Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-710/2024 02.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə qarşı “ DAEYWOO BS 090 markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən qeydiyyatla bağlı məhdudiyyətin götürülməsi, aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinədair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib ona məxsus olan “Daewoo BS090” markalı, ** TE *** nömrə nişanlı avtomobilin üzərindən yüklülüyün götürülməsi, avtomobilin onun adına rəsmiləşdirilməsi və həmin avtomobilə yeni texpasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 “Daewoo BS090” avtobus markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Həmin avtomobilin banka borcu olmuşdur və onların ilkin razılaşmasına əsasən o, həmin borcu (18.000 manat) hissə-hissə banka ödəmiş. X5 Ziyadxan əğlu tərəfindən avtobusu girov qoymaqla “Azərbaycan Respublikası Beynəlxalq Bank”ına yaranmışdır. Ona bu səlahiyyəti X4 xx.xx.2015-ci il tarixli, AR-İ 14404851 saylı etibarnamə ilə vermişdir. İddiaçı borcu tam ödədiyi üçün avtomobilin onun adına keçməsi üçün zəruri sənədləşmənin icra edilməsini bankdan tələb etmişdir. Lakin, avtobusu yüklülükdən azad etmək mümkün olmamışdır. Belə olan təqdirdə bank Baş X8nə müraciət etmiş, müraciətdə göstərilir ki, ABB Nəqliyyat filialı ilə X4 arasında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən Ə.Ə.Qarayevə məxsus “Daewoo BS090” avtobus markalı avtomobilini ipoteka ilə yüklənmişdir. DYP-dən verilən cavabda göstərilir ki, avtomobilin üzərinə məhkəmə tərəfindən həbs qoyulmuşdur və bu yalnız məhkəmə tərəfindən götürülməlidir. İddiaçı Sabunçu Rayon Məhkəməsinə müraciət edərək icra məmurunun təqdimatı əsasında qoyulmuş həbsin götürülməsini xahiş etmiş, Məhkəmənin qərardadı ilə həbs qoyulması ilə bağlı qəbul edilmiş, qərardadın ləğv edilməsi, avtomobilin üzərindən həbsin götürülməsi qərara alınmışdı. Təəssüf ki, məhkəmənin DYP-nə göndərilən həmin qərardadın tələbləri bu günədək yerinə yetirilməmişdir. Nəticədə o, həm, banka olan kredit borcunu tam olaraq ödəmiş, həm də, dəyərini ödədiyi və hüquqi sahibinə çevrildiyi avtomobili faktiki olaraq istifadə edə bilmir. Bank cavabdehə müraciət edərək həmin avtomobilin ipoteka ilə yüklənməsini göstərmiş və kredit və hesablanmış faizlər ödənildiyi üçün avtomobilin girovdan çıxarılmasını cavabdehdən xahiş etmişdir. Cavabdeh göstərilən tələbləri yerinə yetirmədiyi üçün barəsində məcburetmə qətnaməsi çıxarılmalı və onun mülkiyyət hüququ təmin edilməlidir.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, “Sizin, 24 iyun 2024-cü il tarixli 2-1 (118)-710/2024 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, DİN Baş X8 idarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən «DAEWOO BS090 AVTOBUS MİCROAVTOBUS» markalı **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2011ci il tarixdən X2 adında qeydiyyatda olmaqla, ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Nəqliyyat filialında girovdadır. Nəqliyyat vasitəsi barədə məlumatların kompüter çıxarışı Sizə göndərilir. Həmçinin bildiririk ki, ((Azərbaycan Beynəlxalq Bankı» ASC-nin xx.xx.2015-ci il tarixli 1152 və Naxçıvan şəhər icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 59385/2024 nömrəli məktubları ilə ((DAEWOO BS090 AVTOBUS MİCROAVTOBUS» markalı **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyulmuşdur. Bununla yanaşı nəqliyyat vasitəsinin yol hərəkəti sahəsində inzibati xətanın törədilməsinə görə tərtib edilmiş protokol üzrə ödənilməmiş 1 ədəd EQ19931585 nömrəli cəriməsi vardır”. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs və cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçncü şəxsin və cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Avtomobilin qeydiyyat şəhadətnaməsinin surəti, etibarnamənin surəti, 011/18 nömrəli, xx.xx.2019-cu il tarixli Avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin surəti, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-765/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadının surəti, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-175/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadının surəti, Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu, Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış, üçüncü şəxs X4 tərəfindən təqdim edilmiş teleqram və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İşin araşdırılan hallarından görünür ki, X4 “DAEWOO BS090 AVTOBUS MİCROAVTOBUS” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisidir. xx.xx.2015-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı X2 adına olan bütün daşınan əmlakları idarə etməyi, həmin əmlaklar üzərində sərəncam verməyi Baş etibarnamə ilə səlahiyyətlər verilmişdir. Bu səbəbdən iddiaçının istifadəsində və faktiki sahibliyində olan avtomobil üzərində qoyulmuş məhddudiyyətlərin qaldırılmasını BDYPİ-yə müraciət etmiş və Baş X8 İdarəsində onun müraciəti müsbət həll edilməmişdir. Bu səbədən mövcud mübahisə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-175/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, İddiaçı müraciəti əsasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-765/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı ilə mübahisəli avtobus üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Bundan başqa qeyd olunan avtobus 01 yanvar 2019-cu il tarixli icarə müqaviləsi əsasında İddiaçı tərəfindən "xxxx" MMC-yə icarəyə verilmiş və həmin müqavilə əsasında hal hazırda avtobus xəttə buraxılaraq "xxxx" MMC tərəfindən idarə olunur.Digər tərəfədən o da nəzərə alınmalıdır ki, avtobusun dəyəri nəqliyyat vasitəsinin texniki pasportunda göstərilmiş sahibi X3 ödənilib, Əli Qarayev tərəfindən avtobus ilə bağlı sərəncamvermə etibarnaməsi verilib və avtobusun yerdə qalan dəyəri bank qəbzlərinə əsasən İddiaçı tərəfindən ödənilib. Məhkəmə arşdırması zamanı o da müəyyən edilmişdir ki, həmin nəqliyyat vasitəsi 10 ildən artıqdır ki, İddiaçı sahibliyindədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir.Göründüyü kimi qeyd olunan avtobusun üzərində İddiaçı münasibətdə mülkiyyət hüququnun müvafiq aspektləri mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, onun hazırkı iddia tələbinin qaldırmaqda subyektiv hüququ var. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi arqumentlərin əsassız olması öz təsdiqini tapmışdır. Belə ki, Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Mərkəzi informasiya Sisteminə yerləşdirilimiş məlumatlara əsasən DAEWOO BS090 markalı 10TE907 dövlət qeydiyyat nişanlı avtobusun üzərində ödənilməmiş hərhansı bir cərimə borcunun olması müəyyən olunmamışdır. Hal-hazırda, qeyd olunan nəqliyyat vasitəsinin ödənilməyən cəriməsi mövcud deyil. İş materillarına əlavə edilmiş və Azərbaycan Beynalxalq Bankı tərəfindən Baş X8nə göndərilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X4 ilə bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəlik icra edildiyi üçün avtobusun girov qeydiyyatından çıxarılmasına etiraz yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının konstitusion hüquqularının həyata keçirilməsində hər hansı bir məhdudiyyət yoxdur. Nəzərə alınmalıdır ki, üçüncü şəxs X4 tərəfindən məhkəmyə təqdim edilmiş teleqramdan da görünür ki, mübahisəli nəqliyyat vasitəsini İddiaçı satmış və həmin vaxtdan iddiaçının ona heç bir borcu qalmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 32-ci maddəsinin İ-ci hissəsinə görə bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs, müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir. Həmin Qanunun 32-ci maddəsinin İİ-ci hissəsinə görə nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, girov qoyulması yalnız nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır. Həmin Qanunun 27-ci maddəsinin V-İ-bi yarımbəndinə əsasən nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatı, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanlar tərəfindən daşınar əmlakın müvafiq rəsmi reyestrində aparılır və reyestrdən çıxarış ipoteka saxlayana təqdim edilir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən çıxarışda ipotekanın dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyatın yeri, vaxtı (tarixi və saatı), qeydiyyat nömrəsi, ipoteka saxlayan və ipoteka qoyan barədə, habelə ipoteka predmetinin eyniləşdirilməsi üçün zəruri məlumatlar göstərilir. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Nəqliyyat vasitəsinin ipoteka ilə yüklü olması nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd edilir və ipotekaya xitam verildikdə bu qeyd ləğv edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 48-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ya girov qoyulmasına dair müqavilələr isə onların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X8 İdarəsi tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli daşınar əmlak DAEYWOO BS 090 markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən qeydiyyatla bağlı məhdudiyyətin götürülməsi, aradan qaldırılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə həvalə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. “DAEWOO BS090 AVTOBUS MİCROAVTOBUS” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərindən qeydiyyatla bağlı məhdudiyyətin götürülməsi, aradan qaldırılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-710/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-710/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver