Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-703/2021 08.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinin cavabdehlər Xırdalan şəhər 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinə qarşı “Masazır Bələdiyyəsi ilə X1 arasında bağlanmış xx xxxx 2007-ci il tarixli, 27 saylı icarə müqaviləsi bələdiyyənin xx xxxxxx 2020-ci il tarixli, 12/2 saylı qərarı ilə ləğv edildiyindən 2 saylı Notariat Kontorunda bağlanmış 3M-4-596 saylı, xx xxxxxx 2008-ci il tarixli icrarə hüququnun alqı-satqı müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X5 verilmiş xx xxxxxx 2008-ci il tarixli çıxarışın (Seriya MH 00270033 saylı; reyestr nömrəsi:**********16; qeydiyyat nömrəsi:**********) ləğv edilməsinə” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsi cavabdehlər Xırdalan şəhər 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinə qarşı iddia qaldıraraq “Masazır Bələdiyyəsi ilə X1 arasında bağlanmış xx xxxx 2007-ci il tarixli, 27 saylı icarə müqaviləsi bələdiyyənin xx xxxxxx 2020-ci il tarixli, 12/2 saylı qərarı ilə ləğv edildiyindən 2 saylı Notariat Kontorunda bağlanmış 3M-4-596 saylı, xx xxxxxx 2008-ci il tarixli icrarə hüququnun alqı-satqı müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X5 verilmiş xx xxxxxx 2008-ci il tarixli çıxarışın (Seriya MH 00270033 saylı; reyestr nömrəsi:**********16; qeydiyyat nömrəsi:**********) ləğv edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixli məhkəmə iclasında iddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X6 iştirak etmiş, məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə hüquqi yardım edilmiş, mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilmişdir. İddiaçının nümayəndəsi ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçıların iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, yenidən məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-703/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-703/2021
08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver