Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-702/2024 07.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona Qarabağ müharibəsi veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.N97N-ci ildə Bakı şəhərində anadan olmuşdur. N-ci sinifə Bakı şəhərində getmiş, 8-ci sinifi bitirdikdən sonra N986-cı ildə Rusiya Federasiyasının Kopeysk şəhərində tibb (tibb bacısı) məktəbinə tibb bacısı şöbəsinə daxil olmuşdur. N989-cu ildə həmin məktəbi bitirərək tibb bacısı ixtisası almışdır. Məktəbi bitirdikdən sonra Bakı şəhərinə gəlmiş və N989-cu ilin oktyabr ayında Bakı şəhəri Onkologiya Dispanserində tibb bacısı vəzifəsinə qəbul olmuş, N990-ci ildə isə əməliyyat şöbəsinin tibb bacısı vəzifəsinə keçmişdir. N2 may N992-ci ildə iş yerindən onu və onunla yanaşı bir nəfər tibb bacısı və bir nəfər həkimi Ağdam rayonunun Mahrızlı kəndinə ezam etmişdirlər. Həmin vaxt Azərbaycanın ərazi bütövlüyü uğurunda ezam edildiyi yerdə ermənilərlə döyüş gedirdi və həmin yer cəbhə bölgəsi idi. İddiaçı N5 iyul N992-ci ilə kimi həmin kənddə yəni cəhbə bölgəsində hərbiçilərə ilkin tibbi yardım göstərmişdir. Həmin bölgədə hərbi hissədə xidmət etməyi N nömrəli hərbi hissə komandiri, t/x mayoru D.Hüseynovun imzası və möhürlə hərbi biletimdə müvafiq qeyd aparılmışdır. Hərbi biletində göstərilir ki, iddiaçı “xx.xx.N992ci ildən xx.xx.N992-ci ilə qədər Ağdam rayonunun N nömrəli HSCH əməliyyat tibb bacısı qismində” ezam edilmişdir. Ezamda olduğu zaman çəkdirdiyi fotoşəkilləri də ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə ön cəbhədə tibb bacısı kimi iştirak etdiyinə baxmayaraq bu günə kimi “Müharibə veteranı” adı və “vəsiqəsi” almamışdır. “Müharibə veteranı adı və vəsiqə”sini almaq üçün döyüş bölgəsində olduğu barədə Müdafiə Nazirliyindən arayış almaq üçün müraciət etmişdir. Göstərdiyi tarixdə döyüş bölgəsində qanunu əsaslarla iş yerindən ezam olmağına baxmayaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-2393 nömrəli məktubunda göstərilmişdir ki, “N nömrəli hərbi hissə komandirinin may, iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır”. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçı ön cəbhədə hərbi hissədə yaralılara xidmət etmişdir. Ona görə də “müharibə veteranı adı və vəsiqəsinin” verilməsi ilə bağlı dövlət orqanlarına müraciət etməyinə baxmayaraq heç bir nəticəsi olmamışdır. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda ön cəbhədə Ağdam rayonu ərazisində N2 may N992-ci ildən N5 iyul N992-ci ilə kimi iştirak etməsi hərbi biletində N nömrəli hərbi hissə komandiri tərəfindən edilmiş qeydlə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 422 №-li Qərarına (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarına dəyişiklik edilməsi barədə) əsasən, hərbi biletdə olan yazılar əmrlərlə və ya arxiv arayışları ilə təsdiq edildiyi halda mötəbər sayıla bilər. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-2393 nömrəli məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin may, iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Buna görə də, iddiaçı ona “Müharibə veteranı” adının verilməsinə dair rəy Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilməlidir. Müdafiə Nazirliyinin Komissiyasının xx.xx.2023-cü il tarixli məktubunda həmin qayda izah olunmuş və İddiaçı tövsiyə olunmuşdur ki, həmin dövlət orqanına müraciət etsin. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bu onu göstərir ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı tələbi əsassızdır. Buna görə də, AR MPM-nin 54-cü maddəsinə müvafiq olaraq, əsl olmayan cavabdeh əsl cavabdehlə əvəz olunmalıdır. AR İPM-nin N3-cü maddəsinə əsasən iddiaçı məhkəmə yardımından istifadə edə bilər. AR İPM-nin 35.N,-ci maddəsinə əsasən: “Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.” İddiaçının təqdim etdiyi sənədlərdə ziddiyyətlər mövcuddur. Belə ki, Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli BA-05835-2022 nömrəli arxiv arayışında İddiaçı xx.xx.N992-ci il tarixdən ezamiyyətdən işə qayıtması göstərilib, iddiaçı isə xx.xx.N992-ci il tarixədək ezamiyyətdə olduğunu göstərmişdir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın mümkünlüyü ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, sonuncunun xx.xx.2023-cü il tarixli 3-43-90/2-V-7xx/xx/2023 saylı məktubunda qeyd edilmişdir ki, Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli qərarına əsasən, “Müharibə veteranı” adı və vəsiqəsi şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq tələb olunan sənədlər əsasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Ərizədən məlum olur ki, iddiaçı N2.05 N992-ci tarixdən xx.xx.N992-ci il tarixədək bir nömrəli əməliyyat tibb bacısı kimi Ağdam rayonunun Mahrızlı kəndinə ezam olunaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində cəbhə bölgəsində hərbi qulluqçulara ilkin tibbi yardım göstərmişdir. Odur ki, "müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar mövcud sənədlərlə aidiyyəti üzrə Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya müraciət etməyi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin imtinası ilə razılaşdıqlarını və cavabdeh inzibati orqanı düzgün seçdiklərini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hərbi biletinə istinad edərək müharəbə veteranı adı və vəsiqəsini tələb etdiyinə görə iddia mümkün iddiadır, iddiaya mahiyyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini istəyir. İddiaçı qeyd edir ki, N2 may N992-ci ildə iş yerindən onu və onunla yanaşı bir nəfər tibb bacısı və bir nəfər həkimi Ağdam rayonunun Mahrızlı kəndinə ezam etmişdirlər. N5 iyul N992-ci ilə kimi həmin kənddə yəni cəhbə bölgəsində hərbiçilərə ilkin tibbi yardım göstərmişdir. Həmin bölgədə hərbi hissədə xidmət etməyi N nömrəli hərbi hissə komandiri, t/x mayoru D.Hüseynovun imzası və möhürlə hərbi biletində müvafiq qeyd aparılmışdır. Hərbi biletində göstərilir ki, iddiaçı “xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilə qədər Ağdam rayonunun N nömrəli HSCH əməliyyat tibb bacısı qismində” ezam edilmişdir. Ezamda olduğu zaman çəkdirdiyi fotoşəkilləri də ərizəsinə əlavə edilmişdir....İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda ön cəbhədə Ağdam rayonu ərazisində N2 may N992-ci ildən N5 iyul N992-ci ilə kimi iştirak etməsi hərbi biletində N nömrəli hərbi hissə komandiri tərəfindən edilmiş qeydlə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi əsaslı deyildir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Məhkəmə qeyd edir ki, iddiaçının hərbi biletində müvafiq qeydlər aparılsa da onun hərbi xidmət keçməsi hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilmir. Bu kimi hallarla bağlı isə formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçının hərbi qulluqçu kimi döyüş zonasına ezam olunması və döyüşlərdə iştirak etməsi hərbi hissənin arxiv sənədləri ilə təsdiq edilmədiyinə görə iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.N və NN0-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-702/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-702/2024
07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver