Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-712/2020 23.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 3 E, mənzil 30-da yaşayan), Cavabdehin nümayəndəsi X3 (DƏDRX-nin 2 saylı Ərazi İdarəsində hüquq şöbəsinin müdiri işləyən, Bakı şəhəri, Cavanşir küçəsi, yat 2, ev 21A, mənzil 108-də yaşayan) iştirakı ilə, Üçüncü şəxsin nümayəndəsi X5 (Sumqayıt Bələdiyyəsinin İcra aparatının Hüquq şöbəsinin müdiri işləyən, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 11/13, mənzil 88-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı X8rşı torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı X8rşı onunla X2 ilə arasında notariat qaydasında bağlanmış 3M-692 saylı xx.xx.2016-cı il tarixli icarə hüquqlarının alqı-saqı müqaviləsi əsasında X1 bələdiyyə mülkiyyətində olan və Sumqayıt bələdiyyəsinin xx.xx.2006-cı iltarixli 2 saylı iclas qərarı ilə icarəsinə verilmiş Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən sahəsi 63,7 kv m olan torpaq sahəsi üzərindəki icarə hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əsaslandıraraq izah etdi ki, o, 2016-cı ildə X2 ilə aralarında əldə edilmiş razılaşma əsasında onun icarəsində olan Sumqayıt şəhəri,13-cü mikrorayon ərazisində yerləşən sahəsi 63,7 kvadrat metr olan torpaq sahəsini almışdır. Onların arasında xx xxxxxxx 2016-cı il tarixli icarə hüquqlarının alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə bağlandıqdan sonra torpaq sahəsinə dair onunla torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsi arasında torpaq icarə müqaviləsi bağlanılmışdır ki, icarənin müddəti 2019-cu ilin sonunadək müəyyən edilmişdir. Bundan sonra iddiaçı torpaq üzərində hüququnun dövlət qeydiyyatı üçün cavabdehə müraciət etmiş, Cavabdeh tərəfindən xx xxxxxxx 2016-cı il tarixdə sözügedən torpaq sahəsi üzərində onun icarə hüququ dövlət qeydiyyatından keçirilmiş və bu barədə ona Seriya RX saylı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən icarə hüququnun yüklülüyü 2019-cu ilin dekabr ayının 31-i tarixinədək müəyyən edilmişdir. İddiaçı 2019-cu ilin dekabr ayında Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək torpağın icarə müddətinin başa çatmaq üzrə olduğunu bildirmiş və icarə müddətinin uzadılmasını xahiş etmişdir. Onun müraciəti əsasında Sumqayıt şəhər Bələdiyyəsi sözügedən torpaq sahəsinə dair onunla xx xxxxxx 2019-cu il tarixli, 132 saylı yeni torpaq icarə müqaviləsi bağlamış və torpağın icarə müddəti xx xxxxxx 2044-cü il tarixədək müəyyən olunmuşdur. Bundan sonra o, torpaq üzərində hüququnun dövlət qeydiyyatı üçün yenidən ərizə ilə cavabdehə müraciət etsə də, bu dəfə cavabdeh hüququn dövlət qeydiyyatından imtina etmişdir. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etmədi və bildirdi ki, İddiaçı müraciəti ilə əlaqədar ona bildirilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən xx xxxxxx 2007-ci il tarixdən sonra bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Sumqayıt bələdiyyəsinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmadan yenidən vətəndaşla icarə müqavilsi bağlaya bilməzdi. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi X9 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: -132 saylı xx.xx.2019-cu il tarixli torpaq icarə müqaviləsindən görünür ki, ƏMDK yanında DƏDRX-nin xx xxxxxxx 2016-cı il tarixli RX ******* saylı çıxarışı əsasında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən ümümi sahəsi 63,7 kv.m. (ha) olan torpaq sahəsini İddiaçı müvəqqəti istifadə üçün icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2044-cü il tarixədək müəyyən edilmişdir. - ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx xxxxxxx 2016-cı il tarixli RX ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən ümümi sahəsi 63,7 kv.m. (ha) olan torpaq sahəsi üzərində xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək İddiaçı icarə hüququ qeydə alınmışdır. -Azərbaycan Respyblikası ƏMDK yanında DƏDRX-nin 2 saylı X12 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********01 saylı imtina məktubundan görünür ki, torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı və ya müsabiqəsi ilə mümkün olduğundan iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının torpaq sahəsi üzərində qeydə alınmış icarə hüququnun müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Həmin torpaq sahəsi üzərində xx.xx.2019-cu il tarixli icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqə yolu ilə mümkün olmasına baxmayaraq bələdiyyə ilə vətəndaş arasında bilavasitə bağlanmışdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM- 14.3). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı torpaq sahəsi üzərində hüququn əldə etməsi barədə sənədlər qanunvericiliklə ziddiyyət təşkil etdiyindən cavabdeh inzibati orqanın daşınmaz əmlak üzərində icarə hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən imtinası mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi iləSumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-712/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-712/2020
23.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver