Məhkəmə qərarları › İş №2-1(118)-71/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-71/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-71/2023 12.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba bələdiyyəsinə qarşı “Quba şəhərinin Dəvədabanı adlanan ərazisində yerləşən JN-182 nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və JN-4989A nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında onun mülkiyyətində olan ümumilikdə 10 sot həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun, daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına edilmiş qeydin ləğv edilməsi, həmin qeyddən verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin bələdiyyə tərəfidən digər şəxslərə satılmasına dair alqı-satqı müqavilələrinə dair qeydlərin ləğv edilməsi, həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələri əsasında daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydlərin ləğv edilməsi, həmin qeydlər əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, həmçinin həmin hüquqverici sənədlər əsasında edilmiş digər qeydlərin ləğv edilməsi və qeydlər əsasında verilmiş sənədlərin müəyyən edilərək etibarsız hesab edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba bələdiyyəsinə qarşı “Quba şəhərinin Dəvədabanı adlanan ərazisində yerləşən JN-182 nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və JN-4989A nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında onun mülkiyyətində olan ümumilikdə 10 sot həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun, daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına edilmiş qeydin ləğv edilməsi, həmin qeyddən verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin bələdiyyə tərəfidən digər şəxslərə satılmasına dair alqı-satqı müqavilələrinə dair qeydlərin ləğv edilməsi, həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələri əsasında daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydlərin ləğv edilməsi, həmin qeydlər əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, həmçinin həmin hüquqverici sənədlər əsasında edilmiş digər qeydlərin ləğv edilməsi və qeydlər əsasında verilmiş sənədlərin müəyyən edilərək etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-257/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 və X6, 2-1(118)-71/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 31 iyul 2021-ci il tarixdə, 04-05 nəfər şəxs, biri özünü Gülsüm və torpağın alıcısı, digəri özünü bələdiyyə əməkdaşı kimi təqdim edən, əlavə iki nəfərlə birlikdə, qanuni əsaslarla iddiaçının mülkiyyətinə verilmiş və 15 il ərzində onun istifadəsində olan Quba şəhərinin “Dəvədabanı” adlanan ərazisində yerləşən 10 sot həyətyanı torpaq sahəsinə hücum edib, metal tor hasarını sökərək torpaq sahəsini zəbt etmişlər. Onlardan nə baş verdiyini soruşanda özünü torpaq sahəsinin alıcısı Gülsüm kimi təqdim edən şəxs (qadın) və bələdiyyə işçiləri ona bildirmişdirlər ki, bu torpaq sahəsini odan alaraq Gülsümə satmışdırlar. Gülsüm məsafədən ona daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış göstərsə də , çıxarışda edilmiş qeydləri oxumağa imkan verməmişdir. Məsələ ilə bağlı Quba bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Quba bələdiyyəsinin 13 avqust 2021-ci il tarixli, № 808 nömrəli məktubunun əslində göstərilir: “Dəvədabanı massivində yerləşən bələdiyyə mülkiyyətinə məxsus 0,10 ha torpaq sahəsinin Sizin olması iddiası həqiqətə uyğun deyildir. Belə ki, torpaq sahəsi mülkiyyətə alınarkən torpaq sahəsinin kadastr göstəricilərinin və yerquruluşu planının Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin tabeliyindəki, "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat idarəsindən, memarlıq və tikinti şöbəsinin rəyinin Rayon İcra Hakimiyyətindən və bələdiyyə torpaqlarının mülkiyyətə (istifadəyə və icarəyə) verilməsinə dair rəyinin “Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəyin verilməsi haqqında” Təlimatın tələblərinə uyğun Xaçmaz Ərazi şöbəsindən hazırlanaraq təqdim edilir. Yuxarıda qeyd olunduğu kimi Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin və Rayon İcra Hakimiyyətinin müvafiq rəyləri əsasında prosedura müvafiq olaraq aidiyyəti üzrə torpaq sahəsi sonda DƏDRX 5 saylı Ərazi İdarəsinin hazırladığı çıxarış əsasında mülkiyyətə alınır. Sözügedən torpaq sahəsində sizə məxsus hər hansı qanuni sənəd olarsa həmin torpaq sahəsinin mülkiyyətə alınması mümkün olmazdı. Əlavə olaraq qeyd edir ki, təqdim etdiyi aktların qanunamüvafiq olaraq baza məlumatları yoxdur və ayrılan torpaq sahəsinin koordinatları əks olunmur. Təqdim etdiyiniz sənədlər əsasında iddia etdiyiniz yerin Sizə məxsus olub-olmadığını məhkəmə qaydasında aydınlaşdıra bilərsiniz. O, cümlədən nəzərinizə çatdırmaq istəyirik ki, iddia etdiyiniz torpaq sahəsi Bələdiyyənin perspektiv inkişaf fonduna aid yaşayış məntəqələri torpaqlarına aid olduğuna görə qanunamüvafıq olaraq iki aztəminatlı, himayəsində fiziki qüsurlu övladları olan ailəyə və bir birinci Qarabağ Müharibəsi qazisinə notariat qaydada alqı-satqı yolu ilə satılmışdır”. Hesab edir ki, Quba şəhərinin “Dəvədabanı” adlanan ərazisində yerləşən, iddiaçının mülkiyyətində olan 10 sot həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində cavabdeh Quba bələdiyyəsinin adına edilmiş qeyd ləğv edilməli, həmin qeyddən verilmiş çıxarış etibarsız hesab edilməli, həmin torpaq sahəsinin bələdiyyə tərəfindən digər şəxslərə satılmasına dair alqı-satqı müqavilələri etibarsız hesab edilməli, həmin alqı-satqı müqavilələri əsasında daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydlər ləğv edilməli, həmin qeydlər əsasında verilmiş çıxarışlar etibarsız hesab edilməlidir. Hazırki iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının X11 filialının 26 avqust 2021-ci il, № 864 nömrəli “Arxiv arayışı”-nın əslinə əsasən Quba RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının 24 aprel 1995-ci il tarixli, № 10 nömrəli iclas protokolundan göründüyü kimi komissiyanın 24 aprel 1995-ci il tarixli qərarı ilə Quba şəhərində fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqdan ötrü növbədə duran X3 (Ünvan: Quba şəh., Fətəli xan küç., 2b) torpaq sahəsinin verilməsi məqsədəuyğun hesab edilmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin 25 aprel 1995-ci il tarixli, № 25 nömrəli “Sərəncamı”nın X11 filialı tərəfindən təsdiq olunmuş surətindən göründüyü kimi, Quba RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının 24 aprel 1995-ci il tarixli, № 10 nömrəli iclas protokolu təsdiq edilmiş, fərdi yaşayış evinin tikintisinin başlanmasına sərəncam verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının X11 filialının 26 avqust 2021-ci il, № 865 nömrəli “Arxiv arayışı”-nın əslində göstərilən Quba RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının 14 sentyabr 1995-ci il tarixli, № 13 nömrəli iclas protokolundan göründüyü kimi komissiyanın 26 aprel 1995-ci il tarixli qərarı ilə Quba şəhərində fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqdan ötrü növbədə duran X4 (Ünvan: Quba şəh., Gənclər küç., 52) torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Quba RtHB-nın Quba şəhəri üzrə nümayəndəsinin 14 sentyabr 1995-cİ il tarixli, № 58 nömrəli “Sərəncamı”-nın X11 filialı tərəfindən təsdiq olunmuş surətindən göründüyü kimi, Quba RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının 14 oktyabr 1995-ci il tarixli, № 13 nömrəli iclas protokolu təsdiq edilmiş, fərdi yaşayış evinin tikintisinin başlanmasına sərəncam verilmişdir. 08 iyun 1971-ci il tarixli, A3 № 147413 nömrəli “Evlənmək haqqında şəhadətnamə”-nin notariat kontorunda təsdiq olunmuş surətindən göründüyü kimi X8 ilə mən nikah bağlayaraq ailə həyatı qurmuşdur. X2 vəfat etməmişdən əvvəl Quba rayonu aqrar islahat komissiyasının fəaliyyəti zamanı Quba RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının qərarı ilə ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququ onun adına rəsmiləşdirilərək bu barədə adına “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Belə ki, hazırki iddia ərizəsinə əlavə edilmiş JN - 4989A nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin notariat kontorunda təsdiq edilmiş surətindən göründüyü kimi Quba rayonu aqrar islahat komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə Quba şəhərinin “Dəvədabanı” adlanan ərazisində fərdi yaşayış evi tikintisi üçün 0,05 ha torpaq sahəsi onun mülkiyyətinə verilmiş və həmin hüquq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin qeydlər kitabında 1054 nömrə ilə qeydə alınmışdır. 18 avqust 2004-cü il tarixli, A3 № 114679 nömrəli “Ölüm haqqında şəhadətnamə”-nin notariat kontorunda təsdiq olunmuş surətindən göründüyü kimi X8 xx.xx.2004-cü İl tarixdə Quba şəhərində vəfat etmişdir. JN - 182 nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin notariat kontorunda təsdiq edilmiş surətindən göründüyü kimi, Quba rayonunun Dövlət notariat kontorunun 27 aprel 2005 -ci il tarixli, 04 — ə - 764 saylı alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi tikintisi üçün Quba şəhəri ərazisində 0,05 ha həmin torpaq sahəsi ona satılmış və bundan sonra həmin torpaq sahəsinə onun mülkiyyət hüququ, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin qeydlər kitabında 1055 nömrə ilə qeydə alınmışdır. Həmin hər iki həyətyanı torpaq sahələri bitişikdir. 05 may 1997-ci il tarixli, AP seriyalı, № 644763 nömrəli ödəniş qəbzinin əslindən göründüyü kimi, əri X1 şəhərində olan torpağa dair 2250 (iki min, iki yüz əlli) manat məbləğində torpaq vergisi ödəmişdir. xx.xx.2019-cu il tarixli, № CLD**********19 nömrəli ödəniş qəbzinin əslindən göründüyü kimi o, Quba şəhəri “Dəvədabanı” massivində olan torpağa dair ötən dövrlərə görə Quba bələdiyyəsinin hesabına 10 (on) manat məbləğində torpaq vergisi ödəmişdir. 12 avqust 2006-cı il tarixli, № 268133 nömrəli ödəniş qəbzinin notariat kontorunda təsdiq olunmuş surətindən göründüyü kimi o, Quba şəhəri “Dəvədabanı” massivində olan torpaq sahəsinə görə Quba bələdiyyəsinin hesabına 04,40 (dörd manat, qırx qəpik) manat məbləğində torpaq vergisi ödəmişdir. xx.xx.2021-ci il tarixli, № ********* nömrəli ödəniş qəbzinin əslindən göründüyü kimi o, Quba şəhərində olan torpağa dair Quba bələdiyyəsinin hesabına əvvəlcədən 11,28 (on bir manat, iyirmi səkkiz qəpik) manat məbləğində torpaq vergisi ödəmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” hər iki Şəhadətnamə əsasında əldə etdiyim hər iki torpaq sahəsini vahid ərazi kimi metal torla hasarlayaraq torpaq sahəsindən öz mülkiyyəti kimi istifadə edərək torpaqlara aqrar qulluq edərək əkib becərmişdir, birgə torpaq sahəsində tikinti işi apararaq fərdi yaşayış evinin özəl hissəsini inşa etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə tərəfindən dinlənilmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının nümayəndəsi və vəkilinə həmin normaya uyğun olaraq müvafiq yardım edilmiş və inzibati məhkəmə icraatında iddianı qaldıran şəxsin həmin iddia ilə bağlı subyektiv hüquqa malik olmamasının iddianın mükünsüzlüyünə səbəb olacağı izah edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaya olduğu kimi baxılmasını və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbi Quba şəhərinin Dəvədabanı adlanan ərazisində yerləşən JN-182 nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və JN-4989A nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında iddiaçının mülkiyyətində olan ümumilikdə 10 sot həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun, daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına edilmiş qeydin ləğv edilməsi, həmin qeyddən verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin bələdiyyə tərəfidən digər şəxslərə satılmasına dair alqı-satqı müqavilələrinə dair qeydlərin ləğv edilməsi, həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələri əsasında daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydlərin ləğv edilməsi, həmin qeydlər əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, həmçinin həmin hüquqverici sənədlər əsasında edilmiş digər qeydlərin ləğv edilməsi və qeydlər əsasında verilmiş sənədlərin müəyyən edilərək etibarsız hesab edilməsindən ibarətdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxil olduğundan ilk növbədə onun həmin iddianı qaldırmaqda subyektiv hüququnun mövcud olub-olmaması müəyyən edilməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materialları ilə müəyyən olunur ki, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mərhum X2na Quba RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının 24 aprel 1995-ci il tarixli, № 10 nömrəli iclas protokolundan göründüyü kimi komissiyanın 24 aprel 1995-ci il tarixli qərarı ilə Quba şəhərində fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı ərindən miras qalmış torpaq sahəsinin Quba bələdiyyəsinin 28 iyul 2004-cü il tarixli, 11 saylı, 07 iyun 2005-ci il tarixli, 07 saylı və 27 iyul 2007-ci il tarixli, 08 saylı qərarları ilə üçüncü şəxslərə ayrıldığını iddia edir. Bu səbəbdən məhkəmədən bələdiyyənin qeyd edilən qərarlarının ləğv edilməsini tələb edir. Məhkəmənin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə mütəxəssis rəyi verilməsi üçün ünvanlanmış sorğusu ilə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi (göstərdiyi) torpaq sahəsi üçüncü şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. Beləliklə hazırki işdə iddiaçı əvvəllər istifadəsində olmuş torpaq sahəsi bələdiyyənin mübahisə edilən qərarları əsasında üçüncü şəxslərə satılmışdır. Lakin iddiaçı ona ayrılmış torpaq sahəsinin naturada quruluşunu, koordinatlarını müəyyən edən hər hansı sənədi (yerquruluşu planından çıxarışı, torpaq sahəsinin planını və ölçü sənədini, torpaq sahəsinin koordinatlarını) məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxsə ayrılmış torpaq sahəsinin məhz iddiaçıya aid olmasını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilmədiyindən onun həmin torpaq sahəsi üzərində subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasını əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının hər hansı hüququnun pozulması, həmin torpaq sahəsi üzərində subyektiv hüquqlara malik olması məhkəmə iclasında təsdiqini tapmadığından, iddia mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba bələdiyyəsinə qarşı “Quba bələdiyyəsinin 28 iyul 2004-cü il tarixli, 11 saylı, 07 iyun 2005-ci il tarixli, 07 saylı və 27 iyul 2007-ci il tarixli, 08 saylı qərarlarının ləğv olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar