Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-718/2023 30.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının qanun üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı himayəçisi X2 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin hərəkətlərinin qanunsuz hesab edilməklə mərhum X3 1993-cü ildən imtiyazlı əsaslarla cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətində qeydə alınmş mənzil növbəsinin bərpa olunması və həmin növbənin azyaşlı övladı İddiaçı adına dəyişdirilməsi və uşağın birotaqlı yaşayış sahəsi ilə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı himayəçisi himayəçisi X6 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin hərəkətlərinin qanunsuz hesab edilməklə mərhum X3 1993-cü ildən imtiyazlı əsaslarla cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətində qeydə alınmş mənzil növbəsinin bərpa olunması və həmin növbənin azyaşlı övladı İddiaçı adına dəyişdirilməsi və uşağın birotaqlı yaşayış sahəsi ilə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı X7 tərəfindən övladlığa götürülmüşdür. xx.xx.2006-cı il tarixdə X7 vəfat etmişdir. İddiaçı hər iki valideyn himayəsindən məhrum olduğu üçün X1 Cavadovanın üzərində qəyyum təyin edilmişdir. Sevinc anadangəlmə doğuş qalığı, ensefalopatiya, kəllədaxili hipertenziya, qıcolma sindromu ilə fiziki, pisi inkişafın ləngiməsi diaqnozu ilə həkim qeydiyyatına alınmış və ona sosial müavinət təyin edilmişdir. İddiaçı mərhum atası X7 1-ci qruo əlil olmuş və o, bu əsasla Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə alınmışdır. Lakin o, 2006-cı ildə vəfat etdikdən sonra onun mənzil növbəliliyinə xitam verilmişdir. İddiaçının qanuni nümayəndəsi yalnız son vaxtlarda bundan xəbərdar olmuş, mənzil növbəsinin bərpa edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh Y.Cavadovun mənzil növbəsində olmasını gizlədərək ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanun üzrə nümayəndəsi X6 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının qanun üzrə nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mərhum atasının mənzil növbəsində olmasını təsdiq edən hər hansı sübut təqim edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, mərhum X3 Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfində mənzil növbəsinə götürülməsi faktı müəyyən edilməmişdir. Belə ki, bununla bağlı müvafiq sorğular verilməsinə baxmayaraq hər hansı müsbət nəticə əldə edilməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqların cavabdeh tərəfindən pozulması halının baş verdiyi sübuta yetirilmir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı himayəçisi X2 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin hərəkətlərinin qanunsuz hesab edilməklə mərhum X3 1993-cü ildən imtiyazlı əsaslarla cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətində qeydə alınmş mənzil növbəsinin bərpa olunması və həmin növbənin azyaşlı övladı İddiaçı adına dəyişdirilməsi və uşağın birotaqlı yaşayış sahəsi ilə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı himayəçisi X2 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin hərəkətlərinin qanunsuz hesab edilməklə mərhum X3 1993-cü ildən imtiyazlı əsaslarla cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətində qeydə alınmş mənzil növbəsinin bərpa olunması və həmin növbənin azyaşlı övladı İddiaçı adına dəyişdirilməsi və uşağın birotaqlı yaşayış sahəsi ilə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-718/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-718/2023
30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver