Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-713/2021 09.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu İddiaçı Cavabdehnə qarşı “X1 2006-cı ildən əmək haqqına 15 % əlavənin və vergi tutulmalarının güzəştlə ödənilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “X1 2006-cı ildən əmək haqqına 15 % əlavənin və vergi tutulmalarının güzəştlə ödənilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsinə” dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1956-cı ildə anadan olmuş, 2006-cı ildən ümumi səbəbdən 3-cü qrup gözdən əlil, Cavabdehndə müəllim vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1994-cü il tarixli 185 saylı qərarına görə “Əlilliyi olan şəxslərin əmək haqqına 15 % əlavənin və vergi tutmaların güzəşlə ödənilməsinə görə 2006-cı ildən dəfələrlə Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarının iddiaçıya şamil olunması barədə peşə məktəbinin rəhbərliyinə müraciət etmişdir. Lakin ərizələri cavabsız qalmışdır. 2019-cu ildən yenidən məktəb rəbərliyinə ərizə ilə müraciət etmişdir. Məktəb tərəfindən iddiaçıya 2019-cu ilin sentyabr ayından başlayaraq həmin 15 % əlavə ödənilmiş, lakin vergi tutmaları yenə əvvəlki kimi qalmışdır. İddiaçı 2020-ci ildə yenidən məktəb rəhbərliyinə müraciət etmişdir ki, əmək haqqına 15 % əlavə və vergi tutmaları güzəştlə ödənilməlidir. Cavabdeh xx xxxxxx 2021-ci il 01 saylı məktubu ilə 2006-cı ildən başlayaraq iddiaçıya çatası əmək haqqına 15 % əlavənin və güzəştlə vergi tutmaların geri qaytarılmasından imtina etmişdir. Cavabdeh rəhbərliyi xx xxxxxx 2021-ci il 01 saylı məktubu ilə 2006-cı ildən başlayaraq iddiaçıya çatası əmək haqqına 15 % əlavələrin və güzəştlə vergi tutmaların geri qaytarılmasından imtina etmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır və iddia təmin olunmalıdır. Cavabdeh xx xxxxxx 2021-ci il 01 saylı məktubu onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildə 3-cü qrup əlil olmasına baxmayaraq vaxtında müraciət edilmədiyi üçün iddiaçıya əlilliyə görı 15% əmək haqqına əlavə olunmamışdır və 2020-ci ilin sonunadək vergi tutulmuşdur. Göründüyü kimi inzibati orqan hesab edir ki, 2006-cı ildə müraciət edilməmişdir. 2019-cu ildə müraciət edildiyinə görə həmin əmək haqqına əlavənin ödənilməsi 2019-cu ilin sentyabr ayından başlanılmışdır, lakin vergi tutmaları iddiaçıdan 2020-ci ilin sonunadək tutulmuşdur. Hansı ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1994-cü il tarixli, 185 saylı qərarı var və bu qərar iddiaçının əmək haqqına əlavəyə və güzəştlə vergi tutulmasına tətbiq olunmalıdır. Bunu müxtəlif illərdə məktəb rəhbərliyinə ünvanlanmış ərizələri ilə təsdiq edə bilər. Bu səbəbdən iddiaçı hesab edir ki, inzibati orqanın iddiaçının müraciətinə verdiyi imtinası əsassızdır və iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı cavabdeh qismində Cavabdeh qoymuşdur ki, qanunvericilikdə inzibati orqan olmayan tərəflər arasındakı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması da nəzərdə tutulmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respubliaksı Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqan olmalı və mübahisə həmin orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Hal-hazırkı iş üzrə Cavabdeh inzibati orqan olmamaqla yanaşı, onun fəaliyyəti də xarakteri etibarı ilə inzibati fəaliyyət hesab edilə bilməz. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında olan mübahisə əmək münasibətlərindən meydana gəlmiş, mülki hüquq mübahisəsidir. Bu mübahisələr isə inzibati məhkəmə icraatının araşdırma predmetinə daxil deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, əmək münasibətlərdən irəli gələn mübahisənin həlli ilə bağlı müvafiq ümumi məhkəmə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-713/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-713/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver