Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-716/2021 28.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X1 (Sumqayıt şəhəri İHBA Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri vəzifəsində işləyən, Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 40/5 mənzil 15-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı ordudan tərxis olunan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ordudan tərxis olunan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, 2001-c ildə Naxçıvanski adına hərbi litseyi, 2005-ci ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini bitirmişdir. 04.08.2001-ci ildən 22.07.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 22.07.2016-cı il tarixli 0501 saylı əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 42.0.2-ci maddəsinə (xəstəliyə görə həqiqi hərbi xidmətdən istefaya buraxılma) müvafiq olaraq həqiqi tərbi xidmətdən istefaya buraxılmışdır. 05.11.2018-ci ildə hərbi xidmət dövrü ilə əlaqədar ona 5 il müddətinə ikinci dərəcəli əlillik dərəcəsi verilmişdir. O, ailəlidir, himayəsində 3 nəfər ailə üzvü vardır. N saylı hərbi hissə üzrə verilmiş N avqust 2016-cı il tarixli 234 saylı əmrə görə təhsil aldığı məktəblərin yerləşmə yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsində qeydiyyata götürülməsi qeyd edilsə də, Xətai rayonunda hərbi qeydiyyatda, 09.08.2016-cı ildən Sumqayıt şəhərində pasport qeydiyyatındadır. Bununla bağlı 2-ci qrup hərbi xidmət əlili kimi mənzil uçotuna götürülməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Bununla bağlı iddiaçı iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X5 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçı tərəfindən şəhər İcra Hakimiyyətinə daxil olmuş Ş-69/2-068/2 saylı, 18.12.2020-ci iİ tarixli müraciət əsasında aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, o, 2-ci qrup hərbi xidmət əlilidir, ünvan 3 ünvanında, Polis İdarəsinin inzibati binasında 2020-ci ildən qeydiyyatdadır. Beləliklə, iddiaçının mənzil uçotuna alınması üçün hüquqi əsaslardan biri olan Sumqayıt şəhərində 5 il daimi qeydiyyat müddəti tamam olmadığı səbəbdən o, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmamış və bu barədə ona şəhər İcra Hakimiyyəti tərəfindən 14.01.2021-ci il tarixli yazılı cavab məktubu ilə imtina edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, iddiaçi İddiaçı mənzil növbəsinə alınması üçün hüquqi əsaslar mövcud olmadığı səbəbdən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş : -AZ-İ № 454556 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X2 12.01.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. -AZ İİ № 413254 seriyalı doğum haqqında şəhadətnamədn görünür ki, X6 29.12.2009-cu il tarixdə anadan olmuşdur. - AZ- İİİ № 009457 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X7 15.12.2012-ci il tarixdə anadan olmuşdur. - N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarışdan görünür ki, baş leytenant İddiaçı 06.08.2016-cı il tarixdən (xəstəliyə görə) həqiqi hərbi xidmətdən istefaya buraxılmış, Səfərbərlik və hərbi qeydiyyatda durmaq üçün Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə göndərilməsi qərar alınmışdır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən verilmiş 02.05.2018-cı il tarixli 217 saylı arayışdan görünür ki, İddiaçı 04.08.2001-ci il tarixdən 22.07.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 22.07.2016-cı il tarixli 0501 əmri ilə xəstəliyə görə istefaya biuraxılmış,09.08.2016-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsində qeydiyyata alınmışdır. -Hərbi Həkim Komissiyasının 25.05.2016-cı il tarixli qərarından görünür ki, X4 “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” diaqnozu ilə “həm dinc dövrdə həm də müharibə dövründə xidmətə yarasız” olması qərara alınmışdır. -Sumqayıt şəhər MKTİB 1 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 24.08.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 3 nəfər ailə üvü ilə birlikdə Sumqayıt şəhər Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvan 3 ünvanında qeydiyyatdadır. - ünvan 40-ci il tarixli arayışdan görünür ki, İddiaçı və onun ailə üzvü olan Şükürova (Quliyeva) Könül Müstəqim qızına Sumqayıt bələdiyyəsi tərəfindən fərdi ev tikintisi, bağ torpaq sahəsi və digər məqsədlər üçün torpaq sahəsi ayrılmamışdır. -DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 28.12.2020-cı il tarixli 14/3106 saylı arayışdan görünür ki, İddiaçı respublika ərazisində daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmişTİ və MHQ idarəslərinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında İsmayıllı rayonu Sərsura kəndi ərazisində JN0032 nömrəli 25.03.1999-cu il tarixli qeydiyyat tarixli 2.37 ha kənd təsərrüfatlı torpaq sahəsi (7 nəfər ilə ümumbirgə), JN019B nömrəli 11.07.2005-ci il tarixli 0.0018 ha həyətyanı torpaq sahəsi (7 nəfər ilə ümumbirgə) və JN 019F 11.07.2005 –ci il tarixli 0.17 ha həyətyanı torpaq sahəsi (7 nəfər ilə ümümbirgə) torpaq sahələri qeydiyyata alınmışdır. Digər ailə üzvlərinin adına məlumat yoxdur. - Azərbaycan Respublikası ƏƏSMN TSEK 22.11.2018-ci il tarixli məlumatından görünür ki, İddiaçı 05.11.2018-ci il tarixdən ikinci dərəcəli əlillik verilmişdir. - Sumqayıt şəhər İHB Aparatının 14.01.2021-ci il tarixli məktubundan görünür ki, idiaçı ailə tərkibi ilə birlikdə yerləşdiyi ünvan 3 ünvanında (Sumqayıt şəhər Polis İdarəsinin inzibati binası ) 2020-ci ildən qeydiyyatdadır. Beləliklə Sumqayıt şəhərində mənzil uçotuna alınmanın əsaslarından biri olan 5 il daimi qeydiyyat müddəti tamam olmadığından xahişinin müsbət həll etmək mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Göstərilən normanın tələbindən göründüyü kimi hərbi qulluqçunun yerli icra hakimiyyəti orqanı tərəfindən mənzillə təmin edilməsi üçün əsas şərtlərdən biri onun ən azı 15 təqvim ili müddətində xidmət etməsidir. Məhkəmə araşdırması zamanı həm iddia ərizəsində, həm də iş materiallarından müəyyən edildi ki, iddiaçı 04.08.2001-ci ildən 22.07.2016-cı il tarixədək hərbi qulluqda olmuşdur. Bununla da normanın dispozisiyasında göstərilən tələblərdən biri yerinə yetirilməmiş olur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Məcəllənin 53.1-ci maddəsində yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina üçün əsaslar göstərilmişdir : 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Məhkəmə hesab edir ki, iddiaçının xidmət müddəti 15 təqvim ilindən az təşkil etdiyindən onun yaşayış sahəsinə ehtyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsindən düzgün olaraq imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafıq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 6 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-716/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-716/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver