Məhkəmə qərarları › İş №2-1(118)-712/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-712/2021

17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-712/2021 17.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X12 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X17 (Quba ASAN vəkil bürosunda vəkil işləyən, Quba rayonu, Timirzayev qəsəbəsində yaşayan,) İddiaçı Cavabdehnə qarşı X23, X6, X4, X18, X5, X10, X7, X19, X8, X20, X21, X13, X14, X29, X2 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X23 və qeyrilərinin ona məxsus ünvan 1 ünvanında yerləşən hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, 09 yanvar 2013-cü il tarixli çıxarışa əsasən ümümi sahəsi 67.30 kv.m, yaşayış sahəsi 40.10 kv.m , yardımçı sahəsi 27.20 kv.m olan birmərtəbəli, üç otaqdan ibarət mənzildən pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 01.04.2021-ci il tarixli 2-1(118)-712/2021 saylı qərardadı ilə X23, X6, X4, X18, X5, X10, X7, X19, X8, X20, X21, X13, X14, X29 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Şifahi məhkəmə baxışında iştirak edən iddaçının nümayəndəsi X43 oğlu iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 06 yanvar 2012-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən X15 və X3 almışdır.Həmin evin qeydiyyatı Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, 09 yanvar 2013-cü il tarixli çıxarışla mülkiyyət hüququ əsasında ona məxsusdur.O,qeyd edilən evi satın alarkən evin satıcıları ona qeyd edilən evdə heç kimin qeydiyyatda olmadığını bildirmişlər.2020-ci ildə ona məlum olmuşdur ki, evin əvvəlki sahibinin qohumları olan üçüncü şəxslər qeydiyyatda qalmışlar.Bununla bağlı iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən cavabdehin nümayəndəsinin və məhkəmə iclasına gəlməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - 06 yanvar 2012-ci il tarixli, AN - İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 şəhəri, Əliqulu Nərimanov küçəsi 167 ünvanında yerləşən 0.01474 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1960-cı ildə tikilmiş, bir mərtəbəli, üç otaqlı, ümumi sahəsi 67.3 kv.m, yaşayış sahəsi 40.1 kv.m, yardımçı sahəsi 27.2 kv.m olan fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə vermişdir. - RX № ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - Cavabdeh 29.03.2021-ci il tarixli 10/7380-1221 saylı sorğuya cavab məktubundan görünür ki, İddiaçı məxsus ünvan 4 ünvanında qeydiyyatda olan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə mümkündür. - Cavabdeh 11.06.2021-ci il tarixli 10/14380-1221 saylı sorğuya cavab məktubundan görünür ki, İddiaçı məxsus ünvan 5 ünvanında qeydiyyatda olan 28.07.2002-ci il təvəllüdlü X8 23.11,2002-ci il tarixdə, 14.06.2009-cu il təvəllüdlü X20 18.12.2015-ci il tarixdə, 14.12.2014-cü il təvəllüdlü X21 12.03.2016-cı il tarixdə, 26.03.2011-ci il təvəllüdlü Şahbazova Fatimə Cavid qızı 12.03.2016-cı il tarixdə, 02.09.2014-cü il təvəllüdlü Şahbazova Xədicə Rəvan qızı 21.05.2016-cı il tarixdə, 26.10.2010-cu il təvəllüdlü X29 21.05.2016-cı il tarixdə ilk şəxsiyyət vəsiqəsi alarkən 16 yaşına çatmamış şəxslər olduqları üçün valideyn müraciəti əsasında valideynin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan 5 ünvanına qeydiyyata alınmışlar. X23 10.02.2006-cı il tarixdə, X6 25.08.2011ci il tarixdə, X4 31.03.2006-cı il tarixdə, X18 08.06.2006-cı il tarixdə, X5 04.02.2006-cı il tarixdə, X11 09.09.2004-cü il tarixdə, X7 03.05.2007-ci il tarixdə, X19 18.01.2006-cı il tarixdə, X9 22.11.2003-cü il tarixdə ünvan 5 ünvanına qeydiyyata alınmış, həmin tarixlərdə onlar barəsində tərtib olunmuş fərdi uçot kartoçkalarında hansı əsaslarla qeydiyyata alınmaları barədə məlumat qeyd olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üçüncü şəxslərin pasport qeydiyyatının ləğv edilməsi üçün Cavabdehnə müraciət etmişdir. Cavabdeh isə özünün 28.12.2020-ci il tarixli məktubunda bildirmişdir ki, göstərilən şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə mümkündür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olan şəxslərin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət (hazırki vəziyyətdə iki ildən çox) qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. İş materiallarından göründüyü kimi qeyd olunan yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin evi 06.01.2012-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Üçüncü şəxslərdən X23, X6, X4, X7, X18 2012-ci ilə qədər mübahisəli evdə qeydiyyatda olmuşlar, digər üçüncü şəxslər həmin şəxslərin övladları kimi 2016-cı ildə qeydiyyata alınmışlar. Məhkəmə hesab edir ki, həmin şəxslərin iddiaçının mülkiyyətində olan evə qeydiyyatları formal xarakter daşıyır, onların həmin evdən istifadə hüquqları qalmamışdır. İddiaçı mülkiyyətində olan ev üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus evdə pasport qeydiyyatında olması iddiaçının konstitusiyon hüququ olan xüsusi mülkiyyət hüququnu pozur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı,üçüncü şəxslərin Quba şəhəri, Ə.Nərimanov küçəsi 167 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evdən X23, X6, X4, X18, X5, X10, X7, X19, X8, X20, X21, X13, X14, X29, X2 pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 6 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar