Məhkəmə qərarları › İş №2-1(118)-705/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-705/2021

08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-705/2021 08.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 94 saylı, xx.xx.1992-ci il tarixli sərəncamı ilə ailə tərkibinə görə iddiaçının adına qeydə alınmış Sumqayıt şəhəri, 10-cu mikrorayon, 41 saylı evin 42 saylı mənzilinin orderində düzəliş edilərək ümumi sahəsi 53.13 kv.m və 4 otaqlı kimi qeyd edilərək yeni order verilməsini cavabdeh təşkilatın üzərinə vəzifə qoyulmasına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 94 saylı, xx.xx.1992-ci il tarixli sərəncamı ilə ailə tərkibinə görə iddiaçının adına qeydə alınmış Sumqayıt şəhəri, 10-cu mikrorayon, 41 saylı evin 42 saylı mənzilinin orderində düzəliş edilərək ümumi sahəsi 53.13 kv.m və 4 otaqlı kimi qeyd edilərək yeni order verilməsini cavabdeh təşkilatın üzərinə vəzifə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət edilmiş, xx xxxxxx 2021ci il tarixli məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X3 iştirak etmiş, iddiaçı tərəfə hüquqi yardım edilmiş, iddiaçının vəkili və nümayəndəsi X3 ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçıların iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, yenidən məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar