Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-710/2022 18.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Abşeron rayon XDS İcraiyyə Komitəsinin 29 yanvar 1988ci il tarixli 08/08 saylı qərarı əsasında Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29652 nömrə ilə reyestrdə qeydiyyata alınmış, Abşeron rayonu, (keçmiş Xırdlan qəsəbəsi) Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən yaşayış sahəsi 51,9 kv.m, köməkçi sahəsi 20,7 kv.m-dən ibarət 3 (üç) otaqlı 116 saylı fərdi yaşayış evinə dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsinə həvalə edilməsinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “Abşeron rayon XDS İcraiyyə Komitəsinin 29 yanvar 1988-ci il tarixli 08/08 saylı qərarı əsasında Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29652 nömrə ilə reyestrdə qeydiyyata alınmış, Abşeron rayonu, (keçmiş Xırdlan qəsəbəsi) Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən yaşayış sahəsi 51,9 kv.m, köməkçi sahəsi 20,7 kv.m-dən ibarət 3 (üç) otaqlı 116 saylı fərdi yaşayış evinə dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsinə həvalə edilməsinə”dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, (keçmiş Xırdlan qəsəbəsi) Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən yaşayış sahəsi 51,9 kv.m, köməkçi sahəsi 20,7 kv.m-dən ibarət 3 (üç) otaqlı 116 saylı fərdi yaşayış evi iddiaçıya məxsusdur. Bu barədə ona Abşeron rayon XDS İcraiyyə Komitəsinin 29 yanvar 1988-ci il tarixli 08/08 saylı qərarı əsasında Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29652 nömrə ilə reyestrdə qeydiyyata alınmış, 3132 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Eyni zamanda ona məxsus evə dair 2003-cü ildə texniki pasport tərtib edilmiş və 3205 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçıya məxsus evə dair verilmiş qeydiyyat vəsiqəsini naməlum şəraitdə itirdiyindən çıxarışın verilməsi barədə cavabdeh orqana müraciət etmiş, lakin idarədən 29652 reyestr nömrəli qeydiyyat vəsiqəsinin arxiv əsaslarında aşkar edilmədiyi bildirilərək çıxarışın verilməsindən imtina olunmuşdur. Lakin buna baxmayaraq texniki pasportun təsdiq olunmuş surətini ona təqdim etmişlər. Göründüyü kimi cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə tam ziddir. Buna görə hazırki tələblə cavabdehə qarşı məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdeh orqan tərəfindən verilmiş imtina məktubunda qeydiyyat vəsiqəsinin aşkar edilmədiyi göstərilsə də, ona texniki pasportun təsdiq olunmuş surəti təqdim edilmiş və həmin texniki pasportda qeydiyyat nömrəsi qrafasında 29652 nömrəsi qeyd edilmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh orqan qeydiyyat vəsiqəsinin aşkar edilmədiyini bildirsə də, ona məxsus evə dair verilmiş qeydiyyat vəsiqəsinin nömrəsinin 29652 olmasını təsdiq edir. İddiaçıya məxsus evə dair qeydiyyat vəsiqəsinin idarənin arxivində aşkar edilməməsi isə, həmin evə mülkiyyət hüququnun mövcud olmaması anlamına gəlmir. Qeydiyyat vəsiqəsinin idarənin arxivində aşkar edilməməsi (itirilməsi) idarənin əməkdaşlarının işə səhlənkar yanaşmaları səbəbindən baş verə bilər. “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” AR Qanunun 15.1.1-ci, 15.1.2- ci, 15.1.3-cü, 15.1.4-cü, 15.1.5-ci və 15.1.6-cı maddələrinə əsasən əgər dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və bu qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Halbuki, cavabdeh orqana təqdim etdiyi mülkiyyətində olan evə dair qeydiyyat vəsiqəsinin surətini, həmçinin texniki pasport çıxarışın verilməsi üçün əsas yaratmış, ərizəmin icrasından imtina edilməsinə hər hansı bir əsas mövcud olmamış və bu mənada hesab edir ki, cavabdeh orqan iddiaçıya məxsus evə dair çıxarışın verilməsindən əsassız olaraq imtina etmişdir. Belə ki, yuxarıda qeyd olunan “Daşmmaz Əmlakın Dövlət Reyestri Haqqında” AR Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtina edilməsi üçün əsaslar göstərilmiş və cavabdeh orqan tərəfindən iddiaçıya məxsus evə dair çıxarışın verilməsindən imtina edərkən həmin qanunda qeyd olunan əsasların heç biri müəyyən edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” AR Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” AR Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızına hüquqi yardım edilmiş, izah edilmişdir ki, hazırki tələblə cavabdeh inzibati orqana müraciət etdikdən sonra cavabdehin imtina və ya hərəkətsizlik etdiyi halda məhkəməyə müraciət edə bilər. İnzibati orqana hansı tələblə müraciət edilmişdirsə, eyni tələblə məhkəməyə müraciət edilə bilər, fərqli tələb irəli sürülməsi iddianın mümkünsüzlüyünə səbəb olur. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi ilə iddiaçı Abşeron rayon XDS İcraiyyə Komitəsinin 29 yanvar 1988-ci il tarixli 08/08 saylı qərarı əsasında Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29652 nömrə ilə reyestrdə qeydiyyata alınmış, Abşeron rayonu, (keçmiş Xırdlan qəsəbəsi) Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən yaşayış sahəsi 51,9 kv.m, köməkçi sahəsi 20,7 kv.m-dən ibarət 3 (üç) otaqlı 116 saylı fərdi yaşayış evinə dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın verilməsini tələb edir. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. İddiaçının müraciəti qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətinin verilməsi ilə bağlı olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, inzibati orqana müraciəti ilə bağlı tələblə məhkəməıyə müraciət edə bilər, hazırkı tələblə bağlı isə ilkin olaraq inzibati orqana müracət etməlidir. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə inzibati orqana müraciəti ilə əlaqədar tələblə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-710/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-710/2022
18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver