Məhkəmə qərarları › İş №2-1(118)-713/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-713/2020

09.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-713/2020 09.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 (işləməyən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi ev 3 mənzil 68-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı Abşeron rayon Hökməli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli qərarı ilə satılmış 0,10 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və çxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron rayonu Hökməli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli qərarı ilə satılmış 0,10 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək izah etdi ki, Abşeron rayon Hökməli bələdiyəsinin xx.xx.2002-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya 0,10 ha torpaq sahəsi ayrılmışdır. Torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyəri bələdiyəsinin bank hesabına ödənilmişdir. Sənədlər toplandıqdan sonra DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsinin daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan bundan imtina etmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - Abşeron rayon Hökməli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 12 nömrəli qərarından görünür ki, İddiaçı fərdi yaşayış evinin tikilməsi üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır. - Hökməli bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinin planından görünür ki, həmin plan xx.xx.2002-ci il tarixli 12 saylı qərarla İddiaçı ayrılmış torpaq sahəsinə aid tərtib edilmişdir. -torpaqların alqı-satqısına dair aktdan görünür ki, həmin akt Abşeron rayon Hökməli bələdiyyəsi və X6 arasında bağlanmışdır. Akt Hökməli bələdiyyəsinin xx.xx.2018-ci il tarixdə 28 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X2 müraciətinə cavab olaraq DƏDRX-nin 4 saylı X9 iddiaçı ilə bələdiyyə arasında alqı-satqı aktının 2018-ci ildə bağlanmasına, DTXK-nin Abşeron rayon şöbəsinin və rayon memarlıq xidmətinin rəyinin alınmadığına istinad edərək torpaq sahəsinə mülkiyyət hüququnu qeydə almaqdan imtina etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəməiddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.1-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. İş materilallarından göründüyü kimi torpaq sahəsi iddiaçıya bələdiyyənin qərarı əsasında ayrılmış və torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxxxxx” ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair x xxxxxxx 2016-cı il tarixli qərarında aşağıdakılar təsbit edilmişdir : “Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, sitifadə hüququ, ipoteka, servitutlar, havelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır”. Mülki Məcəllənin 139-1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Bu qayda “Daşnmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə yuyulmuçdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələv etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, “Daşnmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş şərt iddiaçı tərəfindən ödənildiyindən, onun İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Hökməli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli qərarı ilə satılmış 0,10 ha torpaq sahəsi üzərində iddiaçı X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 4 saylı X7 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar