Məhkəmə qərarları › İş №2-1(118)-714/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-714/2024

06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-714/2024 06.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ll Qarabağ müharibəsi iştirakçısıdır, müxtəlif bədən xəsarətləri alaraq qazi olmuşdur. Ona “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr, əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, posttravmatik stres pozuntusu, eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan birtərəfli neyresensor tipli itirilməsi birincili generetize olunmuş (osteo) ostroz, Pteriqium” diaqnozu təyin edilmişdir. O, dəfələrlə, yəni 4 dəfə Hərbi Hospitalda, 2 dəfə Ruhi Əsəb xəstəlikləri xəstəxanasında stasionar müalicədə olmuşdur, lakin ona əlillik təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının əlillik vəziyyəti Sumqayıt Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və diaqnozu “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu. Posttravmatik stress pozuntusu Eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan bir tərəfli neyrosensor tipli itirilməsi Birincili generalizə olunmuş (osteo) artroz Pteriqium” olmaqla, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina edilmişdir. Bundan əlavə İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosiaİ Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən 24 yanvar 2023-cü il tarixli, 3-17-4/3-3-344/2023 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı (FİN:6K1 V7NY) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022ci il tarixli 8371 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depresslv) pozuntu, davamlı postkommosion sindrom, davranış pozuntuları. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması. baş beyin silkələnməsindən sonrakı vegetativ damar dəyərnsıziıği. Partlayış travması (xx.xx.2020), soitərətiixroniki koxlearnevrit, sottərəfli davamlı nevrosensor aqıreşitmə, pıçıltı nitqini sol qulaqda 5 (beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Sağ çiyin ı/o sol pəncənin içəri səthinin kor qəlpə yaralanmasından sonrakı (xx.xx.2020) bərkimiş dəri çapıqları” diaqnozİu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün pterıgiumu, görmə itiliyi 1,0 olmaqla. Aşıq-qavıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılığı" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 8240/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Partlayış travməsı, keçirilmiş qapalı kəlləbevin travması. bas-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, intihar fikirləri ilə. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttrəvmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 8927 nömrəli Tibbi rəyində diaqnoz ‘‘Postkommosion sindrom. Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-ci il tarixli 209/1281 nömrəli Tibbi rəyində diaqnoz "Keçirilmiş qapalı kəllə-beyin travması (partlayış travması) baş beyin silkələnməsindən sonrakı mülavim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, intihar fikirləri ilə. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qulaqda küydən, zəif eşitmədən, baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun, yaddaşın pozulmasından şikayətlənmişdir. Verilən sualları qısa, əsəbi cavablandırmış, ünsiyyətə həvəssiz daxil olmuş, emosional labillik, əhvalının dəyişkən olması izlənmişdir. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi emosional-labil pozuntu. depressiv daxilolmalarla’’ kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan : - Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 8371 nömrəli xsətəlik haqında şəhadətnamədən görünür ki, İddiaçı diaqnozunun səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. - Azərbaycan Respublikası Müdafiəs Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş travma haqqında arayışdan görünür ki, İddiaçı 05 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlər zamanı düşmənin açdığı minaatan mərmisinin yanına düşməsi nəticəsində “qapalı, kəllə-beyin travması, sol pəncə və sağ çiyin nahiyəsinin qəlpə yarası, Barotravma.” diaqnozu ilə xəsarət almışdır. -TSEK-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı əlillik təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi əlavə müalicəyə ehtiyacın olması göstərilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X5 tərəfindən verilmiş T-675/2023 saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr, əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, posttravmatik stress pozuntusu, eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan birtərəfli neyrosensor tipli itirilməsi birincili generalizə olunmuş (osteo) artroz, Pteriqium” diaqnozu qoyulsa da, xəstənin hal-hazırki sağlamlıq durumunda kobud psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları müəyyən olunmamışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X5 tərəfindən verilmiş T-144/2024 saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-də professor Fuad İsmayılov tərəfindən müayinəsi zamanı “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsi) ona şəxsiyyət pozuntusu, tez-tez baş verən depressiv epizodlar və dekompensasiyalar, anamnezində intihar cəhdləri F07.0” diaqnozu qoyulmuşdur. İş materiallarında onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilib göndərişdə qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr, əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, posttravmatik stress pozuntusu, eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan birtərəfli neyrosensor tipli itirilməsi birincili generelize olunmuş (osteo) ostroz, Pteriqium” diaqnozdakı və Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissyası tərəfindən verilmiş 8371 saylı xx.xx.2022-ci il tarixli şəhadətnamədə göstərilmiş “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetatİv damar davamsızlığı, sol tərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltılı nitqin sol qulaqda 5 metr, sağ qulaqda 6 m məsafədən eşitməsi ilə; sağ çiyin və sol pəncənin içəri səthinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” diaqnozdakı xəstəliklər və ağırlaşmaları qismən təstiqini tapır. Belə ki, əyani müayinədə əhvalın “Üzvi mənşəli (affektiv) pozuntusu, posttravmatik stress pozuntusu” diaqnozu öz təstiqini tapmadı. Odur ki, son diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanun: Maddə 3. Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1 Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ...6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə : 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. ...2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1, J41.0-J70.9,J84-J86.9,J91-J95.8) əlilliyin təyin edilməsi üçün əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə: 4.1 Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” : 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.1 Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Məhkəmə qeyd edir ki, iddiaçıya təyin edilmiş əsas diaqnoz X1 “hərbi əməliyyatlar nəticəsində alınan xəsarətlər nəticəsində yaranan xəstəliklər” bölməsinə aid edilmişdir (Y36.4), digər xəstəliklər yanaşı xəstəliklər qrafasında qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.1.2-ci bəndinə əsasən reyestrə daxil edilmiş göndərişlərdə əlillik səbəbinin qeyd olunmasına baxmayaraq, əlavə müalicəyə ehtiyacı olması, diaqnozun öz təsdiqini tapmaması və s.səbəblərlə cavabdeh Agentlik tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq tibb müəssisəsi tərəfindən müayinə olunaraq onda təkrarən eyni diaqnozun qoyulmasına baxmayaraq və iddiaçı barəsində Forma 88 saylı arayış tərtib edilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsinə baxmayaraq cavabdeh tərəfindən yuxarıda qeyd edilən səbəblə iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə tədqiqatı zamanı iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X5 tərəfindən verilmiş T-675/2023 saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr, əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, posttravmatik stress pozuntusu, eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan birtərəfli neyrosensor tipli itirilməsi birincili generalizə olunmuş (osteo) artroz, Pteriqium” diaqnozu qoyulsa da xəstənin hal-hazırki sağlamlıq durumunda kobud psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları müəyyən olunmamışdır. Daha sonra iddiaçı keçirilmiş ekspertizadan narazı qaldığını, dəfərlərlə psixiatriya tibb müəssisələrində müalicə kursları almasına baxmayaraq onun psixiatr tərəfindən müayinə olunmadan rəy verilməsini bildirərək təkrar məhkəmə-tibb ekspertizasnını təyin olunmasını məhkəmədən xahiş etmişdir və iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi cavabdeh inzibati orqanın ekspertləri və Respublika Psixiatriya Xəstəxanasından ekspert cəlb edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin ekspertlərinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X5 tərəfindən verilmiş T-144/2024 saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-də professor Fuad İsmayılov tərəfindən müayinəsi zamanı “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsi) ona şəxsiyyət pozuntusu, tez-tez baş verən depressiv epizodlar və dekompensasiyalar, anamnezində intihar cəhdləri F07.0” diaqnozu qoyulmuşdur. İş materiallarında onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilib göndərişdə qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr, əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, posttravmatik stress pozuntusu, eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan birtərəfli neyrosensor tipli itirilməsi birincili generelize olunmuş (osteo) ostroz, Pteriqium” diaqnozdakı və Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissyası tərəfindən verilmiş 8371 saylı xx.xx.2022-ci il tarixli şəhadətnamədə göstərilmiş “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetatİv damar davamsızlığı, sol tərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltılı nitqin sol qulaqda 5 metr, sağ qulaqda 6 m məsafədən eşitməsi ilə; sağ çiyin və sol pəncənin içəri səthinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” diaqnozdakı xəstəliklər və ağırlaşmaları qismən təstiqini tapır. Belə ki, əyani müayinədə əhvalın “Üzvi mənşəli (affektiv) pozuntusu, posttravmatik stress pozuntusu” diaqnozu öz təstiqini tapmadı. Odur ki, son diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarxidə iddiaçıya Respublikanın Baş psixiatrı F.İsmayılov tərəfindən “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsi) ona şəxsiyyət pozuntusu, tez-tez baş verən depressiv epizodlar və dekompensasiyalar, anamnezində intihar cəhdləri F07.0” diaqnozu qoyulmuşdursa və bundan sonra iddiaçı hər hansı stasionar müalicə almamışdırsa həmin xəstəliyin sağalması və diaqnozun aradan qalxması ağlabatan deyildir. Ekspertizanın rəyləri ilə də iddiaçıya göndərişdə qoyulan və Mərkəzi Hərbi Hkim Komissiyası tərəfindən verilmiş 9371 saylı xx.xx.2022-ci il tarixli şəhadətnamədə göstərilmiş diaqnozların və ağırlaşmaların qismən təsdiqinin tapdığı qeyd edilmişdir. Ekspert rəyində “patofunksional dəyişikliklərin əlilliyin təyinatına əsas vermir” yazılsa da, müayinənin gedişi və tədqiqat zamanı hansı metodik təlimatlardan istifadə olunması qeyd olunmamışdır, ekspertizanın rəyi ətraflı əsaslandırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıda yuxarıda qeyd edilən xəstəliklər və ağırlaşmalar müəyyən edisə də, cavabdeh tərəfindən formal əsaslarla ona əlilliyin təyin edilməsindən imtina edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərfən düzgün istifadə etməmişdir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar