Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-718/2021 04.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Hospitalına qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin A.Heydərov adına Respublika Hospitalı tərəfindən verilən 559 nömrəli tibb kitabşasından çıxarışda ata adnının “Xəlil” kimi oxunmasına dair iddia ərizəsinin mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Hospitalının Arixivinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin A.Heydərov adına Respublika Hospitalı tərəfindən verilən 559 nömrəli tibb kitabşasından çıxarışda ata adnının “Xəlil” kimi oxunması və müharibə veteranı adının verilməsinə dair qərar çxıarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən məhkəmənin xx.xx.2021-ci il tarixli sərəncamı ilə iddiaçıya hüquqi yardım göstərilərək cavabdehi və iddia tələbini dəqiqləşdirmək təklif edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Hospitalını göstərərək cavabdeh tərəfindən verilən 559 nömrəli tibb kitabşasından çıxarışda ata adnının “Xəlil” kimi oxunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İ.İbarhimov iddia tələbini müdafiə edərək izah etdi ki, o, 1993-cü ilin yanvar ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsinə çağırılmışdır. Əvvəl Pirəküşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə xidmət etmiş, təxminən iki həftədən sonra isə Ağdərə rayonunda yerləşən N salyı hərbi hissəyə göndərilmişdir. Həmin ilin fevral ayında hər iki ayağının don vurması ilə əlaqədar Bakı şəhərinə, Papanin küçəsində yerləşən hospitala göndərilmiş, lakin orada yer olmadığından Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilmişdir. Orada aparılan sənədləşmədə ünvanı düzgün olaraq ünvan 2 ata ad “Xəlil” kimi qeyd edilmişdir. Həmin hospitalda o, xx xxxxxx 1993-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək müalicə almışdır. Oradan buraxılandan sonra o, Böyük Şor qəsəbəsində yerləşən N saylı hərbi hissədə işə qəbul edilmişdir. Bu yaxınlarda o, müharibə veteranı adı almaq üçün sənədləşəmıni hazırlayarkən ona məlum olmuşdur ki, hospitalın arxiv sənədlərində ata adı “Xəlil” əvəzinə “Kamil” kimi göstərilmişdir. Onun müraciətinə cavab olaraq isə düzəliş etmək saəlahiyyətlərinə malik olmadıqlarını bildirərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında nümayəndəsinin iştiakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydaında baxılan iddia növləri sadalanmışdır. İddiaçının ərizəsində göstərdiyi tələb həmin normada nəzərdə tutulmuş iddia növlərinə aid olmadığından məhkəmə hesab edir ki, müvafiq ərizəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar. Həmin Məcəllənin 305.1, 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2, 307.2.5-ci maddələrinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə izah edir ki, iddiaçının iddia ərizəsində qoyduğu tələb inzibati məhkəmə icraatı qaydasında baxılmalı iddialara aid olmadığından iddiaçı göstərilən sənədin ona məxsus olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə yaşayış yeri üzrə ümumi məhkəməyə müraciət etməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Hospitalına qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin A.Heydərov adına Respublika Hospitalı tərəfindən verilən 559 nömrəli tibb kitabşasından çıxarışda ata adnının “Xəlil” kimi oxunmasına dair iddia ərizəsi mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Hospitalına qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin A.Heydərov adına Respublika Hospitalı tərəfindən verilən 559 nömrəli tibb kitabşasından çıxarışda ata adnının “Xəlil” kimi oxunmasına dair iddia ərizəsi mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-718/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-718/2021
04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver