Məhkəmə qərarları › İş №2-1(118)-715/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-715/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-715/2021 16.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 7 saylı Ərazi X1rşı “2020-ci ilin aprel ayında hal-hazıra qədər dövlət tərəfindən ayrılan 190 manat birdəfəlik ödəmənin 9 ay hesablanaraq ödənilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 7 saylı Ərazi X1rşı “2020-ci ilin aprel ayında hal-hazıra qədər dövlət tərəfindən ayrılan 190 manat birdəfəlik ödəmənin 9 ay hesablanaraq ödənilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Pedoqoji Universitetində işləmişdir. 2016-cı ildən heç bir yerdə işləir. İddiaçı ölkədə karantin qaydaları tətbiq edildikdə birdəfəlik ödəməni almaq üçün cavabdeh təşkilata müraciət etdi. Lakin dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq cavabdeh 190 manatı verməkdən imtina etdi. Buna səbəb isə onların imtinasında da göstərdikləri kimi iddiaçının işsiz kimi qeydiyyata alınmaması olmuşdur. Halbuki iddia ərizəsinə də əalvə etdiyi çıxarışda qeyd olunub ki, iddiaçının müraciətinə əsasən 20.12.2018-ci ildə adına anket yaradılıb. 13.03.2019-cu ildə anket təsdiq olunub və 027572 sayla qeydiyyatdan keçib. İddiaçıya 13.04.2020-ci il tarixdən işsizlik statusu verilib. Cavabdeh idarənin işə səhlənkar yanaşması ondan bilinir ki, ötən müddət ərzində ona işsizlik müavinəti də verilməyib. Hələ avqust ayında cavabdeh idarənin iddiaçıya verdiyi 26.08.2020-ci il tarixli imtina cavabında göstərilir ki, guya onun portalda onlayn müraciəti aşkarlanmadığı üçün ödəmənin təyin olunması mümkün deyildir. Halbuki iddiaçı həmin idarəyə gedəndə ona dedilər ki, onlayn müraciətə ehtiyac yoxdur, çünki məşğulluqda işsiz kimi qeydiyyatdasınız. İddiaçı hazırda heç bir yerdə işləmir və borcları yığılmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Nəzərə alınmaldırı ki, Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi səlahiyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı halda İddiaçı cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialını deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini göstərməli idi. Belə olan halda iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə verilməli idi. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, qeyd olunan iddia tələbi mübahisələndirilən iddia tələbinə deyil öhdəliyinin icrası tələbinə aid olduğuna görə Azərbaycan Respublikası İnzibati Prosessual Məccələnin 8.1.4-cü maddəsinə əsasən inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32 və 34-cü maddələrində qeyd olunan iddia tələblərinin bir birindən fərqi nəzərdə tutulub. Lakin qeyd olunan maddələrdə nəzəri cəhətdən fərqlərin göstərilməsinə baxmayaraq praktiki cəhətdən inzibat orqanlar tərəfindən qəbul edilmiş qərarların və ya imtina məktublarının inzibati akt qüvvəsinə malik olub olmamasının müəyyən edilməsi çətinlik yaradır. İnzibati “İcraat haqqında” Azərbaycan Respublikası Qanununda (maddə 61) inzibati aktların yazılı formada olması, bəzi hallarda inzibati aktın müəyyən hərəkətlər vasitəsi ilə həyata keçirilməsinin mümkün olması, lakin hərəkətlərlə qəbul edilmiş inzibati aktın sonradan yazılı formada dərc olunması qeyd olunub. Hazır ki, iddia tələbi üzrə İddiaçı birdəfəlik ödəmə verilməsindən imtina edilməsi yazılı məlumat verilmişdir. “İnzibati İcraat” haqqında Qanunun 81.1-ci maddəsindəndə göründüyü kimi qüvvəyə minmiş inizbati akt məcburi xarakter daşıyır və həmin inizbati akt barəsində qəbul edilmiş şəxs üçün vəzifə öhdəliyi yaradır. Lakin İddiaçı ünvanlanan məktub onun üçün hər hansı bir öhdəlik yaratmayıb. Başqa sözlə desək mübahisələdirilən iddia tələbinə artıq qəbul edilmiş və maraqlarına toxunan şəxs üçün hər hansı bir öhdəlik yaratmış inzibati aktın ləğv və ya dəyişdirilməsi aiddir. Ona görədə hesab olunur ki, iddiaçıya göndərilən imtina məktubu mübahisələdirilən iddia kateqoriyasına deyil öhdəliyin icrası iddiasına aiddir. Belə ki,”Covid-19” xəstəliyi ilə mübarizə sahəsində işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi haqqında Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli qərarı publik xarakter daşıyır və müəyyən edilmiş kriteriyalara cavab verən işsiiz şəxslərə şamil edilir. Hazır ki, mübahisə üzrə İddiaçı özünün işsiz şəxslərin kriteriyasına cavab verdiyini, inizbati orqan isə kriteriyaya cavab vermədiyini bildirir. Nəzərə alınmalıdır ki, Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarında inzibati orqan tərəfindən işsizlərə 190 manat birdəfəlik ödəmə veriləcəyi tədqirdə hər hansı inzibati aktın qəbul edilməsi nəzərdə tutulmayıb.ƏƏSMN müvafiq Qərarda qeyd olunmuş kriteriyalara cavab verən şəxslərə 190 manat birdəfəlik ödəməni işsiz şəxslərə verilmiş plastik bank kartına köçürməklə öz vəzifəsini yerinə yetirmiş olur. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, işsizlərə 190 manat birdəfəlik ödəmənin həyata keçirilməsi inzibati orqanın vəzifəli şəxsinin subyektiv fikrinə deyil məcburi qüvvəyə malik olan Nazirlər Kabiinetinin qərarına əsaslanır. Ona görədə məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi mübahisələndirmə haqqında deyil, öhdəliyin icrası haqqında iddiaya aid olması, hazırki, iddia tələbi üzrə X2 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının cavabdeh olmaması səbəbindən hazırki, iddia tələbinə Sumqayıt İnzibati məhkəməsində baxılması mümkün deyil. Növbəti dəfə birdəfəlik ödəmənin həyata keçirilməsi ilə bağlı məhkəməyə müraciət olunarkən, analoji iddia tələbi ilə bağlı cavabdeh təşkilatın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olması iddiaçının diqqətinə çatdırılmalıdır. İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə görə öhdəliyin icrası haqqında iddia tələblərinə inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 7 saylı Ərazi X1rşı “2020-ci ilin aprel ayında hal-hazıra qədər dövlət tərəfindən ayrılan 190 manat birdəfəlik ödəmənin 9 ay hesablanaraq ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar