Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-716/2020 04.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx” ASC X2rşı “ “03” sentyabr 2019-cu il tarixli, ********* nömrəli əməliyyatı qanunsuz hesab edərək ödəniş qəbzinə əsasən, İddiaçı MMC-nin balansından silinmiş 2179,00 (iki min yüz yetmiş doqquz) AZN məbləğində pul vəsaitinin yenidən müəssisənin hesabına qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması”-na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx” ASC X2rşı “03” sentyabr 2019-cu il tarixli, ********* nömrəli əməliyyatı qanunsuz hesab edərək ödəniş qəbzinə əsasən, İddiaçı MMC-nin balansından silinmiş 2179,00 (iki min yüz yetmiş doqquz) AZN məbləğində pul vəsaitinin yenidən müəssisənin hesabına qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(119)-82/2020 saylı qərardadı ilə İddiaçı «xxxx” ASC X2rşı “hesabdan silinmiş məbləğin qaytarılmasına dair” “məcburetmə haqqında iddia” ərizəsinin qəbulundan əsasla imtina edilmiş, iddiaçıya izah olunmuşdur ki, “hesabdan silinmiş məbləğin qaytarılmasına dair” müraciətindən inzibati orqan imtina etdiyi halda, həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada aidiyyəti üzrə müvafiq İnzibati Məhkəməyə müraciət oluna bilər. Bundan sonra iddiaçı hazırkı iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, xx.xx.2019-cu il tarixli, ********* nömrəli hesab fakturasına əsasən, 2019-cu il sentyabr ayında istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətlərinə görə müəssisənin balansından 2 179,00 (iki min yüz yetmiş doqquz) AZN məbləğində pul vəsaiti əsassız olaraq silinmişdir. Belə ki, istifadə olunan 2179 m3 texniki suyun istehsalata istifadə edildiyi iddia olunaraq, içməli suya ödənilən 2 360 AZN məbləğindən 2 179 AZN pul məbləği "03" sentyabr 2019-cu il tarixli, ********* nömrəli ödəniş qəbzinə əsasən, "xxxx" ASC X7 ərəfindən silinmiş və çirkab suya hesablanmışdır. "03" sentyabr 2019-cu il tarixli, ********* nömrəli ödəniş qəbzi iddiaçıya təqdim olunan zaman X4 əməkdaşları bu əməliyyatın akt tərtib olunaraq cərimə qərarının əsasında həyata keçirildiyini bildirsələr də heç bir akt və ya qərar təqdim etməmişlər. Bildirilir ki, texniki su ilə bağlı iddiaçı ilə "xxxx" ASC X5 İdarəsi arasında xidmət Müqaviləsi imzalanışdır. "08" aprel 2019-cu il tarixdə "xxxx" MMC (Bundan sonra Sifarişçi) ilə, "xxxx" ASC X5 İdarəsi arasında bağlanmış "sudan istifadə edənlər birlikləri və su istehlakçıları arasında sənaye, kommunal-məişət və digər məqsədlər üçün suyun verilməsi üzrə" 150 nömrəli xidmət müqaviləsinə əsasən, su mənbələrinin təsdiq edilmiş limitlərinə və sudan istifadə planlarına əsasən Sifarişçiyə il ərzində (müqavilə müddətində) qeyd olunan qrafikə uyğun olaraq suvarma suyu verilir. İstehsalatda texniki sudan istifadə edilməmişdir. Müəssisənin təqribən 14 hektar ərazisi var və ərazinin böyük bir hissəsi yaşıllıqdır. 1000-dən artıq ağac və kol bitkisi var. İstifadə olunan texniki su ilə gündəlik suvarma işləri aparılır. "20” sentyabr 2019-cu il tarixdə 213 və 214 saylı məktublarla həm "xxxx" ASC- yə, həm də X6 müraciət edərək, xx.xx.2019-cu il tarixli tutulma əməliyyatının hansı qanuni və əsaslı səbəblərdən aparılması ilə əlaqədar rəsmi qaydada məlumat verilməsini yaxud bu barədə qanuni qərarın surətinin iddiaçının ünvanına göndərilməsini, əks təqdirdə aparılmış əməliyyatın ləğv edilərək tutulmuş pulun hesablarına qaytarılmasını xahiş etsələr də heç bir rəsmi cavab gəlməmişdir. "Sudan istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, № 262 qərarının 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçının hüququdur. Həmçinin bununla bağlı iddiaçının nümayəndəsi məsələ ilə bağlı rəsmi cavab almaq məqsədilə X6 getmiş lakin nümayəndələrini heç bir məsul şəxs qəbul etməmiş və sualları cavablandırılmamışdır. Bundan sonra növbəti dəfə "18” oktyabr 2019-cu il tarixli, 232 nömrəli məktubla X6 müraciət edərək, xx.xx.2019-cu il tarixli məktuba rəsmi qaydada cavab verilməsini xahiş etsələr də heç bir addım atılmamışdır. Bildirilir ki, hesablarındakı 2 179 AZN pul vəsaitinin əsassız və qanunsuz olaraq silinməsinə baxmayaraq nə müraciətlərinə cavab verilmiş nə də nümayəndələri qəbul edilmişdir. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunun 10.1-ci maddəsinə əsasən Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. X4 "03" sentyabr 2019-cu il tarixli, ********* nömrəli əməliyyatı tam olaraq əsassız və qanunsuzdur. Heç bir əsaslı səbəb olmadan və sübut təqdim edildən müəssisənin balansından 2 179 AZN məbləğində pul silinmişdir. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. İPM-nin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Maddə 33. Məcburetmə haqqında iddia Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı nzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. İPM-nin 8-ci maddəsinin tələbinə görə, məcburetmə haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iştirak etmiş, iddiaçının nümayəndəsinə hüquqi yardım edilmişdir. İddiaçının nümayəndəsi müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçının cavabdeh qismində qoyduğu «xxxx” ASC X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş şəxs olmalı və mübahisə həmin şəxsin inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də «xxxx” ASC X4 publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Hazırkı işdə mübahisənin yaranma əsası tərəflər arasında sudan istifadə zamanı yaranmış mülki hüquq münasibətləridir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı «xxxx” ASC X2rşı “ “03” sentyabr 2019-cu il tarixli, ********* nömrəli əməliyyatı qanunsuz hesab edərək ödəniş qəbzinə əsasən, İddiaçı MMC-nin balansından silinmiş 2179,00 (iki min yüz yetmiş doqquz) AZN məbləğində pul vəsaitinin yenidən müəssisənin hesabına qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, hazırkı mübahisənin həlli ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-716/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-716/2020
04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver