Məhkəmə qərarları › İş №2-1(118)-710/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-710/2020

17.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-710/2020 17.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X1rşı “Xaçmaz rayonu Xudat şəhər ərazisində 2006-cı ildə qanuni istifadəsinə ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılması” barədə iddiasının mümkünlüyünü Sumqayıt şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X1rşı iddia qaldıraraq Xaçmaz rayonu Xudat şəhər ərazisində 2006-cı ildə qanuni istifadəsinə ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasıbarədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İş materiallarından görsənir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-3340/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X1rşı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçıya izah olunub ki, göstərilən nöqsanları aradan qaldırmaqla hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə xüsusi icraat qaydasında ümumi məhkəməyə, inzibati orqanın üzərinə öhdəliyin qoyulması (çıxarışın verilməsi) tələbi ilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Eyni zamanda iddiaçının sorğusuna inzibati orqanın cavabı iş materiallarına əlavə edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, ona Xaçmaz rayonu, Xudat bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 23 saylı qərarına əsasən Xaçmaz rayonu, Xudat şəhəri ərazisində 0,08 hektar həyətyanı torpaq sahəsi (kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı) mülkiyyətinə verilib. Həmin torpaq sahəsi qanuni əsaslarla istifadəsinə ayrılmışdır. Qanuni istifadə ayrımış torpaq sahəsinə dair JN 1699F, 30202004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” işlənmişdir. Həmin şəhadətnamə 2006-cı ildə təsdiq edilsə də, o, bu sənədə çıxarış ala bilməmişdir. Şəhadətnamədə göstərilir ki, Xaçmaz rayonu, Xudat şəhəri ərazisində ona Xaçmaz rayonu, Xudat bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 23 saylı qərarı ilə 0,08 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bu şəhadətnamə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və X2 İnstitutu tərfındən hazırlanmış və təsdiq edilmişdir. Dövlət Torpaq Xəritəçəkmə Komitəsi ləğv edildiyindən o, müvafiq sənədlərini reyesyr xidmətinə təqdim edərək, torpaq sahəsinə dair mülkiyyət sənədi (çıxarış) verilməsini xahiş edib. Lakin Dövlət Torpaq Xəritəçəkmə Komitəsi ləğv olunduğundan JN 1699F, 30202004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” 5 saylı X3 təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçməmişdir və məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Ona görədə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə mülkiyyət hüququnun tanınmasına dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququnun tanınmasına dair tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bundan əlavə iddiaçının inzibati orqana müraciəti ilə bağlı iş materiallarından görsənir ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinə xx xxxxxx 2019-cu il tarixli sorğu ilə müraciət etmiş, onun müraciətinə xx xxxxxx 2019-cu il tarixli **********57 saylı məktubla cavab verilmişdir. Cavabdeh inzibati orqanın cavab məktubu məlumat xarakterlidir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçının müəyyən subyektiv hüququn tanınması üçün inzibati orqana müraciət etmədən, birbaşa məhkəməyə müraciət edərək həmin hüququn tanınmasını məhkəmədən tələb etməsi inzibati məhkəmə icraatında nəzərdə tutulmamışdır. İddiaçıya izah olunsun ki, inzibati məhkəmə icraat qaydasında məcburetmə haqqında iddialara baxılması üçün səlahiyyətli inzibati orqana istədiyi inzibati aktın qəbul edilməsi üçün həmin aktın qəbul edilməsini istəyən şəxs tərəfindən qanunda nəzərdə tutulduğu formada müraciət edilməlidir. İnzibati orqan istənilən inzibati aktı qəbul etməkdən imtina edərsə 30 gün müddətində, hərəkətsizlik göstərərsə müraciətdən 35 gün sonra məcburetmə haqqında iddia qaldırıla bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar