Məhkəmə qərarları › İş №2-1(118)-710/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-710/2021

19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-710/2021 19.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı Abşeron rayonu Masazır bələdiyyəsinin cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 2 saylı notariat kontoruna qarşı məktubun etibarsız sayılması və notariat kontorunda x xxxxx 2020-ci il tarixli reyestrdə 3M-371, 3M-373 və 3M-374 sıra nömrəsi ilə təsdiq edilmiş icarə müqavilələrinə və bundan irəli gələn hüquqi nəticələrin xitam verilməsi ilə bağlı Xırdalan şəhər 2 saylı notariat kontoruna həvalə edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Abşeron rayonu Masazır bələdiyyəsi cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 2 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məktubun etibarsız sayılması və notariat kontorunda x xxxxx 2020-ci il tarixli reyestrdə 3M-371, 3M-373 və 3M-374 sıra nömrəsi ilə təsdiq edilmiş icarə müqavilələrinə və bundan irəli gələn hüquqi nəticələrin xitam verilməsi ilə bağlı Xırdalan şəhər 2 saylı notariat kontoruna həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Masazır bələdiyyəsi vətəndaş X2 ilə Masazır kəndində yerləşən 0,1078 ha (xx.xx.2020-ci il tarixli, 3M-373 saylı), 0,2013 ha (xx.xx.2020-ci il tarixli 3M-371 saylı) və 0,1073 ha (xx.xx.2020-ci il tarixli 3M-374 saylı) torpaq sahələrinə dair icarə müqaviləsi bağlanılmışdır. Həmin torpaq sahələri kənd təsərrüfatı təyinatı üzrə ayrılsa da, X3 oölu tərəfindən göstərilən torpaq sahəsində qanunsuz tikinti işləri aparılmışdır. Bununla da icarə müqaviləsinin şərtləri onun tərəfindən pozulmuşdur.bu baxımdan Masazır bələdiyyəsinin ümumi iclasının xx.xx.2020ci il tarixli 16/01 saylı qərarı ilə K.Məmişov ilə bağlanılmış icarə müqavilələrinə xitam verilmişdir. Lakin cavabdeh notariat kontoru icarə müqavillərinə yalnız məhkəmə qərarı ilə xitam verilə biləcəyini bildirmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Tərədlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi hazırki mübahisənin mahiyyəti bələdiyyə ilə vətəndaş X2 arasında bağlanmış torpaq icarə müqavilələrinin ləğv edilməsi barədədir. Mübahisənin xarakterindən göründüyü kimi iddiaçının tələbi mülki münasibətlərdən yaranmışdır və müvafiq mübahisə inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə aid deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə mübahisə inzibati deyil, mülki-hüquqi xarakterlidir. Bu səbəbdən də iddia tələbinə inzibati mübahisə kimi inzibati məhkəməsində baxıla bilməz. Beləliklə, cavabdeh inzibati orqan olsa da, hazırki mübahisə təbiətinə görə mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Bununıla bağlı məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərindən yarandığından müvafiq iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. İddia tələbinin bir hissəsi notariat kontorunun məktubunun etibarsız sayılması barədə olsa da, həmin tələb də icarə müqavilələrinin ləğv edilməsinə yönəldiyi və göstərilən məktubun etibarsız sayılmasının heç bir hüquqi nəticə yaratmadığı nəzərə alınaraq məhkənə iddianın mümkün sayılmaması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Abşeron rayonu Masazır bələdiyyəsinin cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 2 saylı notariat kontoruna qarşı məktubun etibarsız sayılması və notariat kontorunda x xxxxx 2020-ci il tarixli reyestrdə 3M-371, 3M-373 və 3M-374 sıra nömrəsi ilə təsdiq edilmiş icarə müqavilələrinə və bundan irəli gələn hüquqi nəticələrin xitam verilməsi ilə bağlı Xırdalan şəhər 2 saylı notariat kontoruna həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmamalı, iddiaçıya müvafiq iddia ilə cavabdeh orqanın yerləşdiyi yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Abşeron rayonu Masazır bələdiyyəsinin cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 2 saylı notariat kontoruna qarşı məktubun etibarsız sayılması və notariat kontorunda x xxxxx 2020-ci il tarixli reyestrdə 3M-371, 3M-373 və 3M-374 sıra nömrəsi ilə təsdiq edilmiş icarə müqavilələrinə və bundan irəli gələn hüquqi nəticələrin xitam verilməsi ilə bağlı Xırdalan şəhər 2 saylı notariat kontoruna həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar