Məhkəmə qərarları › İş №2-1(118)-711/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-711/2021

08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-711/2021 08.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qusar rayon Həzrə Bələdiyyəsinə qarşı “Onun sənədlərinin əsillərinin ona qaytarılması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qusar rayon Həzrə Bələdiyyəsinə qarşı “Onun sənədlərinin əsillərinin ona qaytarılması”na dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixdə oğlu Hacıbalayev Seymur üçün fərdi yaşayış evi tikmək məqsədilə həyətyanı torpaq sahəsi almaq üçün bələdiyyə müraciət etmişdir. Qusar rayon Həzrə Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 13 saylı qərarı 2006-cı ildə bələdiyyə sədri tərəfindən oğlu Seymurun adına 0.10 ha torpaq sahəsinin sənədləri iddiaçıya verilmişdir. Eyni zamanda həmin torpaq sahəsinin yeirni də iddiaçıya göstərmişdir. İddiaçı bələdiyyənin hesabına xx xxxxxx 2005-ci il tarixdə ödəniş də etmişdir. İddiaçı sənədlərin surətlərini və xəritəsindən çıxarışı verməsinə baxmayaraq ona söz verilmişdir ki, çıxarışla birlik sənədlərinin əslini ona verəcəkdir. Lakin bu günə kimi sənədlərinin əsillərini ala bilmir. İddiaçı belə düşünür ki, Hüseynov Baləhməd vəzifəsindən sui-istifadə edərək onun hüquqlarını kobud şəkildə pozmuşdur. Hal-hazırda bələdiyyə də müxtəlif bəhanələr gətirərək, iddiaçının sənədlərini qaytarmaqdan yayınır. İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Məhkəməyə təqdim edilən sənədlərdən görsənir ki, İddiaçı özünün deyil oğlu X3 məxsus sənədlərin əsillərinin qaytarılmasını istəyir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Bundan başqa Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi ilə iddiaçı sənədlərinin əsillərinin ona qaytarılmasını tələb edir. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. Digər yandan iş materiallarında olan sənədlərdə qeyd olunmuşdur ki, X3 2005-ci ildə verilmiş torpaq sənədlərinin əsilləri arxiv sənədlərinin arasında aşkar edilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddianın uğurluluq ehtimalını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş müvafiq hüquqmüdafiə vasitələrindən istifadə edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar