Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-709/2025 12.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin olunması) GİRİŞ HİSSƏ X6-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 mart 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyinin müəyyənləşdirilməsinin qanunsuz hesab edilməsi və İddiaçı əlilliyinin düzgün müəyyənləşdirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı döyüş zonasında hərbi xidmətdə olarkən, 1994-cü ildə yaralanmışdır, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qiymətləndirilməsi nəticəsində “Odlu silahın yaralanmasından sonra başın sağ təpə nahiyyəsində bir ədəd, sağ gözüstü nahiyyədə, qaşın tüklü hissəsində bir ədəd, sol qulaq seyvanının böyük qıvrımında bir ədəd, sifətin sol yarısında, sol ağız bucağından 2.0 sm arxaya bir ədəd, sağ qalça tinində bir ədəd, döş qəfəsinin sol yan səthində bir ədəd, sol budun yuxarı 1/3-nin bayır səthində bir ədəd, sağ budun orta 1/3-nin ön səthində bir ədəd, sağ ayaq pəncəsinin arxa səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozu təyin edilmiş və həmin komissiyanın qərarına əsasən, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma olması müəyyən edilmişdir. Forma 88 nömrəli göndərişdə ona “kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmalasınını qalıq əlamətləri (posttravmatik ensefalopatiya, xroniki kranialgiya sindromu, qıcolma sindromu), üzvü mənşəli şəxsiyyət pozuntusu, davranış pozuntuları və nəzərəçarpan yaddaş funskiyalarının enməsi ilə, ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, iki tərəfli orta ağır (lll-lV) dərəcəli sensonevral tip eşitmə azlığı” diaqnozu göstərilmişdir, lakin cavabdeh ona “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina cavabı vermişdir.
4. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin N00021339QRQ nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********3). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 928 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah yaralanmalarından sonra başın sağ təpə nahiyəsində bir ədəd, sağ gözüstü nahiyədə, qaşın tüklü hissəsində bir ədəd, sol qulaq seyvanının böyük qıvrımında bir ədəd, sifətin sol yarısında, sol ağız bucağından 2,0 sm arxaya bir ədəd, sağ qalça tinində bir ədəd, döş qəfəsinin sol yan səthində bir ədəd, sol budun yuxarı 1/3-nin bayır səthində bir ədəd, sağ budun orta 1/3-nin ön səthində bir ədəd, sağ ayaq pəncəsinin arxa səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.Qeyd edir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı xəstə təlaş hissi keçirdikdən sonra, baş verən bayılmalardan şikayət etmişdir. Müayinə zamanı hər iki budun yuxarı 1/3-də, hər iki baldırın orta 1/3-də, sağ pəncədə, sağ kürəkdə, sağ yanaqda çapıqlar izlənmiş, heç bir hərəkət pozğunluğu aşkar edilməmişdir. Xəstənin təsvir etdiyi tutmalar Epilepsiyaya xarakterik olmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmə, qıcolma tutmaları, əsəbilikdən şikayətlənmişdir. Əsəbilik zamanı bədənində qara səpkilərin olmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında 1994-cü ildə travma aldıqdan sonra şikayətlərinin başladığını, əsəbləşən zaman bədənində qara səpkilərin yarandığını, başağrıları şiddətli olduğu zaman qıcolma tutmalarının olduğunu, tutma zamanı anlaqsız, halsız vəziyyətdə olduğunu, güclü başağrıları səbəbindən özünə qəsd etmək istədiyini bildirmiş, medikamentoz preparatlardan "Stimulaton", "Finlepsin" (sadə vərəqə yazılmış) qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı sağ ayaqarxasında, hər iki baldırın orta 1/3də, sağ budun orta 1/3-də sol budun yuxarı 1/3-də, sol kürək, sol təpə nahiyələrində çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Psixi statusunda ünsiyyətə süst, retardik başlasa da, gedişatda aktivləşmiş, adaptiv olmuş, özü xəstəliyi barədə ətraflı məlumat vermişdir. Mühakimə qabiliyyəti saxlanılmış, affektiv və emosional reaksiyaları adaptiv olmuş, üzvi emosional-labil pozuntusu, asteno-nevrotik əlamətlərin üstünlüyü ilə, şəxsiyyət dəyişikliyi əlamətləri dekompensasiya halında izlənilməmişdir. Müayinə gedişatında vətəndaşın tam normal eşitməsi müşahidə edilmişdir. Təqdim olunmuş baş-beynin instrumental müayinə nəticələrində (2 ədəd MRT, KT) fərqli məlumatlar qeyd olunmuş, Medistyle Hospitalın MRT, Berlin Ailə və Uşaq Klinikasının KT müayinələrinin nəticələrinə əsasən, kəllə-beyin travması təsdiqlənməmişdir. Anamnestik məlumatlarında epitutmanı təsvir edə bilməmiş, EEQ dalğalarında epiaktiv ocaq aşkarlanmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 36/2023 nömrəli Çıxarışında diaqnoz "Üzvi şəxsiyyət pozuntusu (İ Qarabağ müharibəsi zamanı alınmış KBT nəticəsində, nəzərəçarpan yaddaş funksiyaların enməsi /7ə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 24655108 nömrəli Çıxarışında diaqnoz “Üzvi (qapalı kəllə beyin travması) şəxsiyyət pozuntusu’’ kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X8 Mərkəzinin xx.xx.2023-cü il tarixli Kranial MRT müayinəsinin nəticəsi "Hər iki beyin yarımkürəsində çoxsaylı gliotik ocaqlar aşkar olundu kimi qeyd edilmişdir. X8 Mərkəzinin xx.xx.2023-cü il tarixli Elektroensofaloqrafiya müayinəsinin nəticəsi "Ensefalopatiya fonunda sağ yarımkürə aksenti ilə “iti+vavas’’ dalğaların qalınlığı epiaktivlik qeyd olunur. Qıcolma həddi enib. Antikonvulsiv müayinələr etməsi məsləhətdir. Generalizə olunmuş qıcolma hazırlığı'' kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli Elektroensofaloqrafiya müayinəsinin nəticəsi “Müayinə antikonyulsant fonunda aparıldı. Nəticə-rezudal orqanik tipli EEQ irritasiya ləngdir. Bisinxron, xüsusən də, solda generalizə olunmuş epileptik fəaliyyəti (iti-lən dalğa kompleksi) aşkar edildi. Ocaq aktivdir, ocaqda sönmə yoxdur, təyinat davam etdirilsin” kimi qeyd olunmuşdur. X9 xx.xx.2023-cü il tarixli BERA test müayinəsinin nəticəsi “İkitərəfli orta ağır (lll-İV) dərəcəli sensonevral tip eşitmə azlığı" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. 2 saylı X2 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz "Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, nəzərəçarpan yaddaş və intelektqerilivi ilə tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-10 dəfə)’’ kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Medistyle Hospitalın xx.xx.2023-cü il tarixli Beyin MR müayinəsinin nəticəsi "Hər iki beyin yarımkürəsində hər iki oariatrial nahiyədə 2-3 mm ölçüdə bir neçə ədəd T2, FLAİR hiperintens ocaq (Daha çoxunun spesifik ocaq leyhinə dəyərləndirir)” kimi qeyd olunmuşdur. X7 xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Hipoksik vəziyyət. Alın payında tək-tək paroksizmal işarələr. Veqetativ strukturların paroksizmi. Beta-lənq dalğaların paroksizmi” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Berlin Ailə və Uşaq Klinikasının xx.xx.2023-cü il tarixli Kəllənin nativ KT müayinəsinin nəticəsi “İntraparenximatoz həcmli proses qeyd olunmur. İnvolvutiv-atrofik dəyişikliklər. Hər iki yarımkürənin serebelyarağ maddəsində millimetrik ölçülü xroniki anqiooatik gliotik ocaqlar. Lor həkiminin müayinəsi məsləhətdir kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaqda normal eşitmə (15 db), sol qulaqda İV dərəcəli (90 db) eşitmə azlığı” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
5. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək, ekspert qarşısında aşağıdakı suallar qoyularaq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin ekspertlərinə həvalə edilmişdir: 1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli, 928 nömrəli Qərarla qoyulan “Odlu silahın yaralanmasından sonra başın sağ təpə nahiyyəsində bir ədəd, sağ gözüstü nahiyyədə, qaşın tüklü hissəsində bir ədəd, sol qulaq seyvanının böyük qıvrımında bir ədəd, sifətin sol yarısında, sol ağız bucağından 2.0 sm arxaya bir ədəd, sağ qalça tinində bir ədəd, döş qəfəsinin sol yan səthində bir ədəd, sol budun yuxarı 1/3-nin bayır səthində bir ədəd, sağ budun orta 1/3-nin ön səthində bir ədəd, sağ ayaq pəncəsinin arxa səthində bir ədəd köhnə çapıq toxumalar diaqnozu təsdiq edilirmi? 2. Forma 88-də göstərilən “kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmalasınını qalıq əlamətləri, (posttravmatik ensefalopatiya, xroniki kranialgiya sindromu, qıcolma sindromu), üzvü mənşəli şəxsiyyət pozuntusu, davranış pozuntuları və nəzərəçarpan yaddaş funskiyalarının enməsi ilə, ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, iki tərəfli orta ağır (lll-lV) dərəcəli sensonevral tip eşitmə azlığı” əsas diaqnozu öz təsdiqini tapır? 3. həmin diaqnoza səhiyyə müəssisəsi tərəfindən təyin edilmiş kod (yarımbənd) düzgün təyin edilmişdir? 3. xx.xx.1972-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? 4. İddiaçı sağlamlıq vəziyyəti və səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalar İddiaçı əlillik dərəcəsinin təyininə əsas verirmi? 5. İddiaçı sağlamlıq vəziyyəti və səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalar İddiaçı əlillik dərəcəsinin təyininə əsas verirsə, iddiaçıya neçənci dərəcə (qrup) əlillik təyin edilməlidir?
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2024-cü il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 326/2024 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: 1.Vətəndaş İddiaçı məhkəmə tibbi müayinəsi zamanı başın sağ təpə nahiyəsində, sağ gözün üst qapağında, sol qaşın tüklü hissəsində, sol qulaq seyvanının böyük qıvrımında, sifətin sol yarısında, sol ağız bucağından 2,0 sm arxada, sol qalça tinində, döş qəfəsinin sol yan səthində, sağ budun orta 1\3-nin ön səthində, sağ ayaq pəncəsinin arxa səthində hərəsində bir ədəd olmaqla 10 ədəd köhnə çapıq toxumalar aşkar edildi. Qeyd edilənlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli, 928 nömrəli Qərarla qoyulan “Odlu silahın yaralanmasından sonra başın sağ təpə nahiyəsində bir ədəd, sağ gözüstü nahiyyədə, qaşın tüklü hissəsində bir ədəd, sol qulaq seyvanının böyük qıvrımında bir ədəd, sifətin sol yarısında, sol ağız bucağından 2,0 sm arxaya bir ədəd, sol qalça tinində bir ədəd, döş qəfəsinin sol yan səthində bir ədəd, sağ budun orta 1\3-nin ön səthində bir ədəd, sağ ayaq pəncəsinin arxa səthində bir ədəd köhnə çapıq toxumalar diaqnozu ilə eynilik təşkil edir. 2.3.Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və X5” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı, lakin əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş diaqnoz qarardadda ekspertiza qarşısında qoyulmuş suallarda olan diaqnozlarla eynilik təşkil etdiyindən və diaqnozlar ona stasionarda müayinə və müalicəsi zamanı qoyulsa da, əyani müayinədə öz təsdiqini tapmadı.
7. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə əlavə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyularaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin ekspertlərinə həvalə edilmişdir: 1. İddiaçı barəsində Forma 88-də göstərilən “kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmalasınını qalıq əlamətləri, (posttravmatik ensefalopatiya, xroniki kranialgiya sindromu, qıcolma sindromu), üzvü mənşəli şəxsiyyət pozuntusu, davranış pozuntuları və nəzərəçarpan yaddaş funskiyalarının enməsi ilə, ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, iki tərəfli orta ağır (lll-lV) dərəcəli sensonevral tip eşitmə azlığı” əsas diaqnozu öz təsdiqini tapır? 2. Həmin xəstəliyin nəticəsində “Üzvi mənşəli emosional labil (astenik) pozuntu, Üzvi emosional-labil (astenik) pozuntu (F06.6), “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi mənşəli (l Qarabağ müharibəsi zamanı alınmış KBT nəticəsində) şəxsiyət pozuntusu, davranış pozuntuları və nəzərəçarpan yaddaş funksiyalarının enməsi ilə” (F07.0) kimi ağırlaşmalar müşahidə edilir?
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsi tərəfindən əlavə məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2024-cü il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 810/2024 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: 1,2. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı Sumqayıt şəhəri 1 saylı xəstəxananın poliklinika şöbəsinə və ATU-nun X3 göndərilmiş, xx.xx.2024-cü il tarixdə Bera testi əsasında ona “Hər iki qulaqda 3-4-cü dərəcə neyrosensor tip ağıreşitmə”, onun xx.xx.2024-cü il tarixdə poliklinikanın nevroloqu tərəfindən müayinəsi zamanı “G93.8keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, G93.4-posttravmatik ensefalopatiya, G25-sağtərəfli piramid çatışmazlıq və vestibulyar beyincik ataksiyası, G40-təkrarlanan generalizə qıcolma tutmaları, G93.2-kəllədaxili hipertenziya”, xx.xx.2024-cü il tarixdə psixiatr tərəfindən müayinəsi zamanı isə “F07.0-üzvi İ Qarabağ müharibəsi zamanı alınmış KBT nəticəsində şəxsiyyət pozuntusu, davranış pozuntuları və nəzərəçarpan yaddaş funksiyalarının enməsi ilə” diaqnozu müəyyən edilmişdir, lakin qeyd edilən diaqnozların əksəriyyəti özünün DTSERA-da əyani müayinəsi zamanı öz təsdiqini tapmamışdır.
9. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazı müdafiə edərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İİ. İddianın növü və mümkünlüyü
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məcburetmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malikdir.
14. İddia tələbinin xüsusi mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olub-olmaması ilə bağlıdır. Belə ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə imtina cavabı verilmişdir. İddiaçının iddia ərizəsi xx.xx.2023cü il tarixdə məhkəməyə daxil omuşdur.
15. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının yaşayış yeri Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.
İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
- xx.xx.2017-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “2.2.11.epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.09) meyar əsasında xx.xx.2021-ci il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirilmə tarixi xx.xx.2022 olaraq qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Kəllədəxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Eşitmənin dəqiqləşdirilmiş neyrosensor tipli itirilməsi, iki tərəfli neynrosensor ağır eşitmə.” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etmir və diaqnozun əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. - xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Kəllədəxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. (Posttravmatik ensefalopatiya. Xroniki kranialgiya sindorumu, qıcolma sindorumu). Üzvi mənşəli şəxsiyyət pozuntusu, davranış pozuntuları nəzərəçarpan yaddaş funksiyaların enməsi ilə. İkitərəfli qarşışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, iki tərəfli orta ağır (İİİ-İV) dərəcəli sensonerval tip eşitmə azlığı.” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etmir və diaqnozun əlillik təyin etmir barədə qərar qəbul edilmişdir.
İV. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 2.1-ci bəndinə əsasən, göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bəndinə əsasən, Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bəndinə əssən, tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının: 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.1.2-ci bəndinə əsasən, göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. 3.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
İV. Məhkəmənin mövqeyi
20. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
21. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində “2.2.11.epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.09) meyar əsasında xx.xx.2021-ci il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirilmə tarixi xx.xx.2022 olaraq qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Kəllədəxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Eşitmənin dəqiqləşdirilmiş neyrosensor tipli itirilməsi, iki tərəfli neynrosensor ağır eşitmə.” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etmir və diaqnozun əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Kəllədəxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. (Posttravmatik ensefalopatiya.Xroniki kranialgiya sindorumu, qıcolma sindorumu). Üzvi mənşəli şəxsiyyət pozuntusu, davranış pozuntuları ə nəzərəçarpan yaddaş funksiyaların enməsi ilə. İkitərəfli qarşışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, iki tərəfli orta ağır (İİİ-İV) dərəcəli sensonerval tip eşitmə azlığı.” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etmir və diaqnozun əlillik təyin etmir barədə qərar qəbul edilmişdir.
22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2024-cü il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 326/2024 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: 1.Vətəndaş İddiaçı məhkəmə tibbi müayinəsi zamanı başın sağ təpə nahiyəsində, sağ gözün üst qapağında, sol qaşın tüklü hissəsində, sol qulaq seyvanının böyük qıvrımında, sifətin sol yarısında, sol ağız bucağından 2,0 sm arxada, sol qalça tinində, döş qəfəsinin sol yan səthində, sağ budun orta 1\3-nin ön səthində, sağ ayaq pəncəsinin arxa səthində hərəsində bir ədəd olmaqla 10 ədəd köhnə çapıq toxumalar aşkar edildi. Qeyd edilənlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 928 nömrəli Qərarla qoyulan “Odlu silahın yaralanmasından sonra başın sağ təpə nahiyəsində bir ədəd, sağ gözüstü nahiyyədə, qaşın tüklü hissəsində bir ədəd, sol qulaq seyvanının böyük qıvrımında bir ədəd, sifətin sol yarısında, sol ağız bucağından 2,0sm arxaya bir ədəd, sol qalça tinində bir ədəd, döş qəfəsinin sol yan səthində bir ədəd, sağ budun orta 1\3-nin ön səthində bir ədəd, sağ ayaq pəncəsinin arxa səthində bir ədəd köhnə çapıq toxumalar diaqnozu ilə eynilik təşkil edir. 2.3.Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və X5” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı, lakin əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş diaqnoz qarardadda ekspertiza qarşısında qoyulmuş suallarda olan diaqnozlarla eynilik təşkil etdiyindən və diaqnozlar ona stasionarda müayinə və müalicəsi zamanı qoyulsada, əyani müayinədə öz təsdiqini tapmadı.
23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsi tərəfindən əlavə məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2024-cü il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 810/2024 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: 1.2. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı Sumqayıt şəhəri 1 saylı xəstəxananın poliklinika şöbəsinə və ATU-nun X3 göndərilmiş, xx.xx.2024-cü il tarixdə Bera testi əsasında ona “Hər iki qulaqda 3-4-cü dərəcə neyrosensor tip ağıreşitmə”, onun xx.xx.2024-cü il tarixdə poliklinikanın nevroloqu tərəfindən müayinəsi zamanı “G93.8keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, G93.4-posttravmatik ensefalopatiya, G25-sağtərəfli piramid çatışmazlıq və vestibulyar beyincik ataksiyası, G40-təkrarlanan generalizə qıcolma tutmaları, G93.2-kəllədaxili hipertenziya”, xx.xx.2024-cü il tarixdə psixiatr tərəfindən müayinəsi zamanı isə “F07.0-üzvi İ Qarabağ müharibəsi zamanı alınmış KBT nəticəsində şəxsiyyət pozuntusu, davranış pozuntuları və nəzərəçarpan yaddaş funksiyalarının enməsi ilə” diaqnozu müəyyən edilmişdir, lakin qeyd edilən diaqnozların əksəriyyəti özünün DTSERA-da əyani müayinəsi zamanı öz təsdiqini tapmamışdır.
24. Məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnozlara əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur.
25. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-cı bənd - Sinir sistemi xəstəlikləri - 6.6.2-ci bənd digər ekstrapiramid və hərəki pozuntular, 6.7-ci bənd – Epilepsiya, 7-ci bənd - Psixi və davranış pozuntuları - 7.6.2-ci bənd - üzvi mənşəli şəxsiyyət pozuntusu əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.
26. Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də, iddia əsaslı hesab edilməli və təmin edilməlidir.
27. İPM-in 52-ci maddəsinə görə, Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
28. İPM-in 68-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq) təyin edilməsi vəzifəsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X6-Abbaszadə