Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-72/2021 26.01.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdehlər Xaçmaz rayon Niyazoba (Niyazabad) Bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-in 5 saylı ərazi idarəsinə qarşı “ona və ailə üzvlərinə, yəni həyat yoldaşı X4, övladları X9 və X1 təsərrüfatı təyinatlı torpaqların əvəzsiz olaraq vətəndaşların mülkiyyətlərinə veilməsinə dair Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Xaçmaz rayon Niyazabad bələdiyyəsinin Qarabağı kənd ərazisindən pay torpaqlarını ölçülüb veriməsi və torpağa mülkiyyət hüququna dair müvafiq sənədlərin verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Xaçmaz rayon Niyazoba (Niyazabad) Bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-in 5 saylı Ərazi İdarəsinə qarşı “ona və ailə üzvlərinə, yəni həyat yoldaşı X4, övladları X9 və X1 təsərrüfatı təyinatlı torpaqların əvəzsiz olaraq vətəndaşların mülkiyyətlərinə veilməsinə dair Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Xaçmaz rayon Niyazabad bələdiyyəsinin Qarabağı kənd ərazisindən pay torpaqlarını ölçülüb veriməsi və torpağa mülkiyyət hüququna dair müvafiq sənədlərin verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı dəqiqləşdirmə ərizəsi verərək, həmin iddia tələbi üzrə cavabdeh qismində Xaçmaz rayon Niyazoba (Niyazabad) Bələdiyyəsini cavabdeh qismində, Xaçmaz rayon İcra Hakimiyyətini və ailə üzvləri X5, X11 və X12 üçüncü şəxs qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Torpaq islahatı haqqında Azərbaycan Respublikası qanunun “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla toprpaq paylarının müəyyən edilməsi haqqında” Əsasnaməyə və “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq yaşadığı ərazi üzrə Xaçmaz rayon keçmiş Engels adına sovxozun YAİK-nın və Xaçmaz rayon X13 xx xxxxxx 1997-ci il tarixli 16 saylı qərarına əsasən hər bir subyektə 0,65 ha torpaq norması müəyyən edilmişdir. Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 604 nömrəli arxiv arayışı ilə təsdıq olunur ki, Xaçmaz rayonu, Niyazabad İƏD-nin Qarabağı kəndi üzrə torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 355 -ci nömrə ilə İddiaçı, 356-cı nömrəli X2, 357-ci nömrə ilə X6 və 358-ci nömrə ilə X7 adları qeyd edilmişdir. Başqa sözlə islahat komissiyasının qərarı ilə onlara 2.60 ha pay torpaq sahəsi əvəzsiz olaraq verilməlidir. Onlara məlum olmayan səbəbdən dövlətin verdiyi 2.60 ha pay torpaq sahəsi verilməmiş, həmin torpaq sahəsinə aid nə mülkiyyət sənədi nə də torpaq sahəsi ölçülərək onlara təhkim edilməmişdir. Xaçmaz rayon X13 xx xxxxxx 1997-ci il tarixli 16 saylı qərarına əsasən rayonun keçmiş Engels adına sovxozun ərazisində yaşayan vətəndaşlara adam başına orta torpaq normasının 0,65 ha müəyyən edilməsi barədə YAİK-nın qərarı təsdiq edilmişdir. Xaçmaz rayonu, Niyazabad bələdiyyəsinə ünvanladığı müraciətinə cavab olaraq bildirilmişdir ki, məsələ onların səlahiyyətində deyildir. DƏDRX-nin 15.11,2019-cu il tarixli **********45 N-li rəsmi məktubu ilə məsələnin onların səlahiyyəti daxilində olmadığı bildirilmişdir. Halbuki, torpaq sahəsinin yerində ölçülüb verilməsi və mülkiyyət sənədini hazırlanaraq mülkiyyətçi kimi onlara verilməsi birbaşa həmin orqanların səlahiyyətindədir. Bu səbəbdən də torpaq sahəsinin naturada ölçülərək verilməsi və torpaq sahəsinə mülkiyyət sənədlərin hazırlanıb verilməsi öhdəliyi cavabdehin müvafiq olaraq üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçı eyniməzmunlu izahat verərək, bildirmişdir ki, Xaçmaz rayon X20 Komisiyasının xx.xx.1997-ci il tarixli 16 saylı protokolu ilə ona və onun ailə üzvlərinə pay torpaq sahəsi verilmədiyindən və həmin torpaqlar bələdiyəyə verildiyindən hazır ki, iddia tələbi üzrə cavabdeh məhz Xaçmaz rayonunun Niyazabad bələdiyyəsidir. Ona görədə iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçının iddia tələbinə xx.xx.2020-ci il tarixli, 56 nömrəli ərizəsi ilə etiraz olaraq bildirmişdir ki, torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunu Niyazoba kəndi ərazisində xx xxxxxx 1997-ci ildə YAİK-si tərəfindən aparılmışdır. Həmin dövrdə bələdiyyə qurumları yaranmamışdır. Hal - hazırda pay torpaqlarının verilməsi və paylanması bələdiyyə səlahiyyətinə daxil deyil. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat və 3cü şəxslər X8, X14 və X15 məhkəmə iclasına gəlməmişdirlər, Xaçmaz rayon İcra Hakimiyyəti məhkəmədə nümayəndələrinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdeh təşkilatın və 3-cü şəxslərin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə ki, xx.xx.2019-cu il tarixli 604 nömrəli Xaçmaz rayon Dövlət Arxivinin arxiv arayışından görünür ki, Xaçamz rayon X13 xx.xx.1997-ci il tarixli protokolu ilə Xaçmaz rayonu Niyazabad inzibati ərazi vahidinin Qarabağı kəndi üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında İddiaçı və onun ailə üzvləri X3, X6 və X7 adları vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi Xaçmaz rayonu Niyazabad (Niyazoba) kəndi hüdudları daxilində yerləşməsinə baxmayaraq, həmin torpaq sahəsinin bələdiyyə tərəfindən deyil, Xaçmaz rayon Yerli Aqrar İslahat Komissiyası tərəfindən ayrılması nəzərədə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Xaçmaz rayonu Niyazabad (Niyazoba) Bələdiyyəsi qeyd olunan X13 hüquqi varisi deyil, ona görədə hazırki, iddia tələbi üzrə cavabdeh olan Xaçmaz rayonu Niyazabad (Niyazoba) Bələdiyyəsi iddiaya cavab verməli olmadığına görə ona qarşı verilmiş iddia tələbi mümkün hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Xaçmaz rayonu Niyazabad (Niyazoba) Bələdiyyəsinə qarşı ““ona və ailə üzvlərinə, yəni həyat yoldaşı X4, övladları X9 və X1 təsərrüfatı təyinatlı torpaqların əvəzsiz olaraq vətəndaşların mülkiyyətlərinə veilməsinə dair Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Xaçmaz rayon Niyazabad bələdiyyəsinin Qarabağı kənd ərazisindən pay torpaqlarını ölçülüb veriməsi və torpağa mülkiyyət hüququna dair müvafiq sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-72/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-72/2021
26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver