Məhkəmə qərarları › İş №2-1(118)-7032/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-7032/2025

06.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7032/2025 06.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “X3, X5, X4, Cəbiyeva Məryəm Abdulla qızının ona məxsus ünvan 1 ünvanda yerləşən 9 saylı evin, 171 nömrəli otaqdan pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 41-ciməhəllədə yerləşən 1 saylı yataqxana Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 21 sentyabr 2010-cu il tarixli 153 saylı sərəncamı ilə MKTİB-nin balansına verilmişdir. Həmin yataqxananın 171 saylı otağı MKTİB tərəfindən xx.xx.2025-ci il tarixli 38 saylı, kirayə müqaviləsi ilə X6 verilmiş və hal-hazırda ailə üzvləri ilə orada yaşayşır. Sözügedən otaq X6 ayrilmamışdan əvvəl həmin ünvanda Cəbiyeva Məryəm Abdulla qızı, X8, X9 və X10 qeydiyyatda olmuşlar, hal-hazırda otaqda yaşamırlar və yaşayış yerləri məlum deyil. Vətəndaş A.Əliyeva Mənzil Kommunal X1 müraciət edərək yuxarıda adı çəkilən şəxslərin qeydiyyartda olması səbəbindən mənzil üzərində istifadə hüquqlarınımn çətinləşdirdiyini və əlavə kommunnal xərcləri ödəməsinə səbəb olduğunu bildirdişdir. Bu səbəbdən MKTİB tərəfindən ünvan 2 ünvanından həmin şəxslərin qeydiyyatdan çıxarılması barədə məktub ünvanlanmışdır. Lakin, polis idarəsinin MKTİB-yə daxil olmuş məktubunda isə məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2025-ci il tarixli imtina məktubu, Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, MKS-nın arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ünvan 1 ünvanda yerləşən 9 saylı evin, 171 nömrəli yaşayış sahəsinin mülkiyyətçisidir.Hazırkı iddia tələbi üzrə 3-cü şəxslər– X8, X10, X9 və X10 mənzildə pasport qeydiyyatındadır. İddiaçının bildirdiyinə görə həmin şəxslərin onunla uzaq qohumluq münasibətləri var, vaxtilə 3-cü tərəfin xahişi ilə iddiaçı tərəf həmin şəxsləri müvəqqəti mənzil qeydiyyatına almışdır, lakin həmin şəxslər müvəqqəti qeydiyyatda qalmasını xahiş etsələr də sonradan mübahisəli mənzildə passport qeydiyyatından çıxmamışlar.Bu səbəbdən həmin şəxslərin qeydiyyatda qalması mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Məhkəmə hesab edir ki, 3-cü şəxslərin qeyd olunan mənzildə istifadə hüququ müəyyən edilmədiyindən tələb əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxslər – X8, X10, X9, Cəbiyeva Məryəm Abdulla qızı ünvan 1 ünvanda yerləşən 9 saylı evin, 171 nömrəli yaşayış sahəsi üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X3, X5, X4, Cəbiyeva Məryəm Abdulla qızının iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal X1 məxsus ünvan 1 ünvanda yerləşən 9 saylı evin, 171 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar