Məhkəmə qərarları › İş №2-1(118)-709/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-709/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-709/2020 17.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X1 (DSMF-nin Şamaxı rayon şöbəsində pensiya sektorunun məsləhətçisi işləyən, Şamaxı şəhəri, Z.Hacıyev 50 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinə qarşı DSMF-nin Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli ********** saylı imtinasının əsassız hesab olunması və onun xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixə kimi Şamaxı rayon İstehsalat kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə ona pensiya verilməsini bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinin üzərinə qoyulmasına dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinə qarşı DSMF-nin Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, ********** saylı imtinasının əsassız hesab olunması və onun xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixə kimi Şamaxı rayon İstehsalat kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə ona pensiya verilməsini bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə etdi və izah etdi ki, ona yaşa görə əlillik pensiyası təyin edilmişdir. Lakin 2020-ci ilin fevral ayının 1-dən pensiyanın verilməsi dayandırılmışdır. DSMF-nin Şamaxı rayon şöbəsi öz məktubunda belə izah etmişdir ki, iddiaçının pensiya kapitalı kifayət etmədiyindən ona pensiyanın verilməsi dayandırılmışdır. Bundan başqa ona məlum olmuşdur ki, cavabdeh şöbə onun xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə kimi Şamaxı rayon İstehsalat kombinatında işlədiyi dövrü onun sosial sığırta stajına daxil etməmişdir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilmişdir. Lakin 2020-ci ikin yanvar ayında aparılan yoxlama zamanı aşkar edilmişdir ki, iddiaçının pensiya kapitalı 1.97 manat əskik olduöuna görə ona pensiya düzgün təyin edilməmişdir. Bundan sonra iddiaçı yebidən lilliyə görə əmək pesniyasının təyin edilməsini xahiş etmişdir. Lakin onun istinad etdiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün ona imtina cavabı verilmişdir. İş materiallarında olan : -AZE № ********* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-ci ildə anadan olmuşdur. - X5 filialı tərəfindən verilmiş 86 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı Şamaxı rayon İstehsal kombinatında xx.xx.1974-cü il tarixdən rəngləyici kimi qəbul edilmişdir. xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixə kimi Sumqayıt mütəxəssislər hazırlayan məktəbə orta əmək haqqının 50 %-i verilməklə oxumağa göndərilmişdir. xx.xx.1975-ci il tarixdə hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının məlumat vərəqindən görünür ki, xx.xx.2019cu il tarixdə İddiaçı üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçının adına açılmış əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müxtəlif yerlərdə və peşələrdə işləmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 30.1-ci maddəsinə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə hesab edir ki, X5 filialı tərəfindən verilmiş 86 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışı ilə İddiaçı 1974-1975-ci illərdə Şamaxı rayon İstehsalat kombinatında işləməsi təsdiq edilir. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarına 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); ümumi iş stajını təsdiq edən sənədləri; əlilliyə görə pensiya növü üzrə isə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər, Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyi (sağlamlıq imkanlarının məhdudluğu) təsdiq edən müayinə aktından çıxarış və s. sənədlər təqdim olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Cavabdehin nümayəndəsi iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 1.97 manat məbləğində pensiya kapitalının çatmadığını və iddia tələbində göstərlən müddətin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun əlilliyə görə əmək pensiyası hüququnun yaranmış olduğunu izah etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, AR ƏƏSMN yanında DSMF-nin Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 saylı imtinasının əsassız hesab olunmalı, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixə kimi Şamaxı rayon İstehsalat kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə ona pensiya verilməsini bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69,75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. AR ƏƏSMN yanında DSMF-nin Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 saylı imtinası əsassız hesab olunsun. İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixə kimi Şamaxı rayon İstehsalat kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona əıilliyə görə əmək pensiyasının veriliməsinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar