Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-711/2020 02.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı Əyyyub oğlunun iştrakı ilə, İddiaçı Əyyyuboğlunun cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X3 ona məxsus Sumqayıt şəhəri, məhəllə 47,ev 14 ünvanında yerləşən 42 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması tələbinə” dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı İbadov X2 şəhəri, məhəllə 47,ev 14 ünvanında yerləşən 42 saylı mənzilin mülkiyyətçisidir. Cavabdeh X6 onun kürəkənidir və hal hazırda Lerik rayonunda yaşayır. Bakı şəhərində işlə təmin edilməsi məqsədi ilə onun mənzilinə pasport qeydiyyatına düşüb və həmin evdə yaşamayıb. Cavabdehin onun evində pasport qeydiyyatında olması səbəbindən əlavə komunall xərclərin ödəməsi məcburiyyətində qalır və mənzilin üzərində sərbəst şəkildə sərəncam verə bilmir.Qeyd olunan mübahisə ilə əlaqədar Sumqayıt şəhər Məhkəməsində X3 istifadə hüququna xitam verilməsi ilə bağlı iddia tələbi qaldırmış ,lakin cavabdehin həmin mənzildə istifadə hüquq olmadığından onun iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnaməni X5 təqdim etməsinə baxmayaraq, cavabdeh təşkilat Alim Əliyevi onun mənzilindən qeydiyatdan çıxartmır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmənin təşəbbüsü ilə vətəndaş X6 məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb edilmiş, lakin məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 123-25457- 3219 nömrəli imtina məktubu, X7 Hakimiyyəti MKTB-nin 20 saylı MKS-nin yaşayış yeri üzrə qeydiyyat haqqında 1292 saylı xx.xx.2019-cu il tarixli arayışı, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)-8511/2019 saylı qətnaməsinin surəti, Daşınmaz Əmlakın Dövlət Reyesteri tərəfindən verilmiş MH seriyalı ******* saylı, xx.xx.2008-ci tarixli Çıxarışın notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)-8511/2019 saylı qətnaməsi ilə qeyd olunmuşdur ki, sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh X6 həmin mənzildən mülkiyyət hüquqununun elementlərindən biri olan istifadə hüququnu qazanmamışdır. Mülki qanunvericilik və hazırki mübahisə ilə bağlı mənzilə dair Konstitusiya aktlarına görə mülkiyyətçinin şifahi razılığı əsasında mübahisəli mənzilə köçmə və ya həmin mənzilə qeydiyyata düşmə mənzildən istifadə hüququ əldə etməni özündə ehdiva etmir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şəhəri, məhəllə 47, ev 14 ünvanında yerləşən 42 saylı mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalması İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericiliyə əsasən, yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X3 İddiaçı məxsus Sumqayıt şəhəri, məhəllə 47,ev 14 ünvanında yerləşən 42 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-711/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-711/2020
02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver