Məhkəmə qərarları › İş №2-1(118)-717/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-717/2022

08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-717/2022 08.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında məskunlaşan) iştirakı ilə, İddiaçı cavabdeh Zəngilan rayon qeydiyyatı şöbəsinə qarşı mərhum həyat yoldaşı X2 doğum akt qeydində doğum tarixinin 08.07.1951-ci il tarixdən 17.07.1951-ci il tarixə düzəliş edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavbadeh Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X2 doğum akt qeydində doğum tarixinin 08.07.1951-ci il tarixdən 17.07.1951-ci il tarixə düzəliş edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 iddiaçının həyat yoldaşı olmuşdur. Onlar 16.09.1976-cı ildə rəsmi nikaha daxil olmuşlar. Həyat yoldaşı 17.07.1951-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. Həyat yoldaşı xəstəlikdən əziyyət çəkdiyi üçün 19.07.2021-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyindən Bakı şəhərində vəfat etmişdir. Onun ölümündən sonra iddiaçı mərhumun adına olan bəzi sənədləşdirmə işlərinin aparılması üçün Asan Xidmət mərkəzinə müraciət etmişdir. Orada məlum olmuşdur ki, həyat yoldaşının doğum tarixində səhvə yol verilmişdir. Belə ki, mərhum Y.Məcidov 17.07.1951-ci il təvəllüdlü olduğu halda sistemdə onun təvəllüdü 08.07.1951-ci il kimi qeyd edilmişdir. Həyat yoldaşının 17.07.1051-ci il təvəllüdlü olması ona məxsus olan pasportda və vəsiqədə öz əksini tapmışdır. İddiaçı akt qeydinə düzəliş olunması üçün ərizə ilə Cavabdehnə müraciət etmiş, lakin müraciətinə imtina cavabı verilmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş : - AЗ № 276877 seriyalı evlənmək haqqında şəhadətnamədən görünür ki, X5 ilə İddiaçı 16.09.1976-cı ildə rəsmi nikaha daxil olmuşlar. - AZ-İİ 189790 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 19.07.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmənin sorğusuna əsasən əldə edilmiş mərhum X3 aid Qubadlı rayon Çərəli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 17.07.1951-ci il tarixli 13 saylı doğum haqqında akt qeydindən görünür ki, doğum günü kimi “08.07.1951-ci il” göstərilmişdir. İş materiallarına əlavə olunmuş X4 məxsus olmuş şəxsiyyət vəqisəsi, xidməti vəsiqə, ümumvətəndaş pasportundan görünür ki, o 17.07.1951-ci ildə anadan olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı doğum haqqında akt qeydində düzəliş edilməsi üçün Cavabdehnə müraciət etmiş, lakin sonuncu tərəfindən 29.10.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mərhum həyat yoldaşı 17.07.1951-ci ildə anadan olmuşdur və onun bütün sənədlərində doğum tarixi 17.07.1951-ci il qeyd edilmişdir. Lakin ilkin doğum haqqında akt qeydində doğum tarixi “08.07.1951” kimi göstərildiyindən hazırda onun şəxsi sənədləri arasında ziddiyyətlər yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ına əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X11: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: ..... vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ...... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.

12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və X1 17.07.1951-ci il tarixli 13 saylı doğum akt qeydində doğum tarixinin 08.07.1951-ci il tarixdən 17.07.1951-ci il tarixə düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. X1 13 saylı 17.07.1951-ci il tarixli doğum akt qeydində doğum tarixinin 08.07.1951-ci il tarixdən 17.07.1951-ci il tarixə düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar