Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-706/2025 04.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli qərarının 2019-2021-ci illər üzrə mənfəət vergisi və həmin məbləğə tətbiq olunan mailiyyə sanksiyası hissəsində ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********176154 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının 64652,06 manat məbləğində ƏDV-nin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv olunması” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili iddia tələbinə dair dəqiqləşmə ərizəsi təqdim edərək, “cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli qərarının 2019-2021-ci illər üzrə mənfəət vergisi və həmin məbləğə tətbiq olunan mailiyyə sanksiyası hissəsində ləğv edilməsi”nə dair qərar qəbul edilməsini xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********159302 saylı Qərarına əsasən "MSB” MMC”-də (VÖEN **********) (bundan sonra- Cəmiyyət) növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmiş və nəticəsi ilk olaraq xx.xx.2023-cü il tarixli, sonra isə xx.xx.2023-cü il tarixli yoxlama aktı ilə rəsmiləşdirilmişdir. İlk yoxlama aktında cavabdeh irəli sürdüyü yanaşmanı sonrakı yoxlama aktında tamamilə dəyişərək fərqli istiqamətdə əsaslandırma aparmaqla ‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli Qərar qəbul edilmişdir. Həmin Qərarla Cəmiyyət tərəfindən 319640,76 manat məbləğində vergilərin azaldılması, 64652,06 manat məbləğində vergilərin artıq hesablanması müəyyən edilmiş, 159.820,41 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən yoxlama zamanı maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verildiyi üçün mübahisələndirilən qərar (inzibati akt) 64652,06 manat məbləğində vergilərin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə qanunsuzdur və ləğv olunmalıdır: Aktın 1-ci səhifəsində yoxlamanın başlanması əsası kimi Vergi Məcəlləsinin 38.3.5ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsinə istinad etmişdir. Həmin mənbəyi bəlli məlumat kimi isə cavabdeh güya iddiaçı tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə 1152588,91 manat gəlirlərin göstərilməsinə baxmayaraq gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin xammal-material uçotunun tam şəkildə aparılmadığını göstərmişdir. Bununla bağlı bildiririk ki, iddiaçı fəaliyyətində istifadə etdiyi xammal-materialları idxal vasitəsilə əldə edir və burada bütün xərc sənədləri (invoyslar, yük- gömrük bəyannamələri) cavabdeh tərəfindən də mövcud olur. Başqa formada ölkəyə mal-material gətirilməsi mümkün deyildir. Belə olan halda, demək ki, iddiaçının xərcləri ilə bağlı sənədlərin uçotunun apanlmamasına istinad edilməsi tam əsassızdır. Cavabdeh tərəfindən aparılan hesablamanın əsaslarına gəldikdə isə bildirir ki, cavabdeh yoxlamaya “mütəxəssis” cəlb etməklə təqdim olunan “rəy” əsasında yekun əskik gələn motor sayı müəyyən etmiş (1225) və həmin sayı şərti olaraq müəyyən etdiyi satış qiymətinə (1054,65-ƏDV- siz) tətbiq etməklə qanunsuz ƏDV məbləği hesablamışdır. İlk olaraq bununla bağlı bildirir ki, Vergi Məcəlləsinə əsasən ƏDV-nin belə qaydada hesablanması nəzərdə tutulmamışdır. Cavabdehin müəyyən etdiyi şərti orta satış qiyməti qanunla nəzərdə tutulan tənzimlənmə deyil. Həmçinin, qeyd olunan məlumatları emal edən X4 mütəxəssis deyil, onun qapı istehsalı fəaliyyəti üzrə bilik və iş təcrübəsi yoxdur. Belə olan halda onun təqdim etdiyi rəy əhəmiyyətsizdir. Vergi Məcəlləsinin 45.2-ci maddəsinə görə, mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Qeyd olunanlar aparılan ƏDV hesablamasının əsassız olmasını təsdiq edir. Mənfəət vergisinin hesablanmasına münasibətdə isə bildirir ki, cavabdeh aktda qeyd etmişdir ki, guya Cəmiyyətin xərclərini müəyyən etmək mümkün deyil. Bundan başqa, cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini pozaraq birbaşa 67.14cü və 83.9-cu maddələrinə istinad etməklə mənfəəti şərti rentabellik norması əsasında müəyyən etmişdir. Halbuki, Cəmiyyətin əsas xərcləri idxal etdiyi mallar üzrə çəkilən xərclərdir və cavabdeh onlayn rejimdə həmin mallar üzrə məlumatları gömrük orqanlarından əldə edə bilir. Belə olan halda cavabdeh xərc sənədlərinin təqdim olunmamasına istinad edib şərti rentabellik norması əsasında mənfəət vergisi hesablaya bilməz. Ümumiyyətlə, bildirək ki, cavabdehin heç bir halda müəssisənin əlaqəli məlumatlarını və eyni fəaliyyətlə məşğul olan analoji vergi ödəyicisinin məlumatlarını kənara qoyaraq birbaşa Vergi Məcəlləsinin 67.14-cü maddəsini tətbiq etmək hüququ yoxdur. Qeyd olunan məsələ həm Vergi Məcəlləsinin 67-ci maddəsinin, həm də Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları” tələblərinə ziddir. Belə ki, mənfəət vergisini müəyyən etmək üçün mənfəəti, mənfəəti müəyyən etmək üçün isə illik gəlir və xərci müəyyən etmək mütləq şərtdir. Bu müəyyənetmə üçün isə vergi ödəyicisinin il ərzində gəlir və xərclərini təsdiq edən sənədlər ya tam şəkildə olmalıdır, ya da qismən olduğu üçün natamam hissəni digər mənbələr əsasında qiymətləndirmək lazımdır. Digər mənbələr isə Vergi Məcəlləsinin 67.1.1 - 67.1.9-cu maddələrində nəzərdə tutulmuş əlaqəli məlumatlar, eyni zamanda Məcəllənin 67.2 və67.3-cü maddələrində nəzərdə tutulan analoji vergi ödəyicisinin məlumatlarıdır. Qanunun bu tələbi vergi orqanının 67.14-cü maddəni birbaşa tətbiq etmək hüququnu məhdudlaşdırır. Bütün sadalananları ümumiləşdirirək bildiririk ki, iddiaçı barəsində qəbul olunmuş inzibati akt tamamilə qanunsuz və. əsassız olduğu üçün ləğv olunmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı (VÖEN **********) 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsində göstərilənləri aşağıdakı səbəblərə görə əsassız hesab edir: Belə ki, 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********159302 nömrəli qərarına əsasən İddiaçı MMCnin (VÖEN: **********) sahibkarlıq fəaliyyətində növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2022-ci il tarixdə KY221750150 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli **********161407 nömrəli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmiş və həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli qərar qəbul edilmişdir. Vergi ödəyicisinin fəaliyyət göstərdiyi Bakı şəhərində yerləşən təsərrüfat subyektinə Vergi Məcəlləsinin 23.1.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı X6 (Fin 3D8QRC9) və X1 (Fin 0WZ2EUF) müşahidəçi kimi dəvət olunmuşlar. Təsərrüfat subyektində ofis binasının, istehsal sexinin, quraşdırma sexinin, anbar və baxış otağının olduğu müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuşdur. Protokol həmin tarixdə vergi ödəyicisi tərəfindən imzalanmış və bir nüsxəsi götürülmüşdür. Vergi ödəyicisinə təqdim edilən xx.xx.2022-ci il tarixli **********159354 saylı Tələbnaməyə əsasən vergi ödəyicisi xx.xx.2019-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək haqqının hesablanması və ödənilməsi barədə cədvəlləri, qiymət cədvəli, yük gömrük bəyannamələrini yoxlamaya təqdim etmiş və xx.xx.2022-ci il tarixli Akt tərtib edilmişdir. Akt vergi ödəyicisi tərəfindən imzalanmış və nüsxəsi götürülmüşdür. Təqdim edilməsi mümkün olmayan sənədlər haqqında Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli “Vergi yoxlamasının predmetinə aid olan sənədlərin təqdim edilməməsi barədə” İmtina Aktı tərtib edilmişdir. Akt vergi ödəyicisi tərəfindən imzalanmış və nüsxəsi götürülmüşdür. Həmçinin Vergi Məcəlləsinin 23 və 43-cü maddələrinə əsasən Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2022-ci il tarixli **********163430 nömrəli Qərar çıxarılmış və sənədlərin götürülməsi həyata keçirilmişdir. Vergi Məcəlləsinin 43.8-ci maddəsinə əsasən Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2022-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol tərtib olunmuşdur. Protokol vergi ödəyicisi tərəfindən imzalanmış və nüsxəsi götürülmüşdür. Vergi ödəyicisi tərəfindən tərtib edilməyən və götürülməsi mümkün olmayan sənədlər haqqında Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən xx.xx.2022-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında” Akt tərtib edilmişdir. Akt vergi ödəyicisi tərəfindən imzalanmış və nüsxəsi götürülmüşdür. Səyyar vergi yoxlaması zamanı Mənfəət vergisi üzrə vergi ödəyicisinə 66155,25 manat vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi qədər yəni 33077,64 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ƏDV üzrə Vergi Məcəlləsinin 166-cı, 67.15-ci, 159-cu, 175-ci maddələrinə əsasən 188833,42 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 126742,75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. MDSS üzrə 0,03 manat hesablama aparılmış və 0,02 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə SVY nəticəsində vergi ödəyicisinə 254988,70 manat əlavə vergi məbləği hesablanmış və 159820,41 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aparılan yoxlama ilə müəssisənin 2019-2021-ci illər üzrə mənfəət vergisi bəyannamələri yoxlanılmış və aşağıdakılar müəyyən edilmişdir: Vergi ödəyicisi hesablama metodundan istifadə edərək mənfəət vergisi bəyannamələrini təqdim etmişdir. Ümumilikdə 2019-2021-ci illər üzrə ümümi gəlirin 2 570 796,08 manat olduğu, gəlirin əldə olunması ilə bağlı xərclərin isə 2 478 230,86 manat olduğu bəyan edilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-2021-ci illər ərzində mənfəət vergisi üzrə ümumilikdə 18513,05 manat hesablama aparılmışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən mal-materialın hərəkəti cədvəlləri, mal qalıqları və hazır məhsul qalıqları barədə məlumatlar təqdim edilməmişdir. Yoxlanılan dövr üzrə vergi ödəyicisinin illər üzrə təqdim edilmiş e-qaimələrə və NKA-nın “Z” hesabatlarına əsasən gəlirləri müəyyənləşdirilərək yoxlama ilə təsdiq edilmişdir. Vergi ödəyicisi tərəfindən mühasibat uçotu aparılmadığından xərclərini müəyyən etmək mümükün olmamışdır. Yoxlama üçün naməlum olan xərclərin VM-nin 67.1.1-ci maddəsində sadalanan əlaqəli məlumatlarla müəyyən edilməsi mümkün olmadığından 2019-2021-ci illər üzrə mənfəət vergisinin hesablanması üçün Vergi Məcəlləsinin 67.2 maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməsinə zərurət yaranmış və **********534800 nömrəli məktubla 3 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinə müraciət olunmuşdur. Əldə olunmuş **********342400 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC-nin fəaliyyət sahəsinə uyğun fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən edilməmişdir. Göründüyü kimi analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisi tapılmadığından 2019-2021-ci illər üzrə mənfəət vergisini müəyyən etmək üçün Vergi məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilmişdir: M = G x R : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəət məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. Müəssisənin 2019-cu il üzrə yoxlama ilə təsdiq olunan gəlirlərinin 746132,41 manat (o cümlədən e-qaimə üzrə 746132,41 manat) olduğunu nəzərə alsaq onda həmin il üzrə vergiyə cəlb olunacaq mənfəət aşağıdakı kimi olacaqdır. M 2019 = 746132,41 x 20 / 120 = 124355,40 Müəssisənin vergiyə cəlb olunan mənfəəti 124355,40 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 24871,08 manat olacaqdır. Müəssisə tərəfindən təqdim olunmuş 2019-cu ilin mənfəət vergisi üzrə 8402,45 manat hesablama nəzərə alındıqda yoxlama ilə 2019-cu ilin mənfəət vergisi üzrə müəssisəyə 16468,63 manat vergi məbləği hesablanmış və 8234,32 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisənin 2020-ci il üzrə yoxlama ilə təsdiq olunan gəlirlərinin 641327,71 manat (o cümlədən e-qaimə üzrə 539899,15 manat, NKA üzrə 101428,56 manat) olduğunu nəzərə alsaq onda həmin il üzrə vergiyə cəlb olunacaq mənfəət aşağıdakı kimi olacaqdır: M 2020 = 641327,71 x 20 / 120 = 106887,95 Müəssisənin vergiyə cəlb olunan mənfəəti 106887,95 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 21377,59 manat olacaqdır. Müəssisə tərəfindən təqdim olunmuş 2020-ci ilin mənfəət vergisi üzrə 8234,86 manat hesablama nəzərə alındıqda yoxlama ilə 2020-ci ilin mənfəət vergisi üzrə müəssisəyə 13142,73 manat vergi məbləği hesablanmış və 6571,37 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisənin 2021-ci il üzrə yoxlama ilə təsdiq olunan gəlirlərinin 1152588,95 manat (o cümlədən e-qaimə üzrə 986053,01 manat, NKA üzrə 166255,94 manat) olduğunu nəzərə alsaq onda həmin il üzrə vergiyə cəlb olunacaq mənfəət aşağıdakı kimi olacaqdır: M 2021 = 1152588,95 x 20 / 120 = 192098,16 Müəssisənin vergiyə cəlb olunan mənfəəti 192098,16 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 38419,63 manat olacaqdır. Müəssisə tərəfindən təqdim olunmuş 2021-ci ilin mənfəət vergisi üzrə 1875,74 manat hesablama nəzərə alındıqda yoxlama ilə 2021-ci ilin mənfəət vergisi üzrə müəssisəyə 36543,89 manat vergi məbləği hesablanmış və 18271,95 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə, Vergi məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə əsasən vergi ödəyicisinə 2019-2021-ci illərin mənfəət vergisi üzrə 66155,25 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 33077,64 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisə xx.xx.2017-ci il tarixində vergi orqanında qeydiyyatdan keçmiş və 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli **********5 nömrəli ƏDV-nin qeydiyyat bildirişi əsasında qeydiyyata alınmışdır. ƏDV-nin qüvvəyə minmə tarixi xx.xx.2017- ci ildir. Yoxlama ilə əhatə olunan dövr ərzində müəssisə faktiki olaraq avtomatik qapıların istehsalı və satışı ilə məşğul olmuşdur. Yoxlama ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr əhatə olunmuşdur. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən mal-materialın hərəkəti cədvəlləri, mal qalıqları və hazır məhsul qalıqları barədə məlumatlar tərtib edilmədiyindən təqdim edilməmişdir. Vergi ödəyicisinin fəaliyyətində xx.xx.2022-ci il tarixli Qərar əsasında inventarizasiya aparılmışdır. Vergi ödəyicisinin fəaliyyətində keçirilmiş inventarizasiya zamanı istehsal sexində hazır istehsal olunmuş avtomatik qapıların üzərində olan mexanizmlər nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə 1909 ədəd avtomatik qapılar üçün hərəkət mexanizmi (bundan sonra - mühərrik) müəyyən olunmuşdur. Vergi ödəyicisinin fəaliyyətində xx.xx.2020-ci il tarixli OVN tədbirinin keçirilməsi haqqında Qərar əsasında xx.xx.2020-ci il tarixli Akt tərtib edilmiş və həmin tarixə müəyyyən olunmuş 2087 ədəd avtomatik qapılar üçün mühərrik götürülmüş, üzərinə xx.xx.2020-ci il tarixdən inventarizasiya aktı tərtib olunan tarixədək (xx.xx.2022-ci il tarixədək) idxal olunmuş avtomatik qapılar üçün mühərriklərin miqdarı, yəni 1825 ədəd əlavə olunmuş, həmin tarix aralığında e-qaimə və NKA vasitəsilə avtomatik qapılar üçün mühərrik kimi satışın miqdarı, yəni 92 ədəd və inventarizasiya zamanı müəyyən olunan 1909 ədəd avtomatik qapılar üçün mühərrik çıxılmışdır. Nəticədə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1911 ədəd (2087+18xx-xx-1909) avtomatik qapılar üçün mühərrikin istehsala yönləndirildiyi müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim olunan məlumata əsasən 1 qapının istehsalı zamanı orta hesabla 2 ədəd mühərrikdən istifadə olunduğu bildirilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2022ci il tarixədək olan dövr ərzində istehsal avadanlıqlarının gücünün, istehsal olunmuş məhsulun həcminin və istehsal olunmuş məhsulların orta bazar qiymətinin müəyyən edilməsi üçün mütəxəssis-ekspert dəvət edilmişdir. Mütəxəssis-ekspert tərəfindən xx.xx.2023-cü il tarixli Mütəxəssis-ekspert rəyi təqdim olunmuşdur. Qeyd olunan məlumat (1 qapının istehsalı zamanı orta hesabla 2 ədəd mühərrikdən istifadə olunması) vergi ödəyicisi tərəfindən mütəxəssisə də bildirilmiş və mütəxəssis tərəfindən təqdim olunan xx.xx.2023-ci il tarixli rəydə qeyd olunan məlumat əks olunnmuşdur. Yoxlama dövrü ərzində 343 ədəd qapının təqdim edildiyi nəzərə alındıqda ( e- qaimə əsasında 264 ədəd qapı, NKA əsasında 79 ədəd) təqdim olunan qapılar üzrə 686 ədəd (343*2=686) mühərrikdən istifadə olunduğu və nəticədə 1225 mühərrikin (1911- 686=1225) dövriyyədən yayındırıldığı müəyyən olunmuşdur. Həmçinin e-qaimə və NKA məlumatlarına əsasən təqdim olunan mühərriklərin vahidi üzrə orta qiymətin 1054,65 manat (ƏDV-siz) olması da müəyyən olunmuşdur. Yoxlanılan dövr üzrə vergi ödəyicisinin ƏDV dövriyyəsi təqdim olunmuş e-qaimələr və NKA-nın Z hesabatlarına əsasən müəyyənləşdirilərək yoxlama ilə təsdiq edilmişdir. Əskik gələn mühərriklərin dəyəri, yəni 1291946,25 manat (ƏDV-siz) (1225*1054,65) Vergi Məcəlləsinin 67.15-ci və 159-cu maddələrinə əsasən yoxlanılan dövrün sonuncu ayına, yəni 2022-ci ilin may ayının ƏDV bəyannaməsinin dövriyyəsinə əlavə olunaraq hesablama aparılmışdır. Həmçinin vergi ödəyicisi tərəfindən 2019-cu ilin dekabr ayı üzrə əvəzləşdirlmiş YGB-lər üzrə 47101,03 manat ƏDV məbləği yoxlama ilə 2019-cu ilin noyabr ayında olması müəyyən olunaraq dekabr ayından silinmiş və əvəzləşmə məbləği noyabr ayı üzrə təsdiqlənmişdir. Nəticədə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən müvafiq sanksiya məbləği hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 2022-ci ilin may ayı üzrə dövriyyə bəyan edilmədiyindən və bəyannamə göstəricisiz olaraq təqdim olunduğundan e-qaimə üzrə təqdim olunan (34146,12 manat), NKA üzrə təqdim olunan (2478,81 manat), bank hesablarına satışdan gəlir kimi mədaxil olan (32386,00 manat), həmçinin yoxlama ilə müəyyən olunan əskik gələn mühərriklərin dəyəri (1291946,25 manat) toplanaraq cəmi 1328571,18 manat (34146,12+2478,81+1291946,25) təqdimetmə və cəmi 1326811,06 manat (32386,00+2478,81+1291946,25) daxilolma məbləği yoxlama ilə müvafiq dövrün ƏDV bəyannaməsində bərpa olunmuşdur. Habelə, Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən yoxlanılan dövrün müxtəlif aylarında əvəzləşmə hüququnun olmasına baxmayaraq vergi ödəyicisi tərəfindən əvəzləşdirilməyən 46868,99 manat ƏDV məbləği yoxlama ilə müvafiq aylara əlavə olunaraq əvəzləşdirilmişdir. Nəticədə yoxlanılan dövrdə vergi ödəyicisinə ƏDV üzrə Vergi Məcəlləsinin 166-cı, 67.15-ci, 159-cu, 175-ci maddələrinə əsasən 188833,42 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 126742,75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə 91745,83 manat əmək haqqı fondu göstərilmiş və 23853,89 manat MDSS məbləği hesablanmışdır. 2021-ci il üzrə 124388,56 manat əmək haqqı fondu göstərilmiş və 34828,80 manat MDSS məbləği hesablanmışdır. Yoxlama ilə 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən hesablanmlaı MDSS məbləğinin 23853,91 manat, 2021-ci ildə isə hesablanmalı MDSS məbləğinin isə 34828,81 manat olduğu müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisinə Sosial sığorta haqqında Qanunun 14-cü maddəsinə əsasən MDSS üzrə 0,03 manat hesablama aparılmış və 0,02 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli **********161407 nömrəli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmiş və həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi səyyar vergi yoxlamasının aparılması və yoxlama ilə vergilərin hesablanması zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir və verilmiş iddia tələblərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Eyni zamanda bildiririk ki, İddiaçı keçirilmiş səyyar vergi yoxlamasının nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2023-cü il tarixli inzibati şikayəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin 22 noyabr 2023-cü il tarixli **********747300 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarı ilə təmin edilməmiş, xx.xx.2023- cü il tarixli **********161407 nömrəli səyyar vergi yoxlaması aktı əsasında 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialar mübahisələndirmə haqqında iddia hesab olunur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsi ilə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin, 24.0.1-ci maddəsi ilə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını həyata keçirmək vergi orqanının hüququdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin 3-cü bəndinə əsasən Nazirlik Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin 3-cü bəndinə əsasən Nazirlik Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə görə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verir. İddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir.
1. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edənsənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli qərarın surəti; Səyyar vergi yoxlaması barədə aktın surəti və digər sənədlər daxildir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1)subyektiv hüququnun olub-olmamasını, 2)cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 3 saylı Ərazi Vergilər İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 1stərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 3 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 3 saylı Ərazi Vergilər İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, İddiaçı MMC barəsində 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli qərardan məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanı Sumqayıt şəhəri olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159302 nömrəli qərarına əsasən İddiaçındə vergilər üzrə qanunvericiliyin normalarına düzgün əməl edilib-edilməsinin yoxlanılması məqsədilə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, buna dair xx.xx.2023-cü il tarixli, **********161407 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Daha sonra səyyar vergi yoxlaması aktına əsasən cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli qərarı qəbul edilmiş, iddiaçıya münasibətdə ümumilikdə 414.809.11 manat olmaqla, 254.988.7 manat məbləğində əlavə vergi məbləği, 159820.41 manat mailiyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hal-hazırda barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli qərarını 2019-2021-ci illər üzrə mənfəət vergisi və həmin məbləğə tətbiq olunan mailiyyə sanksiyası hissəsində mübahisələndirir. Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar maddi və prosessual normaların kobud pozuntuları ilə müşayiət olunduğundan, həmin yoxlamanın nəticələrinə dair inzibati akt qanunsuz sayılmalı və ləğv olunmalı, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən: 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Bundan başqa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmçinin vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhkəmə hesab edir ki, qanunun normasına bu şəkildə istinad edilməklə vergi ödəyicisinin barəsində yoxlama tədbiri keçirilməsi sahibkarlıq subyektinin fəaliyyətinə müdaxilə kimi qiymətləndirilməlidir və bu əsasla təyin edilmiş yoxlama qanuni sayıla bilməz. Məhkəmə qeyd edir ki, “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli qərarına əsasən iddiaçıya 2019-cu il üzrə şərti rentabellik normasına (M=GxR : (100+R), M-vergiyə cəlb olunan mənfəət məbləği; G-vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R-şərti rentabellik norması) əsasən 24871.08 manat məbləğində; 2020-ci il üzrə yoxlama zamanı 21377.59 manat məbləğində, 2021-ci il üzrə isə 38419.63 manat məbləğində mənfəət vergisi ümumilikdə isə 66155.25 manat mənfəət vergisi, 33077.64 manat mailiyyə sanksiyası tətbiq etmişdir. Məhkəmə cavabdeh orqan etirazın əsası olaraq qeyd etdiyi iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı halda vergi ödəyicisinin ödəməli olduğu mənfəət vergisinin hesablanması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarxili 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na istinad etmək hüququndan istifadə etməsi məsələsinə münasibətdə bildirir ki, cavabdeh orqan tərəfindən İddiaçı mübahisələndirilən qərar üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67.1.1 və 67.1.9 bəndlərində qeyd edilmiş mənfəətin birbaşa müəyyən olunması məqsədilə bütün əlaqəli məlumatların yoxlanılmasına, analoji fəaliyyətlə məşğul olan vergi müəssisənin tapılmasına dair kifayət qədər araşdırılma aparılmasına dair məhkəməyə hər hansı sübut və ya sənəd təqdim edə bilməmişdir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Məhkəmə həmçinin qeyd edir ki, artıq formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Vergi Məcəlləsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Beləliklə iş materialları ilə təsdiq edilir ki, iddiaçı tərəfindən mallar təqdim edilərkən, qarşı tərəflərə elektron qaimə fakturalar verilmişdir və bu məlumatlar vergi orqanın elektron informasiya sistemində mövcud olmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən açıq-aşkar bəlli olan faktlar və məlumatlar faktiki olaraq inkar edilməklə, iddiaçıya əsassız və qanunsuz maliyyə sanksiyası tətbiq etmişdir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 58.13-cü maddəsinə bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İnzibati icraat haqqında Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 54-cü maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə şəxs məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli qərarı 2019-2021-ci illər üzrə mənfəət vergisi və həmin məbləğə tətbiq olunan mailiyyə sanksiyası hissəsində ləğv edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176154 nömrəli qərarı 2019-2021-ci illər üzrə mənfəət vergisi və həmin məbləğə tətbiq olunan mailiyyə sanksiyası hissəsində ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva