Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-708/2023 13.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X13 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X16 iştirakı ilə, İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair” JN099F kod 30214018 saylı şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X10 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********725 saylı məktubu ilə ona verilmiş imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə Xaçmaz rayonu Qımılqışlaq kəndi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsinə dair X1 və ailə üzvlərinin adına verilmiş JN 099F kod 30214018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və həmin torpaq sahəsinə dair X1 və ailə üzvlərinin hüquqlarının dövlət reyestrindən çıxarılması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN099F 30214018 kodlu şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 18 oktyabr 2022-ci il tarixli qərardadı ilə X4, X11, X5, X8 və X9 Azərbaycan Respublikası İPM-nin 28.2-ci maddəsinə əsasən zəruri cəlbetmə qaydasında üçüncü çəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz гауоnu “Вакı” sovxozu üzrə xx.xx.1993cü il tarixli 21 saylı əmrlə iddiaçıya Xaçmaz rayonu Qımılqışlaq kəndi ərazisindən fərdi yaşayış evi tikmək üçün 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 may 1997-ci il tarixli 06 saylı qərarı ilə həmin torpaqayırma təsdiqlənmiş və ona şəhadətnamə verilmişdir. İddiaçı həmin 0.08 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reystrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə ona imtina cavabı verilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı həmin 0.08 ha torpaq sahəsinə elektron kadastr məlumat bazasına əsasən digər şəxsləin adlarına JN 099 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə işləndiyi müəyyən edilmişdir. İddiaçı cavabdehə təkrarən müeaciət edərək həmin şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir. Lakin ona imtina cavabı verilərək və müvafiq iddia ilə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Mübahisəsi gedən torpaq sahəsi iddiaçının istifadəsindədir. Adına şəhadətnamə verilmiş X1 və ailə üzvlərinin bu torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Həmin şəhadətnamə DTXK Xaçmaz rayon şöbəsi tərəfindən X1 adına səhvən veilmişdir. X1 və ailə üzvlərinin Qımılqışlaq kəndində yaşadıqları yaşayış evi və həyətyanı torpaq sahəsi vardır. Kənddə iki nəfər Məmmədov Muradxan olmuş, iddiaçının atası X17 onunla birlikdə yaşamış, 1992-ci ildə vəfat etmiş, 1993-cü ildə sovxoz tərəfindən verilmiş əmrlə 0.08 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır, 1997-ci ildə aqrar islahatları zamanı isə iddiaçıya ayrılmış torpaq sahəsinə dair X1 adına şəhadətnamə verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı veri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, Xaçmaz rayonu “Bakı” sovxozu üzrə xx.xx.1993cü il tarixli, 21 saylı əmri əsasında iddiaçıya ayrılmış torpaq sahəsinə dair elektron kadastr məlumat bazasına əsasən digər şəxslərin adlarına JN-099F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işlənilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X12 iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirərək izah etdi ki, aqrar islahatları aparılan zaman onun atasına və ailə üzvlərinə başqa yerdən torpaq sahəsi ayrılmışdır. Mübahisəli torpaq sahəsi iddiaçının qardaşının istifadəsində olmuş və qeyri-rəsmi olaraq başqa şəxsə satılmışdır. İş materiallarında olan : - Xaçmaz гауоnu “Вакı” sovxozu üzrə xx.xx.1993-cü il tarixli 21 saylı əmri ilə X7 Qımılqışlaq kəndi ərazisindən fərdi yaşayış evi tikmək üçün 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. -01 fevral 1993-cü il tarixli aktdan görünür ki, Xaçmaz гауоnu “Вакı” sovxozu xx.xx.1993cü il tarixli 21 saylı əmri ilə X7 ayrılmış 0.08 ha torpaq sahəsi ona təhvil verilmişdir. - Xaçmaz rayon Qımılqışlaq bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd X7 ayrılmış 0.08 ha torpaq sahəsi barəsindədir. - Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Xaçmaz rayon dövlət arxivində saxlanılan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 may 1997-ci il tarixli 06 saylı protokolu ilə Xaçmaz rayonunun Qımılqışlaq kəndi İnzibati ərazi vahidi üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında 1367-ci İddiaçı adına qaytanlanmış kitab üzrə 0,08 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. - JN 099F №-li 30214018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 may 1997-ci il tarixli 06 saylı qərarı ilə X2 və ailə üzvlərinə Qımılqışlaq kəndi ərazisində 0,08 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. - Xaçmaz rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş cavab xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaşlara təqdim olunmuş torpaq sahəsinə aid şəhadətnamələr mühafizə olunmaq üçün arxivə təhvil verilməmişdir. - Xaçmaz rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-cü il tarixli məktubdan görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 may 1997-ci il tarixli 06 saylı protokolu ilə Xaçmaz rayonunun Qımıl-qışlaq kənd inzibati ərazi vahidi üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında 1367-ci İddiaçı adına qaytanlanmış kitab üzrə 0,08 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Ailə üzvlərinin adları qeyd edilməmişdir (Əsası: “Bakı” sovxozun AİK-nın adlı siyahısı,v.88). Həmçinin Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı (Əsası: fond 118, s 1, iş 1, v.214-228) və xx.xx.1997-ci il tarixli 16 saylı (Əsas: fond 118, sl, işl, v.294- 301) protokollarının surəti məhkəməyə göndərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazisinin tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayon AİK-nın xx.xx.1997-ci il tarixli 06 saylı protokolu ilə İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsinin koordinatları ilə JN-099F kod 30214018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X2 və ailə üzvlərinə ayrılmış 0.10 ha torpaq sahəsinin koordinatları üst-üstə düşür. Üst-üstə düşmə müəyyən edilib, hansı ölçüdə və hissədə düşməsinin istiqaməti sxemdə əks olunur. Həmin şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatları iddiaçının faktiki göstərdiyi torpaq sahəsinin koordinatlarına uyğundur. Üçüncü şəxsə ayrılmış torpaq sahəsi hazırda onun istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğun deyildir. -Məhkəmənin sorğusuna əsasən “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi“ MMC tərəfindən verilmiş xx.xx.2023-cü tarixli cavab məktubundan görünür ki, Mərkəzin arxivində mövcud olan Xaçmaz rayonu, Qımılqışlaq kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarından (əlyazma və elektron) X4 və onun ailə üzvlərinin adları qeyd olunmuş hissədən, eləcə də Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997ci il tarixli, 16 nömrəli qərarından çıxarışların təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə araşırması zamanı müəyyən edildi ki, mübahisəsi gedən 0.08 ha torpaq sahəsi 1993-cü il tarixdən “Bakı” sovxozunun əmrinə əsasən iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsi ilə hazırda onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları eynilik təşkil edir. Lakin aqrar islahatları aparılan zaman iddiaçının atası ilə eyni ad və soyad daşıyan kənd sakini X6 və ailə üzvlərinə torpaq sahəsi ayrılarkən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin koordinatları iddiaçıya ayrılmış torpaq sahəsinin üzərində qeyd edilmişdir. Nəticədə iddiaçı qanuni sahibliyində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etdikdə həmin torpaq sahəsi üzərində başqa şəxsin adına şəhadətnamə işlənməsi səbəbi ilə imtina bildirişi verilmişdir. Məhkəmə həmçinin onu nəzərə alır ki, mütəxəssis rəyində mübahiəsləndirilən şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatlarının iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğunluğunu, üçüncü şəxs M.Məmmədovun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə isə eynilik təşkil etymədiyini müəyyən etmişdir. Yəni, üçüncü şəxslərin istifadəsində olan torpaq sahəsi başqa yerdə yerləşir, iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarına dair verilmiş şəhadətnamə səhvən M.Məmmədovun adına verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə pedmeti olan şəhadətnamənin verilməsi üçün əsas kimi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı göstərilmişdir. Həmin qərar məhkəmə tərəfindən tələb edilib araşdırılarkən müəyyən edikdi ki, aqrar islahat komissiyasının qeyd edilən qərarının məzmunu ümumi xarakterlidir və “Bakı” sovxozunun 22 sentyabr 1997-ci il tarixli və 28 noyabr 1997-ci il tarixli qərarlarının təsdiq edilməsi barədədir, yəni qərarda konkret hər hansı şəxsə torpaq sahəsinin ayrılmasını nəzərdə tutmamışdır. Belə ola halda məhkəmə həmin qərarın mübahisələndirilməsini zəruri hesb etməmiş və qaldırılmış iddia tələbi çərçivəsində işə baxılaraq mahiyyəti üzrə həll olunmasını məqsədəuyğun saymışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2 və ailə üzvlərinin adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN099F 30214018 kodlu şəhadətnamə ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən X2 və ailə üzvlərinin adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN099F kod 30214018 saylı şəhadətnamə ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-708/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-708/2023
13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver