Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-710/2025 05.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X12 Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyəsinin 79 nömrəli xx.xx.2003-cü il tarixli qərarının ləğv olunmasına dair qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2690/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi mümükün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apaellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-1108/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə sözügedən qərardad ləğv edilmiş və inzibati iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 3.1-ci maddələrinə və həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 922 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bələdiyyələrin, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına, Azərbaycan Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinentinin qərarlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Həmin qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1 -ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1 -ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına uyğun olaraq vətəndaş M.Ramazanovun xx.xx.2023-cü il tarixdə İddiaçınə daxil olmuş müraciəti üzrə inzibati nəzarət icraatı qaydasında araşdırmaya başlanmışdır. Belə ki, vətəndaş ilkin müraciətində “İSKO” QTSC-nin icarəsinə ayrılmış 5.0 ha bələdiyyə torpağında qanunsuz olaraq icarəçi tərəfindən ona hər hansı hüquqtəsdiqedici sənəd olmadan şifahi razılaşma əsasında torpaq sahəsinin satıldığını (0.06 ha), nəticədə həmin şəxs tərəfindən qanunsuz olaraq icarə torpağından əlavə gəlir götürüldüyü qeyd olunmuşdur. Tərəfindən vətəndaşa sözügedən faktla bağlı məhkəməyə müraciət edilməsi və nəticəsindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun tədbir görülə bilinəcəyi diqqətinə çatdırılmışdır. Nəticədə həmin sözügedən fakt üzrə, həm də digər mübahisələrlə bağlı aidiyyəti məhkəmədə müvafiq iddia qaldırılmış, sonuncu instansiya olaraq Ali Məhkəmə tərəfindən mübahisəli məsələlərə (xüsusən icarəyə verilmiş torpaq sahəsində icarə şərtlərinin pozularaq digər vətəndaşa verilməsi və həmin torpaq sahəsinin müəyyən hissəsində tikinti aparılması) uyğun istifadə edilməyərək hüquqi mövqe bildirilmişdir. Belə ki, Ali Məhkəmənin 2(102)- 3364/2023-cü il saylı xx.xx.2023-cü il tarixli Qərarının 37-ci bəndində Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 5 ha bələdiyyəyə məxsus torpaq sahəsi “İSKO” QTSC-nin Bakı fililalına 99 il müddətinə icarəyə verilmişdir. Həmçinin, 26 noyabr 2004-cü il tarixli 142 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 5 ha bələdiyyəyə məxsus torpaq sahəsi “İSKO” QTSC-nin Bakı fililalına 25 il müddətinə icarəsinə ayrılmışdır (fərqli müddətlərlə icarə müqaviləsi bağlanmışdır). Bundan başqa məhkəmə qərarlarında 2008-2009-cu illərdə 0.06 ha torpaq sahəsində inşa edilmiş 400 kv.m. qeyri-yaşayış təyinatlı tikilinin şahid və digər sübutlar əsasında M.Ramazanov tərəfindən inşa edildiyinin göstərilməsi bir daha icarəçi tərəfindən icarə müqaviləsinin şərtlərinin pozularaq qanunsuz olaraq vətəndaşa şifahi razılaşma əsasında satıldığını təsdiq edir (həmin ərazidə digər bu kimi halların olub-olmamasını aydınlaşdımaq zərurəti bələdiyyənin diqqətinə çatdırılmışdır). Bundan əlavə araşdırma ilə bağlı bələdiyyəyə göndərilmiş təklif məktubuna cavab olaraq bildirilmişdir ki, vətəndaş M.Ramazanovun tələbi inşa edilmiş tikilinin alqı- satqısına və inşasına çəkilmiş xərcin ödənilməsi ilə bağlıdır. Lakin Sumayıt şəhər bələdiyyəsi həmin sözügedən xx.xx.2023-cü il tarixli 3958 saylı məktubunda “İSKO" QTSC tərəfindən vətəndaş M.Ramazanova hansı əsasla torpaqda tikinti aparılmasına icazə verildiyi barədə xüsusatlara münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 712.1.1-ci maddəsinə əsasən icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki, torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin.Torpaq Məcəlləsinin 73-cü maddəsinin 7-ci abazsının tələblərinə görə icarəçi tərəfindən istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi icarə hüququna xitam verilməsi əsaslarından biri hesab edilir. Hazırki icarə müqaviləsi ilə bağlı həm Mülki Məcəllənin, həm Torpaq Məcəlləsinin müvafiq normaları, həm də Ali Məhkəmənin müvafiq Qərarı nəzərə alınaraq icarəçi (“İSKO” QTSC) tərəfindən müqavilə şərtləri pozulmuş hesab edilməklə bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülməsi bələdiyyənin diqqətinə çatdırılmışdır.“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cu maddəsinə uyğun olaraq sözügedən bələdiyyə aktının ləğv edilməsi üçün idarə tərəfindən xx.xx.2023-cü il tarixdə 05/875 saylı məktubla təklif göndərilsə də hazırkı vaxtadək nə təmin edilmiş, nə də ki müzakirə olunmuşdur.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçının nümayəndəsi X5 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbinin əsasını o hal təşkil edir ki, vətəndaş M.Ramazanovun iddia etdiyinə əsasən sonuncu Sumqayıt Bələdiyyəsinin 20 iyun 2003-cü il tarixli,79 saylı qərarı ilə “İSKO” QTSC-nin icarəsinə ayrılmış torpaq sahəsində icarəçinin razılığı əsasında qeyri-yaşayış obyekti inşa etmişdir. Bununla da torpağın icarəçi olaraq “İSKO” QTSC tərəfindən torpaq icarə müqaviləsinin və torpaq qanunvericiliyinin tələbləri pozulduğundan, Sumqayıt Bələdiyyəsindən torpaq sahəsinin ayrılmasına dair 20 iyun 2003-cü il tarixli, 79 saylı qərarın ləğv edilməsi tələb edilmiş, lakin Sumqayıt Bələdiyyəsi bunun üçün hüquqi əsaslar olmadığından, adı çəkilən bələdiyyə qərarının ləğvindən imtina etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı öz tələbində Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3364/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qərarını əsas gətirmişdir. Belə ki, M.Ramazanovun İddiaçınə “İSKO” QTSC-nin qanunsuz əməlləri ilə bağlı etdiyi şikayətinə verilmiş cavabda sözügedən faktla bağlı məhkəməyə müraciət etməsi, məhkəmə çəkişmələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun şəkildə tədbir görülə bilinəcəyi bildirilmişdir. M.Ramazanov tərəfindən məhkəmədə qaldırdığı iddia tələbi əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin çıxardığı 2(102)- 3364/2023 saylı,05 oktyabr 2023-cü il tarixli qərarını bu cür tələblə çıxış etmələri üçün əsas sayan iddiaçı, dövlət orqanı olaraq tərəfsizlik nümayiş etdirmək əvəzinə iki subyekt arasında yaranmış, özü də məhkəmə çəkişməsi başa çatmamış mübahisəyə hər hansı əsaslar olmadan müdaxilə edərək bələdiyyə qərarının ləğvini tələb etmşdir. Halbuki, işdə olan sənədlərdən də görünür ki, bələdiyyənin mübahisələndirilən torpağının mülkiyyətçinin razılığı olmadan M.Ramazanova satılması barədə iddiaçının bildirdiklərinin əksinə olaraq M.Ramazanov məhkəmədə “İSKO” QTSC-nə qarşı torpaq iddiası ilə deyil, pul tələbi ilə müraciət etmişdir. Tərəflər arasında yaranmış mübahisənin mahiyyəti isə “İSCO” QTSC ilə M.Ramazanov arasında torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin işlədilməsi ilə bağlı olmuşdur. M.Ramazanov “İSCO” QTSC-nin icarəsində olan torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu iddia edərək həmin tikiliyə çəkilmiş xərclərin əvəzi olaraq pul tələbini irəli sürmüşdür. “İSCO” QTSC də öz növbəsində mübahisəli tikilinin cəmiyyətin vəsaiti ilə inşa edildiyini və M.Ramazanova işlətməsi üçün icarəyə verildiyini bildirərək qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və M.Ramazanovdan icarə haqqı olaraq pul məbləğinin tutulmasını xahiş etmişdir. Göründüyü kimi, mübahisə torpaq sahəsi ilə bağlı deyil, həmin torpaq sahəsində inşa olunmuş tikilinin kimə məxsus olması ilə bağlı yaranmışdır. Eyni zamanda iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3364/2023 saylı,05 oktyabr 2023-cü il tarixli qərarı ilə “İSCO” QTSC ilə M.Ramazanov arasında torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyekti ilə bağlı mübahisəyə yekun vurulmamış, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İddiaçının bələdiyyə qərarının ləğvinə dair iddia tələbini irəli sürməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3364/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qərarını yekun məhkəmə aktı kimi təqdim etməklə əsaslandırması da, göründüyü kimi qanuni və və hüquqi cəhətdən əsaslı hesab edilə biməz. Həmçinin, onu da qeyd etməyi lazım bilir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürməklə sözügedən iddia tələblərini irəli sürmüşdür. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, irəli sürülmüş iddia tələbi mübahisələndirmə haqqında iddialara aiddir. Məlum olduğu kimi, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdə olan sənədlərdən görünür ki,Sumqayıt Bələdiyyəsinin 20 iyun 2003- cü il tarixli, 79 saylı qərarı ilə “İSKO” QTSC-nin icarəsinə torpaq sahəsi ayrılmışır. Göründüyü kimi, bələdiyyənin mübahisələndirilən qərarı 2003-cü ilin iyun ayında qəbul olduğu və iddiaçının inzibati nəzarət orqını olaraq bu barədə məlumatı olduğu halda, Sumqayıt Bələdiyyəsinin sözügedən qərarını məhkəmə qaydasında yalnız 2023-cü ilin dekabr ayında mübahisləndirmişdir. Hesab edir ki, bununla da iddiaçı inzibati prosessual qanunvericilikdə müəyyən olunmuş müvafiq iddia müddətini ötürmüşdür və bu səbəbdən hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin ötən prosesində iştirak edən üçüncü şəxs X2 izahat verərək bildirmişdir ki, Ədliyyə Nazirliyinin Sumqayıt Regional İdarəsi tərəfindən qaldırılan iddia onun həmin quruma müraciəti əsasında həyata keçirilmişdir. Belə ki, mübahisəli torpaq sahəsi Sumqayıt Bələdiyyəsi ilə bağlanmış icarə müqaviləsi əsasında “İsko” X10 Cəmiyyətinə istifadəyə verilmişdir. Həmin Cəmiyət ilə olan razılaşmaya əsasən torpaq sahəsinin bir hissəsi onun istifadəsinə verilmiş və həmin ərazidə onun tərəfindən avtomobil təmiri sexləri inşa edilmişdir. Həmin torpağa görə onun tərəfindən Cəmiyətə pul verilmişdir. Bir müddət sonra Cəmiyətin sədri onu həmin torpaq sahəsindən çıxartmağa cəhd göstərmişdir.Bundan sonra Cəmiyyətə qarşı məhkəmədə pul tələbi ilə bağlı iddia tələbi qaldırmış və hal-hazırda yuxarı instansiya məhkəməsində iddia tələbinə baxılır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində üçüncü şəxs “İsko” X10 Cəmiyyətinin Bakı Filialının nümayəndəsi və vəkili X6 iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin 20 mart 2003-cü il tarixli qərarına əsasən Sumqayıt şəhəri 53-cü məhəllə ərazisində yerləşən 5 ha torpaq sahəsi “İsko” X10 cəmiyyətinin Bakı filialına 25 il müddətinə icarəyə verilmişdir.Sumqayıt şəhəri 53-cü məhəllə ərazisində yerləşən 5 ha torpaq sahəsinin 400 kvadrat metrlik torpaq sahəsində qeyri yaşayış təyinatlı tikintinin aparılması üçün X1 icarəyə verilmişdir. İcarəyə verilərkən Sumqayıt Bələdiyyəsinin razılığı alınmamış, hətta X2 iddia edir ki, həmin torpaq sahəsində yerləşən 400 kvadrat metr torpaq sahəsi ona satılmışdır. Halbuki iddiaçı Ramazanov Mürvət ilə “İsko” X10 cəmiyyətinin sədri X3 arasında həmin qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı ödənilmiş pulların qaytarılması ilə bağlı mübahisə vardır. Lakin, həmin iddia tələbi ilə bağlı yekun qərar qəbul edilməmişdir. İş üzrə qəbul edilmiş qərarlardan məlum olur ki, tərəflərin arasında pul tələbi ilə bağlı mübahisə vardır.Buna görə də hazırkı iş üzrə, eləcə də yekun qərar qəbul edilmədiyindən həmin mübahisə ilə bağlı məhkəmə qərarlarına istinad oluna bilməz. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə müraciət edə bilməz. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. AR Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. AR Torpaq Məcəlləsinin 66-cı maddəsin əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.Həmin Məcəllənin 70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Məcəllənin 108-ci maddəəsinə əsasən torpaq mübahisələrinə dair müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Qərardan müvafiq məhkəməyə şikayət verilməsi onun icrasını dayandırır. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin toıpaq mübahisəsinə dair qərarının icrasına nəzarəti müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.Yuxarıda qeyd olunan maddi hüquq normalarında müvafiq icra hakimiyyəti orqanları kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətləri Nazirliyi, Yerli icra hakimiyyəti orqanları kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı Bələdiyyə mülkiyyətində olan torpaqların geri qaytarılması ilə bağlı məhkəməyə müraciət edilməsi hüququ nəzərdə tutulmamışdır. İddiaçının müvafiq tələbi qaldırmaqada subyektiv hüququ yoxdur. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Ötən məhkəmə iclasının iştirakçılarına məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara Sumqayıt şəhər Bələdiyyəsinin 79 nömrəli xx.xx.2003-cü il tarixli qərarının surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitsinin Sumqayıt şəhər şöbəsinin 02/178 nömrəli, xx.xx.2003-cü il tarixli rəyinin surəti, Sumqayıt Bələdiyyəsinin 2822 nömrəli, xx.xx.2022-ci il tarixli məktubun surəti, üçüncü şəxs Mürvət Ramazanovun xx.xx.2023-cü il tarixli ərizəsinin surəti, iddiaçının xx.xx.2023-cü il tarixli təklif məktubunun surəti, Sumqayıt Bələdiyyəsinin 3958 nömrəli, xx.xx.2023-cü il tarixli məktubun surəti və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə hazırkı iddia tələbini iki əsasa görə təmin edilməməsi qənaətinə gəlir. Birinci əsasa görə Sumqayıt şəhər Bələdiyyəsinin 79 nömrəli xx.xx.2003-cü il tarixli qərarı qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Belə ki, müvafiq qərarın qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarından lazimi razılıqlar alındıqdan sonra qəbul edilmiş və üçüncü şəxs “İsko” X10 Cəmiyyətinin istifadəsinə verilmişdir. Həmin dövrdə səlahiyyətli qurum olan Dövlət Torpaq və Xəritəçəkmə Komitsinin Sumqayıt şəhər şöbəsinin 02/178 nömrəli, xx.xx.2003-cü il tarixli rəyindən də görünür ki, torpaq sahəsinin icarəyə verilməsinə razılıq verilmişdir. Nəzərə alınmalıdır ki, torpaq sahəsi icarəyə verildikdən sonra heç bir səlahiyyətli qurum (müvafiq icra hakimiyyəti orqanları) tərəfindən sözügedən torpaq sahəsinin icarəyə verilməsinə dair mübahisələr olmamış, həmin bələdiyyə qərarının ləğv edilməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər......Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəalarına əsasən nəzərdən keçirərək ona müraciət edən şəxsə ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Yəni qeyd olunan normaları müqayisə edərkən müəyyən edilir ki, qeyd olunan Qanunun 9.1-ci maddəsi torpaq sahələri ayrılarkən prosedurun ikinci mərhələsinə aiddir. Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verməkdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. Həmin Qanunun 5.4-cü maddəsinə müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyri-hökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. Sumqayıt şəhər Bələdiyyəsi inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Digər tərəfdən istər beynalxalq qanunvericiliyin tələbləri baxımından istərsə də Azərbaycan Respublikası Konstitusiyası və digər hissəvi qanunvericilik aktlarına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kim mülkiyyətindən əsassız yerə məhrum edilə bilməz.Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa malikdir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılmasına zamanı imperativ xarakterli normaları yalnız bələdiyələr tərəfindən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır.Göründüyü kimi bələdiyyənin sözügedən qərarı zamanında qüvvədə olan qanunvericiliyi tələbləri baxmından qanuni əsaslarla qəbul edilmişdir. Məhkəmə iddia tələbinin təmin edilməməsinə əsas olan ikinci aqrumenti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda, hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciətin daxil olması inzibati nəzarət icraatının başlanması üçün əsas hesab edilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər: 6.1.2. dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar; 6.1.3. bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar; 6.1.4. yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktlar; 6.1.5. yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarlar. 6.1.6. bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar. 6.1.7. bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarlar.6.1.8. qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən bu Qanunun 5.0.2-ci maddəsində nəzərdə tutulmuş müraciət ərizəçinin hüquqlarının və ya qanuni mənafelərinin pozulduğu, yaxud ona bu barədə məlum olduğu gündən 6 ay ərzində verilə bilər. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan müraciətə daxil olduğu tarixdən 15 iş günü müddətində, əlavə araşdırmalar tələb olunarsa, 30 iş günü müddətində baxır. İnzibati nəzarət icraatı üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu maddədə nəzərdə tutulmuş müddətdən daha artıq vaxt tələb olunduğu hallarda inzibati nəzarət icraatının müddəti inzibati nəzarəti həyata keçirən orqan tərəfindən 30 iş günü müddətinə uzadılır. İnzibati nəzarət icraatının ümumi müddəti 60 iş günündən çox ola bilməz. İnzibati nəzarəti həyata keçirən orqan tərəfindən müddətin uzadılması barədə ərizəçiyə üç iş günü ərzində məlumat verilir. Müddətin uzadılmasına səbəb olan hallar inzibati nəzarəti həyata keçirən orqan tərəfindən əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarından məlum olur ki, Azərbaycan Respublikasında dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri var və həmin mülkiyyət növləri toxunulmazdır. Bələdiyələr tərəfindən torpaqların ayrılması qaydası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda göstərilən qaydaya uyğun olaraq aparılır. Qeyd olunan qaydalara bələdiyələr tərəfindən riayət olunmasına nəzarəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi həyata keçirir.Nəzarət icraatın başlanması üçün Ədliyyə Nazirliyinə bələdiyyələr tərəfindən təqdim edilmiş sənədlərdə çatışmamazlığın olması və bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən şəxsin ərizəsi əsas hesab edilir. Ədliyyə Nazirliyi də öz növbəsində qanunsuz olması iddia edilən sənədlərin Qanuna uyğunluğunu müəyyən edərək nöqsanın aradan qaldırımasını bələdiyəyə təklif edir, həmin nöqsan aradan qaldırılmadıqda məhkəməyə müvafiq iddia tələbi ilə müraciət edir. Vətandaşların bələdiyənin qəbul etdiyi qəradan hüquqlarının və ya qanuni mənafelərinin pozulduğu, yaxud ona bu barədə məlum olduğu gündən 6 ay ərzində Ədliyyə Nazirliyinə nəzarət araşdırmasının aparılması üçün müraciət etmək hüququ var. İş materiallarına əlavə edilmiş Sumqayıt Bələdiyyəsinin 2822 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, üçüncü şəxs Mürvət Ramazanov qanunsuz olduğunun iddia etdiyi bələdiyyənin xx.xx.2003-cü il tarixli qərarından xəbərdar olmuş və İddiaçınə isə xx.xx.2023-cü il tarixli ərizə ilə müariət etmişdir. Yəni ərizəçi özünün pozulmuş hüququnun bərpası üçün 6 aydan çox müddət keçdikdən sonra ədliyyə idarəsinə müraciət etmişdir. Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, hüquqların pozulması ehtimal olunan 3cü şəxs Mürvət Ramazanov mübahisəli müqavilə bağlandıqdan uzun müddət sonra nəzarət icraatının aparılması üçün ərizə ilə Ədliyyə Nazirliyinə müraciət etmişdir. Halbuki, Qanunun 7.1-ci maddəsində həmin müraciət üçün 6 aylıq iddia müddəti nəzərdə tutulub. Nəzərə alınmalıdır ki, Mürvət Ramazanov mübahisəli torpaq sahəsinin “İsko” X10 Cəmiyyətinin sahibliyində olmasını bilmiş və onunla mülki xarakterli tədbirlər həyata keçirmişdir.Göründüyü kimi, imperativ norma olan qanunun tələblərinə riayət edilməmişdir.Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyəsinin 79 nömrəli xx.xx.2003-cü il tarixli qərarının ləğv olunmasına dair qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №2-1(118)-710/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-710/2025
05.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver