Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-708/2025 03.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X5 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********598200 nömrəli, xx.xx.2023-cü il tarixli **********601700 nömrəli və xx.xx.2024-cü il tarixli **********196400 nömrəli qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********598200 nömrəli, xx.xx.2023-cü il tarixli **********601700 nömrəli qərarların ləğv edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuldiyyətli Cəmiyyətinə aşağıdakı qərarlar əsasında Kameral vergi yoxlaması ilə ƏDV hesablanmışdır. ƏDV İyul/2022 dövr üzrə - xx.xx.2023-cü il tarixli **********598200 nömrəli qərar əsasında 363381,15 manat ƏDV Avqust/2022 dövr üzrə - xx.xx.2023-cü il tarixli **********601700 nömrəli qərar əsasında 450063,62 manat Kameral vergi yoxlaması ilə hesablamaya əsas isə xronometraj metodu ilə keçirilən müşahidələrin nəticəsi əsas götürülmüşdür. Hesab edir ki, hesablama əsassızdır və bunu aşağıda göstərilənlərlə bildiririk.Vergi Məcəlləsinin 50-1.1-cimaddəsinin tələblərinə əsasən 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50- 1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda ; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisiyeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. İlk olaraq qeyd olunmalıdır ki, kameral vergi yoxlaması ilə əlavə vergi məbləğinin hesablanmasına əsas olan xronometraj metodu ilə müşahidənin nəticəsi Vergi Məcəlləsinin 50.1-1-cimaddəsinin tələbinə zidd olduğuna görə qanunsuzdur. Belə ki, vergi orqanı tərəfindən müəssisədə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 24 dəfə xronometraj metodu ilə müşahidənin keçirilməsi barədə Qərar qəbul edilmişdir. Həmin Qərarlara nəzər yetirsək, xronometraj metodu ilə müşahidənin keçirilməsinə 50-1.1-ci maddədə göstərilən 3 bənd üzrə heç bir əsas yoxdur.1-ci bənd üzrə Vergi orqanı 15 günlük müddətdən sonra dərhal 1-2 gün müddətində yeni qərar qəbul edib. Yəni Cəmiyyətin fəaliyyətində birinci bənddə qeyd olunan (vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda nöqsan) əsas yoxdur. İkinci bənddə (əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda) və üçüncü bənddə (vergi ödəyicisi yeni xronometrajmetodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə) göstərilən heç bir əsas olmamışdır. Xronometraj metodu ilə müşahidənin keçirilməsi barədə bütün Qərarlarda əsas olaraq Vergi Məcəlləsinin 23 və 50-1-cimaddələrinə istinad olunub. Sual olunur ki, davamlı olaraq bu müddətdə xronometraj metodu ilə müşahidənin keçirilməsinə əsas olan hansı halı Vergi orqanı müəyyən edib?! Heç bir hal yoxdur. Bu səbəbdən də qanunsuz sübutların sübut kimi qiymətləndirilməsi qanunsuzdur.Əsas 2 - Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13cü maddəsinə əsasən vergi ödəyicisindən xronometrajmetodu ilə yenimüşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Müəssisə tərəfindən istənilən sənəd vergi orqanına təqdim edilib. Vergi orqanı tərəfindən digər məlumat mənbələri əsas götürülə bilərdi. Yuxarıda sadalanan 37.5-ci maddə imperativ maddə deyil. Yəni vergi orqanı həmin maddəni tətbiq etməzdən əvvəl araşdırma aparmalı bir neçə məlumata əlaqəli baxmalıdır.Bunlardan əlavə müəssisənin faktiki fəaliyyətinin olmasını istifadə etdiyi elektrik enerjisi ilə də müəyyən etmək olar. Müəssisənin fəaliyyəti metal pəstah istehsalıdır və burda elektrik enerjisindən istifadə olunur. Belə ki, enerji sərfiyyatı: xx.xx.2022-ci il tarixli iki faktura üzrə ay ərzində ƏDV-li 261112,2 manat, xx.xx.25022-ci il tarixli fakturalar üzrə ay ərzində 275577,40 manat təşkil etdiyi halda 2022-ci ilin iyun ayında bu göstərici 124233,41 manat yəni xronometraj keçirilən dövrlərdən iki dəfədən də az, 2022-ci ilin iyul ayında bu göstərici 65945,0 manat yəni xronometraj keçirilən dövrlərdən dörd dəfədən də az, 2022-ci ilin avqust ayında bu göstərici 144518,9 manat yəni əvvəlki dövrlərdən iki dəfədən də az, 2022-ci ilin sentyabr ayında bu göstərici 2797,70 manat təşkil etmişdir. İstehsal olmadığından müvafiq olaraq, satışda ola bilməz. Vergi orqanı tərəfindən Qərar əsasında müəssisədə uzun müddətli təxminən 1 ilə yaxın davamlı olaraq xronometraj metodu ilə müşahidə keçirilmişdir.Qərar olmayan 2022-ci ilin iyun-avqust aylarında vergi orqanının Ərizəni imzalayan şəxs haqqında məlumat: əməkdaşı daimi istehsala və satışa nəzarət etmişdir.Əsas 3 Bunlardan əlavə Ali Məhkəmənin 2 qərarının linki ərizəyə əlavə olunur. Ali Məhkəmənin yekun hər iki qərarında xronometraj metodu ilə müşahidənin nəticələrinin, birbaşa götürülməsi əsassız hesab edilmişdir. Məhkəmə qərarında qeyd edir ki, vergilərin hesablanması üçün digər məlumat mənbələrinə də istinad olunmalıdır. Lakin vergi orqanı təqdim etdiyi enerji sərfinə dair məlumatları, işçi sayının azalmasına dair məlumatları nəzərə almamışdır. Cəmiyyət tərəfindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” məlumatlarına əsasən Cəmiyyətin 2022-ci ilin iyun ayı ərzində 233 nəfər, iyul ayı ərzində 217 nəfər, avqust ayı ərzində 211 nəfər, sentyabr ayı ərzində isə 106 nəfər faktiki işçi sayı olmuşdur ki, həmin işçilərində ay ərzində olan iş günləri və iş saatları 2022-ci ilin yanvar-may aylarında olan iş günlərindən və iş saatlarından kəskin fərqlidir. Hər halda dövlətin də marağındadır ki, 300 nəfərə yaxın işçisi olan istehsal müəssisəsi fəaliyyətini dayandırmasın. Vergi orqanına da bəllidir ki, onların istehslı elektrik enerjisindən asılıdır. Elektrik Enerjisi olmadan istehsal mümkün deyildir. Bunu isə xronometraj olmayan dövrün enerjisini, xronometraj olan dövrlə müqayisə etməklə müəyyən etmək və nəzərə almaq vacibdir. Cavabdehin Qərarları əsassız olduğundan ləğv edilməlidir...Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, məhkəmə prosesində iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək “29.11,2023-cü il tarixli **********598200 nömrəli, 29.11,2023-cü il tarixli **********601700 nömrəli, xx.xx.2024-cü il tarixli **********196400 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsinə dair” qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Belə ki, Vergi ödəyicisinin fəaliyyətinin araşdırılması zamanı 2021-ci ilin iyun ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsinin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan məbləğin rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş məbləğdən az olduğu müəyyən edilmişdir.Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********296100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubu göndərilmişdir.Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə 2022-ci ilin iyun ayına 412049,70 manat ƏDV hesablanılmış və vergi ödəyicisinə vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli **********196400 nömrəli Qərarları göndərilmişdir.Həmçinin, 2022-ci ilin iyul ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin araşdırılması zamanı bəyannamənin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan məbləğin rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş məbləğdən az olduğu və əvəzləşdirilməyə daxil edilmiş bəzi elektron qaimə-fakturaların ƏDV məbləği ödənilmədiyi müəyyən edilmişdir.Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 31,10.2023-cü il tarixli **********383400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir.Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə 2022-ci ilin iyul ayına 363381,15 manat ƏDV hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********598200 nömrəli Qərarı göndərilmişdir.Həmçinin, 2022-ci ilin avqust ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin araşdırılması zamanı bəyannamənin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan məbləğin rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş məbləğdən az olduğu müəyyən edilmişdir.Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********383400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə 2022-ci ilin avqust ayına 450063,62 manat ƏDV hesablanılmış və vergi ödəyicisinə vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********601700 nömrəli Qərarı göndərilmişdir.Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir...Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər...Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: -vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; -vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar;-vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar;-vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar;-vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar;vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar;-vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;-vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri...Qəbul edilmiş qərarlar qanunvericiliyə uyğun şəkildə tərtib edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi X3 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Ötən məhkəmə iclasının iştirakçılarına məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: MMC-nin təsis sənədləri, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********598200 nömrəli, xx.xx.2023-cü il tarixli **********601700 nömrəli və xx.xx.2024-cü il tarixli **********196400 nömrəli qərarlarının surəti, mühasibatlıq sənədlərinin surəti, cavabdehin etirazı və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********598200 nömrəli, xx.xx.2023-cü il tarixli **********601700 nömrəli və xx.xx.2024-cü il tarixli **********196400 nömrəli qərarlar qəbul edilmiş və iddiaçı həmin qərarların əsassız olduğu qənaətinə gələrək ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, İddiaçı metal satışı ilə məşğul olur. Vergi orqanı tərəfindən müəssisədə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 24 dəfə xronometraj metodu ilə müşahidənin keçirilməsi barədə Qərar qəbul edilmişdir. Vergi orqanı 15 günlük müddətdən sonra dərhal 1-2 gün müddətində yeni qərar qəbul edib. Yəni Cəmiyyətin fəaliyyətində birinci bənddə qeyd olunan (vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda nöqsan) əsas yoxdur. İkinci bənddə (əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda) və üçüncü bənddə (vergi ödəyicisi yeni xronometrajmetodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə) göstərilən heç bir əsas olmamışdır.Xronometraj metodu ilə müşahidənin keçirilməsi barədə bütün Qərarlarda əsas olaraq Vergi Məcəlləsinin 23 və 50-1-cimaddələrinə istinad olunub. Davamlı olaraq bu müddətdə xronometraj metodu ilə müşahidənin keçirilməsinə əsas olan hansı halı Vergi orqanı tərəfində sübuta yetrilə bilməmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometrajmetodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Vergi orqanı tərəfindən məcəllənin 37.5-ci maddəni tətbiq etməzdən əvvəl araşdırma aparmalı bir neçə məlumata əlaqəli baxmalı idi. Müəssisənin faktiki fəaliyyətinin olmasını istifadə etdiyi elektrik enerjisi ilə də müəyyən etmək olar. Müəssisənin fəaliyyəti metal istehsalıdır və burda elektrik enerjisindən istifadə olunur. Enerji sərfiyyatı: xx.xx.2022-ci il tarixli iki faktura üzrə ay ərzində ƏDV-li 261112,2 manat, xx.xx.25022-ci il tarixli fakturalar üzrə ay ərzində 275577,40 manat təşkil etdiyi halda 2022-ci ilin iyun ayında bu göstərici 124233,41 manat yəni xronometraj keçirilən dövrlərdən iki dəfədən də az, 2022-ci ilin iyul ayında bu göstərici 65945,0 manat yəni xronometraj keçirilən dövrlərdən dörd dəfədən də az, 2022-ci ilin avqust ayında bu göstərici 144518,9 manat yəni əvvəlki dövrlərdən iki dəfədən də az, 2022-ci ilin sentyabr ayında bu göstərici 2797,70 manat təşkil etmişdir. Vergi orqanı tərəfindən Qərar əsasında müəssisədə uzun müddətli təxminən 1 ilə yaxın davamlı olaraq xronometraj metodu ilə müşahidə keçirilmiş və qərar olmayan 2022-ci ilin iyun-avqust aylarında vergi orqanının əməkdaşı daimi istehsala və satışa nəzarət etmişdir. Məhkəmə vergi orqanı tərəfindən gətirilən arqument ilə aşağıdakılara əsasən razılaşmır. Belə ki, Azərbyacan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Qeyd olunan maddənin tərifindən belə başa düşülür ki, əlavə dəyər vergisi (ƏDV) istehlak vergisinin növüdür. Bu vergi məhsula və ya materiala hər bir istehsal və çatdırma mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur və axırda istehlakçının üzərinə düşür. Göründüyü kimi ƏDV-nin tutulması malların satışı, idxalı və dövriyyəsi nəticəsində həyata keçirilir. Bundan başqa hər bir vergi ödəyicisinin Vergi Məcəlləsinin 177.1-ci və 177.2-ci maddələrinə əsasən vergi ödəyicisi hər hesabat dövrü üçün hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ƏDV-nin bəyanaməsini vermək, bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 37.5-ci maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Göründüyü kimi Vergi Məcəlləsinin 37.5-ci maddəsi vergi orqanının üzərinə vergilərin hesablanması zamanı xronometraj metodu ilə sonuncu müşahidənin nəticələrinin əsas götürülməsini vəzifə kimi deyil hüququ kimi qeyd etmişdir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd olunan Məcəllənin 83.2-ci maddəsinə əsasən 1) vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumatlara; 2) bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumatlara; 3) vergi yoxlaması materiallarına; 4) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara-yəni idxal-ixrac əməliyyatları barədə rəsmi məlumata əsaslanaraq vergi orqanının vergi ödəyicisinin vergi öhdəliklərini qeyd olunan məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır. Göründüyü kimi Vergi Məcəlləsi vergi ödəyicisinin vergi öhdəliklərini hesablayarkən yoxlama materiallarına istinad etməkdən əlavə idxal-ixrac əməliyatları barədə rəsmi məlumata istinad etmək hüququndan da istifadə edə bilərdi. Lakin hazırkı, inzibati mübahisə üzrə vergi orqanı tərəfindən keçirilmiş xronometraj müşahidənin göstəricilərini rəhbər tutmaqla vergi ödəyicisi tərəfindən satılmayan məhsula görə MMC-ni əlavə dəyər vergisinə cəlb etmişdir.Bütün qeyd olunanları ümumiləşdirərək, məhkəmə hesab edir ki, inzibati orqan ona qanun ilə verilmiş hüquqlardan sui-istifadə edib. Belə ki, Vergi Məcəlləsinin 83.2-ci maddəsi ilə vergi ödəyicisinin verginin ödənilməsinə cəlb edilməsi istiqamətində verilmiş hüququn vergi ödəyicisinə əlverişsiz olanından istifadə etmişdir. Qeyd olunan Məcəllənin 36.2-ci maddəsi ilə vergi orqanının üzərinə - düzgün qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halların, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsi qoyulub. Bundan başqa vergi orqanı ona verilmiş hüquqdan düzgün istifadə etməməsi nəticəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun ümumi prinsiplərini pozmuşdur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Bundan başqa həmin Qanunun 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.Vergi orqanı buna əhəmiyyət verməyərək, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsində göstərilən “hüququn tətbiqindən imtinanın qadağan olunması” prinsipinin tələblərini pozmuşdur. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********598200 nömrəli, xx.xx.2023-cü il tarixli **********601700 nömrəli və xx.xx.2024-cü il tarixli **********196400 nömrəli qərarları ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №2-1(118)-708/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-708/2025
03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver