Məhkəmə qərarları › İş №2-1(118)-703/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-703/2020

19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-703/2020 19.05.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh təşkilatın nümayəndəsi X5 iştrakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinəqarşı "övladları 27 iyun 2017-ci il təvəllüdlü X1 “Həsənsoy”dan “Həsənzadə”yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasınaSumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 Tofıq qızı 01.10.2016·cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından iki övladları var: 27 iyun 2017-ci il təvəllüdlü X8 və 23 sentyabr 2019-cu il təvəllüdlü X7. Onlar, övladları 27 iyun 2017–ci il təvəllüdlü X6 “Həsənzadə” soyadını vermək istəyirlər. Oğlanları Teymurun da soyadı “Həsənzadə”dir və qızlarının da soyadının “Həsənzadə” olmasını istəyirlər. Bunun üçün onlar cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək övladlarının soyadının “Həsənsoy” dan “Həsənzadə”yə dəyişdirilməsini xahiş etmişdirlər. Lakin xahişlərinin təmin olunmasından imtina olunmuş və onlara məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhəkəmə prosesində iştrak edən iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1 eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh təşkilatın nümayəndəsi Təranə Novruzova iddia tələbinin qəbul edərək, bildirmişdir ki, soyadın dəyişdirilməsi onun səlahiyyətində deyil, iddiaçıların iddiası ilə əlaqədar heç bir etirazı yoxdur. İş üzrə qanuni qərarın qəbul olunmasını məhkəmənin mulahizəsinə buraxdı. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, şəxsiyyət vəsiqəsinin surətləri, doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətləri, imtina məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.15-ci bəndində qeyd olunmuşdur ki, ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Həmin Qaydaların 6.16-cı bəndinə əsasən rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. Məhkəmə hesab edir ki, iddiaçıların tələbi mahiyyəti etibarı ilə övladının soyadın dəyişilməsi yox, soyadının sonluğunun dəyişilməsi ilə bağlı tələbdir. Məhkəmə hesab edir ki, iddiaçıların övladının soyadının sonluğunun dəyişdirilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, X3 dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir kiiddia təmin edilməli, iddiaçıların övladı X2 qrafasında “Həsənzadə” kimi dəyişdirilərək qeydiyyata alınması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyumalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəməqərara aldı: İddia təmin edilsin. İddiaçıların övladı X2 qrafasında “Həsənzadə” kimi dəyişdirilərək qeydiyyata alınması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar