsi hissəsində ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 13 oktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair hüquqi sənəd verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamı ilə, Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.10 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X18 ayrılmış və X27 həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamına əsasən 2004-cü il tarixdə yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış və X18 31548 nömrəli Qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Bundan sonra, xx.xx.2004-cü il tarixdə X27 ilə aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədə də qeyd olunmuşdur ki, X5 qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.0624 ha torpaq sahəsində olan fərdi yaşayış evini İddiaçı satmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən 07 dekabr 2004-cü il tarixdə Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.0624 ha torpaq sahəsində olan yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış və ona qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə 08 dekabr 2020-ci il tarixdə ********** nömrəli ərizə ilə müraciət etmişdir. 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli, **********13 nömrəli bildiriş ilə ərizənin icrasından imtina etmişdir. İmtinanı ərazi idarəsi onunla əsaslandırmışdır ki, "hüquqların dövlət qeydiyyatının aparılması qaydalarının 9-cu maddəsinnə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğunun yoxlanması təmin edilmiş, yuxarıda göstərilən Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamından çıxarışla X18 ayrılmış 0.10 ha torpaq sahəsi üzərində vahid əmlak qismində 13 oktyabr 2010.-cu il tarixli 3Ö80İ3025984-10301 reyestr" nömrəli çıxarışla mülkiyyət hüququnun artıq bir dəfə rəsmiləşdirildiyi aşkar edilmişdir”. Halbuki, Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamı ilə, X18 ayrılmış torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinə mülkiyyət hüququ 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 2004-cü il tarixdə artıq bir dəfə tanınmış və mülkiyyət hüququ qeydiyyata alınaraq alqı-satqı predmeti olmuşdur. Digər tərəfdən, hüquqların dövlət qeydiyyatının aparılması qaydalarının 9-cu maddəsinə əsasən 4 saylı Abşeron Ərazi İdarəsi 2010-cu il tarixdə X18 imtina verməli idi. Çünki, qanunvericiliyin tələbi ilə, Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamı ilə, X18 ayrılmış torpaq sahəsində yerləşən yaşayış evi üzərində 2004-cü il tarixdə mülkiyyət hüququ qeydiyyata alınmış, alqı-satqı predmeli olmuş və onun mülkiyyət hüququ 2004-cü il tarixdə qeydiyyata alınmışdır. Buna görə də, 4 saylı Abşeron Ərazi İdarəsinin qanunsuz əməlindən bir neçə yerə şikayətlər etmişdir. Olunan şikayətlər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə araşdırılması üçün göndərilmiş, lakin Reyestr Xidməti araşdırma aparmamışdır. Çox təəsüflər olsun ki, araşdırma aparan Reyestr Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinin qanunsuz əməllərini aradan qaldırmaq əvəzinə, kobud səhvə yol vermişdir. Xidmətin ona ünvanladığı 15 mart 2021 -ci il tarixli, 21022İ001736 saylı məktubundan açıq-aydın görünür ki, heç bir araşdırılma aparılmamış, sadəcə olaraq Xidmət 4 saylı Abşeron Ərazi İdarəsinin qanunsuz əməlini ört-bastır etmişdir. Cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 13 oktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarış qanunsuzdur və etibarsız hesab olunmalıdır. Görünən odur ki, 15 mart 2010-cu il tarixdə həmin sərəncamla başqa ərazidə yerləşən torpaq sahəsini qeyri-qanuni sənədləşdiriblər. Halbuki, Azərbaycan Respublikasının İnzibat İcraat Haqqında Qanunun 67.1-ci maddəsinə əsasən- İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz, sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən isə-Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İddiaçı daha sonra iddiasını dəqiqləşdirərək “X14 adına verilmiş 0.10 ha torpaq sahəsi üzərində vahid əmlak qismində 13 oktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarışın 0.0624 ha torpaq sahəsi hissəsində ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********16 saylı məktubu ilə cavabdeh inzibati orqan iddiaçının xahişini təmin etməmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.10 ha (faktiki 0.0624 ha) torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 08 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı, müraciət üzrə əlavə edilmiş və arxiv əsaslarında mövcud olan sənədlərdən göründüyü kimi, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 31548 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsinin Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamından çıxarışla X18 ayrılmışdır. Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarının 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğunun yoxlanılması təmin edilmiş, yuxarıda göstərilən Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamından çıxarışla X18 ayrılmış 0,10 ha torpaq sahəsi üzərində vahid əmlak qismində 13 oktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarışla mülkiyyət hüququnun artıq bir dəfə rəsmiləşdirildiyi aşkar edilmişdir. Bundan sonra X27 tərəfindən xx.xx.2010-cu il tarixində 4Ə/1047 saylı Abşeron rayonu, Xırdalan şəhəri, S.Qurbanov küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi üzərində yerləşən 10 otaqlı, ümumi sahəsi 233.07 kv.m olan fərdi yaşayış evindən yalnız 0,0326 ha torpaq sahəsini və onun üzərində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 120,41 kv.m olan Liter A-nı mülkiyyətinə verilməsi barədə alqı-satqı müqaviləsinə əsasən alıcı X22 özgəninkiləşdirilmişdir. Yerdə qalan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evlərini xx.xx.2010-cu il tarixli, 4Ə/1364 saylı (**********44-10301) və xx.xx.2010-cu il tarixli, 4Ə/1345 saylı alqısatqı (**********49-10301) müqaviləsinə əsasən X27 tərəfindən müvafiq olaraq X2 və X6 özgəninkiləşdirilmişdir. Bundan sonra yerdə qalan torpaq sahəsi X27 tərəfindən 14,02.2013-cü il tarixli, 4Ə/526 saylı (**********31) alqı-satqı müqaviləsi əsasında X19 özgəninkiləşdirilmişdir. Yerdə qalan 0,0166 ha torpaq sahəsi (**********02) və fərdi yaşayış evi üzərində X15 vərəsələri X23, X24, X16, X1 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasımn (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203-cü maddəsinə uyğun olaraq, əmlak üzərində mülkiyyət hüququnu itirməyə əsas kimi şəxsə məxsus əmlakın özgəninkiləşdirilməsi qeyd olunmuşdur. Göründüyü kimi, mərhum X32 adına Abşeron rayon Mehdiabad qəsəbə nümayəndəliyinin xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ xx.xx.2008-ci il tarixli, **********89 reyestr nömrəli çıxarışla artıq bir dəfə rəsmiləşdirilmişdir. Bundan sonra X39 tərəfindən xx.xx.2018-ci il tarixində, 4Ə/13-2446 saylı alqı-satqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsini X10 özgəninkiləşdirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatınla dayandırılması üçün digər əsasların olub-olaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. X29, X7 və X8, X28, X15 vərəsələri X23, X24, X16, X4 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır və ilkin olaraq bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həm də əsaslıdır. Belə ki, iddiaçı ilkin olaraq Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.10 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan isə torpaq sahəsi üzərində hüquqların X14 adına 13 oktyabr 2010cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarışla rəsmiləşdirildiyini bildirərək müracilətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarının 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğunun yoxlanılması təmin edilmiş, yuxarıda göstərilən Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamından çıxarışla X18 ayrılmış 0,10 ha torpaq sahəsi üzərində vahid əmlak qismində 13 oktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarışla mülkiyyət hüququnun artıq bir dəfə rəsmiləşdirildiyi aşkar edilmişdir. Bundan sonra X27 tərəfindən xx.xx.2010-cu il tarixində 4Ə/1047 saylı Abşeron rayonu, Xırdalan şəhəri, S.Qurbanov küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi üzərində yerləşən 10 otaqlı, ümumi sahəsi 233.07 kv.m olan fərdi yaşayış evindən yalnız 0,0326 ha torpaq sahəsini və onun üzərində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 120,41 kv.m olan Liter A-nı mülkiyyətinə verilməsi barədə alqı-satqı müqaviləsinə əsasən alıcı X22 özgəninkiləşdirilmişdir. Yerdə qalan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evlərini xx.xx.2010-cu il tarixli, 4Ə/1364 saylı (**********44-10301) və xx.xx.2010-cu il tarixli, 4Ə/1345 saylı alqısatqı (**********49-10301) müqaviləsinə əsasən X27 tərəfindən müvafiq olaraq X3 və X6 özgəninkiləşdirilmişdir. Bundan sonra yerdə qalan torpaq sahəsi X27 tərəfindən 14,02.2013-cü il tarixli, 4Ə/526 saylı (**********31) alqı-satqı müqaviləsi əsasında X19 özgəninkiləşdirilmişdir. Yerdə qalan 0,0166 ha torpaq sahəsi (**********02) və fərdi yaşayış evi üzərində X15 vərəsələri X23, X24, X16, X1 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır. İddiaçı hazırda X14 adına verilmiş 0.10 ha torpaq sahəsi üzərində vahid əmlak qismində 13 oktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarışın 0.0624 ha torpaq sahəsi hissəsində ləğv edilməsini istəyir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Qərarın təsviri hissəsində qeyd edilir ki, Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamı ilə, Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.10 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X18 ayrılmış və X27 həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamına əsasən 2004-cü il tarixdə yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış və X18 31548 nömrəli Qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Bundan sonra, xx.xx.2004-cü il tarixdə X27 ilə aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədə də qeyd olunmuşdur ki, X5 qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.0624 ha torpaq sahəsində olan fərdi yaşayış evini İddiaçı satmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən 07 dekabr 2004-cü il tarixdə Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.0624 ha torpaq sahəsində olan yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış və ona qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Qeyd edilmiş hallar iş materialları ilə də öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamı ilə X18 ayrılmış, hazırda iddiaçının istifadəsində olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ mövcud qanunvericiliyə əsasən yaranmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. İş materiallarından göründüyü kimi Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamı ilə, Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.10 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X18 ayrılmış, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi alqı-satqı müqaviləsi ilə X27 tərəfindən İddiaçı satılmışdır. Bu halda Qanunvericiliyin yuxarıda qeyd edilmiş göstərişinə müvafiq olaraq İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində olan hüququ da əvvəlki mülkiyyətçisinə X18 məxsus olan həcmdə İddiaçı keçir. Lakin inzibati orqan iddiaçıya aid hüquqları dövlət qeydiyyatına alaraq, iddiaçının yaşayış evinin texniki pasportunu hazırladığı halda, qanunvericiliyə zidd olaraq X15 0.10 ha torpaq sahəsi üzərində hüququnu dövlət qeydiyyatına almışdır. İddiaçı isə torpaq üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını istədiyi zaman isə öz qanunsuz qeydiyyatına istinad edərək imtina etmişdir. İddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün X14 adına verilmiş 0.10 ha torpaq sahəsi üzərində vahid əmlak qismində 13 oktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarış 0.0624 ha torpaq sahəsi hissəsində ləğv edilməsi zəruri olduğu üçün iddiaçı bu tələblə yenidən inzibati orqana müraciət etsədə onun tələbi təmin edilməmişdir. Məhkəmə hesab edir ki, Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamı ilə, X20 ayrılmış Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.10 ha torpaq sahəsinin 0.0624 ha hissəsi iddiaçının qanuni istifadəsində olduğu üçün X20 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması qanunsuz olmuşdur. Göründüyü kimi inzibati orqanın qanunsuz qeydiyyatı nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Ona görədə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması imkanı yaradılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Avropa Məhkəməsi bu mövqeyini sonrakı qərarlarındada inkişaf etdirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, «X26 S.C.» və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, «mülkiyyət» və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan X14 adına qanunsuz qeydiyyat apararaq, iddiaçının hüquqlarının qeydiyyat əsaslarına maneə yaratdığı üçün iddiaçının yuxarıda qeyd edilən hüquqları pozulmuşdur və iddia təmin edilərək, iddiaçının hüquqlarının qeydiyyatı üçün yaranmış maneə ortadan qalxmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X14 adına verilmiş 0.10 ha torpaq sahəsi üzərində vahid əmlak qismində 13 oktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarış 0.0624 ha torpaq sahəsi hissəsində ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar